Qafar Ismayilov - Wikipedia
Qafar İsmayılov (1953, Naxçıvan rayonu) — texnika elmləri doktoru, professor
Qafar İsmayılov | |
---|---|
Doğum tarixi | 1953 |
Doğum yeri | |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Mükafatları | Azərbaycanın "Tərəqqi" medalı |
Həyatı
redaktəİsmayılov Qafar Qulamhüseyn oğlu 1953-cü ildə Azərbaycan SSR Naxçıvan MR Sirab kəndində anadan olmuşdur. 1975-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1983-cü ildə qədər institutun "Neft və qaz hasilatının texnika və texnologiyası" və "Neftin hidravlikası" laboratoriyalarında mühəndisdən başlamış böyük elmi işçiyə qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1983-cü ildə "Neftqaz hasilatında texnoloji proseslərin və parametrlərin qazın tərkibinə görə proqnozlaşdırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1983–1991-ci illərdə ADNA-nın "Neft yataqlarının işlənilməsi və istismarı" və "Neft və qazın nəqli və saxlanılması" laboratoriyalarında böyük elmi işçi vəzifəsində işləmiş, 1991–1999-cu illərdə isə "Neft və qazın nəqli və saxlanılması" kafedrasının dosenti, professoru olmuşdur. 1999-cu ildə "Neftqaz hasilatında nəzarət-diaqnostik və reotexnoloji üsulların yaradılması əsasında texnoloji proseslərin səmərəliliyinin artırılması üçün qərarların qəbul edilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1997–2003-cü illərdə — ADNA-nın elmi katibi, 2003–2006-cı illərdə isə qazneftmədən fakültəsinin və magistratura bölməsinin dekanı olmuş, 2006-cı ildən bu günə qədər isə — "Neft və qazın nəqli və saxlanılması" kafedrasının professoru vəzifəsində işləyir.
Elmi fəaliyyəti
redaktəİsmayılov Q.Q. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış mütəxəssisdir.
Elmi tədqiqatların sahəsi: neft və qazın hasilatı və nəqli zamanı texnoloji proseslərin səmərəliliyinin artırılması; nəzarət-diaqnostik və optimallaşdırıcı üsulların işlənilməsi; Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və sualtı neft borularının istismarı ilə əlaqədar ekoloji problemlərin həlli.
İsmayılov Q.Q. 100-dən elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir. İxtiralara görə 3 müəlliflik şəhadətnaməsi var. Kadr hazırlığı ilə məşğul olur.
İsmayılov Q.Q. Azərbaycanın "Tərəqqi" medalı, Azərbaycan Həmkarlar Konfederasiyasının fəxri fərmanı ilə təltif olunub.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |