Qalaktika Mustevisi - Wikipedia
Qalaktika müstəvisi, disk şəkilli qalaktikanın kütləsinin əksəriyyətinin özündə saxlayan sahədir. Qalaktika müstəvisinin perpendikulyarları qalaktik qütbləri göstərir. Real halda, qalaktika müstəvisi və qalaktik qütblər terminləri əsasən Yerin aid olduğu Süd Yolu qalaktikasının müstəvisini və qütblərini işarə edir.
Bəzi qalaktikalar düzənsizdir və diskşəkilli quruluşa malik deyildir. Süd Yolu kimi spiral qalaktika halında belə, qalaktika müstəvisini müəyyənləşdirmək, ulduzların mükəmməl bir düzülüşü olmadığından bir qədər qeyri-adi və zahiri olur. 1959-cu ildə BAİ Süd Yolu şimal qalaktik qütbünün mövqeyini, R = 12h 49m, Dec = 27 ° 24' B1950 kimi təyin etdi; hazırda istifadə edilən J2000 dövründə, pressesiya nəzərə alındıqdan sonra koordinatlar RA 12h 51m 26.282 s, 27 ° 07 '42".01 kimi təyin olundu. Bu koordinantlar, Arktur parlaq ulduzu yaxınlığında, Veronikanın Saçları bürcündədir və eyni zamanda cənub qalaktik qütbü Heykəltəraş bürcünə uzanır.
Qalaktik koordinatların "sıfır uzunluğu" 1959-cu ildə, göy sferinin şimal qütbündən 123° mövqeyində olmaqla müəyyən edilmişdir. Beləliklə, qalaktik ekvatorda yerləşən sıfır uzunluq nöqtəsi 17h 42m 26.603s, −28° 55' 00".445 (B1950) və ya 17h 45m 37.224s, −28° 56' 10".23 (J2000)-dir və onun J2000 mövqeyi açısı 122°.932 -dir. Qalaktik mərkəz, 31,72 ° (B1950) və ya 31,40 ° (J2000) şimal şərq mövqelərində yerləşir.