Qalaciq Ismayilli - Wikipedia
Qalacıq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Qalacıq | |
---|---|
40°57′33″ şm. e. 48°03′09″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | İsmayıllı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.689 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3117[1] |
Tarixi
redaktəQalacıq İsmayıllı rayonundan 30 km Şimal Qərbdə dağ ətəyində yerləşir. Əhalisi əkinçilik, taxılçılıq, tütünçülük, meyvəçilik və heyvandalıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, xəstəxana vardır. Qalacıq yaxınlığında çayın sahilində 9-14 əsrlərə aid Qasımxan qalası xarabalıqları mövcuddur. Kənd eyniadlı turizm zonasında yerləşir. «Qasımxan» qalasının qalıqlarını görmək üçün kənddən qalaya qədər olan 8 km məsafənin 5 km-ni avtomobillə, 3 km-ni isə piyada və ya atla getmək olar. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə il boyu fəaliyyət göstərən yeməkxana vardır. İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutu kənddən keçir. Kəndə il boyu avtomobillə getmək olar.[2]
Kənd müəyyən tarixi abidələrilə fərqlənir. Bunlardan biri Qalacıq yaxınlığında Səngər çayının sahilində IX-XIV əsrlərə aid olduğu ehtimal olunan “Qasım xan” qalası, yerli əhali içərisində “Səngər qalası” adlanan qalanın xarabalıqlarıdır. Qalanın kim tərəfindən tikilməsi məlum deyil. Sadəcə o məlumdur ki, qala müdafiə istehkamı xarakteri daşımışdır. XVIII-ci əsrin sonlarında Şamaxı xanı Mustafa xanla əmisi Qasım xan arasında baş verən ədavət zamanı Qasım xan dağ yolları ilə hal-hazırda xarabalıqları mövcud olan Səngər qalasına gəlmiş və buranı bərpa etdirmişdir. Kəndin yuxarı hissəsində yerləşən və xalq arasında “Pirdavud” adlanan qəbiristanlıq dövlət tərəfindən qorunur.[3]
Əhalisi
redaktəƏhalisi ləzgilərdən ibarətdir. Rayonun şimal-qərb istiqaməində sonuncu yaşayış məntəqəsi olan Qalacıq kəndinin əhalisi 1689 nəfərdir ki onunda 818 nəfəri kişi, 871 nəfəri qadındır.Əhali əsasən bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıq, xalçaçılıqla məşğul olur.
Tanınmışları
redaktə- Füzuli Əhmədov — texnika elmləri namizədi (2006), "Azərsu" ASC-nin "Sukanal" ET və Lİ-nin böyük elmi işçisi.
- Şəfiyev Çingiz Nəsurullah oğlu — sovet dövründə general.
- Şəfiyev Sabir Nəsurullah oğlu
- Şəfiyev İsfəndiyar Əsəd oğlu — hüquqşünas.
- Sədiyar Rəhimov — BDU Fizika Problemləri İnstitutunda direktor.
- Rəhimov Valeh — həkim cərrah.
- Çırıyev Namiq Zeynəddin oğlu —ilahiyyatçı, ərəbşünas.
- Rəhimov Rəvan Abdullətif oğlu — kimya elmlər doktoru.
- Rəsulov Tural Nəbi oğlu
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Kəndlərimiz[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24.
- Xarici keçidlər
- Ucqar Kəndin Gənc Muəllimi
İsmayıllı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |