Qalaqayin - Wikipedia
Qalağayın və ya Qalaqayın — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd və eyniadlı kənd inzibati ərazi dairənin mərkəzi.[10]
Tarixi Səfəvilər dövləti,[11] Cavad xanlığı, Şirvan xanlığının qala şəhəri[12] və Muğan mahalının[13] mərkəzi.
Kənd | |
Qalaqayın | |
---|---|
39°58′41″ şm. e. 48°27′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
İqtisadi rayon | Mil-Muğan iqtisadi rayonu |
Rayon | Sabirabad rayonu |
İcra nümayəndəsi | Faiq Məmmədov[1] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | I-III əsrlər[2][3] |
Əvvəlki adı | Qalaqanı[6] |
Yaşayış məntəqəsi statuslu | rayon inzibati ərazi vahidində |
Sahəsi | 27,12[7] |
Mərkəzin hündürlüyü | -28 m |
İqlimi | mülayim-isti, yarımsəhra və quru subtropik |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | ▲ 7571 nəfər (1 yanvar 2024[8]) |
Sıxlığı | 279 nəf./km² |
Milli tərkibi | azərbaycanlılar |
Etnoxronim | qalaqayınlılar |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (+994) 21 2383 |
Poçt indeksi | AZ 5423[9] |
Nəqliyyat kodu | AZ 54 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəEtimologiya
redaktə-
Şirvan sərhədləri yaxınlığında ticarət kəsişməsi. Kür və Araz çaylarının birləşməsi. Cavad və Qalaqayın, (1714-cü ildə tərtib olunub). Müəllif Kornelis de Bryuyin (1652 – 1726/7).
Sabirabad rayonunun ən qədim kəndi və etnotoponimlərdən biri Qalaqayındır. Mənbələrə görə başlanğıc tarixi 4-cü əsrə aiddir. Əfsuslar olsun ki, ilkin dövrlərə aid geniş məlumat yoxdur. "Xavər zəmin", yəni "Günəşli torpaq" adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin, farsların və digər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. O vaxtlardan da "Xavər zəmin" Qalaqayın adı ilə əvəz olunmuşdur.
Bu ad qala sözündən və türkdilli kayın (qayın) tayfasının adından ibarət olub, "qayınların qalası" mənasını bildirir. Kayın adlı tayfa indi də Cənubi Azərbaycanda yaşamaqdadır. Bu adda tayfa başqa türkdilli xalqların (qazax, qırğız, başqırd) tərkibində də vardır.[14]
-
Qalaqayın (Cellan). 1730-cu ildə tərtib olunub. Müəllif Matthaus Seutterdir (1678-1757).
Başqa versiyaya görə qədim türk dilində və Orxon-Yenisey abidələrində su məhfumu ka//qa, kal//qal şəklində ifadə olunur. Hətta qədim çay və göl adlarında bu sözlər indi də qalmaqdadır: O-ka, Vol-qa, Bay-kal və s. Qalaqayın sözündə "Qala" su, "qayın" isə birləşən deməkdir. Elə buradaca yadımıza qayınata və qayınana sözləri düşür. Qayın-ata, qayın-ana, yəni sonradan birləşən ata və ana. Kür və Araz çayları Sabirabad rayonunda bir-birinə qovuşur. Qalaqayın — Suqovuşan sözünün buradan yaranması da şübhəsizdir.[15]
-
Xəzər dənizi ətrafı ərazilərin I Pyotrun əmri ilə Reyner Ottens (1698-1750), Yakob Keyser (1710-1745) tərəfindən hazırlanmış xəritəsi, (1720-ci il). Qalaqayın (qala) aşağıdan solda "Persia" ilə "Şirvan"ın sərhədində göstərilib.
Azərbaycan ərazisində çoxlu toponimlər mövcuddur, güman edildiyi kimi, belə toponimlər (etnotoponimlər) Abdal, Abad, Abadkənd, Bazar, Bayan, Baltalı, Bostançı, Qurt, Cağatay, Duvannı, Qalaqayın, Qaracalar, Qarğalı, Kərki, Qurqulu, Qılıçlı, Ulucalar, Danaçı və Yaycı kimi əks etdirən bəzi türk boylarının adları mövcuddur. Bu etnotoponimləri aşağıdakı türk etnikləri ilə əlaqələndirmək olar: abdal, avat, bazar, bayan, balta, boston, qurt, çağatay, duvan, kain/qain, qarac, kərki, kirgil, kiliç, olco, tana, yayci və s.[16]
Bu toponimdəki "y" səsi danışıqda əlavə olunmuşdur. Keçən əsrə aid mənbədə kəndin adı "Qalaqanı" kimi qeyd olunmuşdur. XIX əsrin 20-ci illərində tərtib olunmuş mənbədə göstərilir ki, "Qalaqanı" bir qalanın adıdır və ətraf kəndləri idarə edən bəy orada oturur. Görünür ki, bu qala hələ orta əsrlərdə mövcud olmuş,1798-ci ildə orada olmuş alman səyyahı marşal fon Biberşteyn yazır: "Kürlə Arazın qovuşduğu yerdə Qalaqanı adlanan qalanın xarabalıqları görünür. Bu məlumatlardan aydın olur ki, "Qalaqayın" toponimi Qala - "möhkəmləndirilmiş yer" və "Qayın" hissələrinə ayrılır və bütövlükdə "Qayın qalası" mənasını verir. Qeyd edildiyi kimi əslində bu toponim "Qala Qanı" kimi olmuş, lakin danışıqda "y" səsi əlavə edilmişdir. Yuxarıda adını çəkdiyimiz səyyah yazır ki, kəndin əhalisi Muğanda yaşayan maldar icmalara məxsus ailələrdir. Lakin araşdırmalar göstərmişdir ki, Qalaqayın toponimindəki Qayın (Qanı) sözü bir türk mənşəli tayfanın adıdır. Əvvəldən qeyd edilməlidir ki,bu tayfanın adı Ağsu rayonundakı Qalaqanılı kəndinin adında da qalmışdır və əslində Qalaqanını Qalanılının fonetik ("l" səsinin danışıqda "n" səsilə əvəzlənməsi) formasıdır. Ağsu rayonundakı Qalaqanılı adının sonundakı "li" şəkilçisi göstərir ki,bu kənd mənşəcə Qalaqayın kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Lakin bu hadisənin nə vaxt baş verdiyi məlum deyil. Hər iki toponimin tərkib hissəsini təşkil edən "Qanı" etnonimi ilə düzəlmiş toponimlər başqa yerlərdə də vardır. Keçən əsrdə Gürcüstanda Kani-turqoba, Qanı-Yurt, Qars əyalətində Qaynı-Dərə kəndlərinin adları məlumdur.[17] Aydınlaşır ki, bu tayfanın adını əks etdirən yaşayış məntəqə adları başqa ölkələrdə də vardır. Qazaxıstanda Kaindi (əslində Kainli kimi nəzərdə tutulmalıdır, çünki, qazax dilində başqa türk dillərindəki kimi "l" səsi "d" və "t" kimi tələffüz olunur) adlı 3 kənd və Kain adlı çay vardır. Qırğızıstanda isə Boston-Kain adlı kənd və tayfa var. Kain (və ya Qain) adlı kənd İranda da qeyd olunmuşdur. Hələ XIII əsrdə İranın şərqində-Xorasanda Qain adlı mahal və şəhər mövcud idi. Bu toponimlər göstərir ki,onlar Kain (Qain) adlı tayfanın müxtəlif yerlərində məskulaşması nəticəsində yaranmışdır. Maraqlıdır ki, Qain adlı tayfa başqırdlarda və Qərbi Sibirdə Şorlarda vardır. Güman ki, qədim kain, qain tayfasının müəyyən hissəsi səlcuq oğuzlarının tərkibində Xorasan tərəfdən İrana və Azərbaycana gəlmiş, buradan da bir hissəsi Gürcüstana getmişdir. Qeyd edilməlidir ki, İranda hazırda Qum şəhəri yaxınlığında Qain adlı türk tayfası yaşayır və onun adını əks etdirən çoxlu toponimlər vardır.[18]
-
Qalaqayın (Cellain). Müəllif Adam Oleari (1599-1671). Xəritə 18-ci əsrin birinci rübündə tərtib olunub.
1796-cı ildə qraf V.A Zubovu Qacar yürüşündə müşayiət edən məşhur "Flora tauro-caucasica" əsərinin müəllifi Marşal Bieberşteyn, daha sonra ipəkçilik üzrə müfəttiş kimi, Qalaqayına, Arazın birləşdiyi (Kürlə) Cənubi Qafqaz bölgəsinə tez-tez baş çəkirdi. Arazın Kürlə qovuşduğu yerdə, Cavada (qala) bağlı olan qala bu yaxınlarda Ağa Məhəmməd xan tərəfindən dağıdıldı. 1798-ci ildə orada olmuş alman səyyahı marşal fon Biberşteyn yazır: "Kürlə Arazın qovuşduğu yerdə Qalaqanı adlanan qalanın xarabalıqları görünür. Bieberşteyn hesab edir ki, bu, Herbelotun Azərbaycan sərhədindəki məşhur qala hesab etdiyi "Kala al Nagia"dır (Qala əl Nahiyə).[4][6]
Rusiya ordusunun polkovniki Mişşenkonun general-adyutant Paskeviçə 23 oktyabr 1826-cı il tarixli Cavad kəndi düşərgəsində olarkən məruzəsində; "Mən dərhal Salyanı mühafizə edən yüksək rütbəli Haşım xandan məlumat aldım ki, Cavad keçidindən qovulan fars (Qacar) qoşunları qaçdıqdan sonra Sarıqamışda dayanıblar və onları dərhal 2000 sərbaz qarşılayıb. Muğan qalası Qalaqayını işğal etmək üçün Cavad keçidində onlara kömək etmək üçün dayandılar və hələ də oradadırlar, nə etmək niyyətindədirlərsə hələ bilmir, amma o maraqlandığı məlumatı aldıqdan sonra mənə hesabat verəcək" deyə məlumat vermişdir.[19] Bu fakt hələ ruslar tərəfindən 18-ci əsrin birinci yarısında Qalaqayın adlı qalanın yenidən təmir olunduğunu sübut edir.
Tarixçilərin yazdığına görə 1736-cı il 21 martda təşkil olunacaq qurultay üçün
dövlətin "hər bucağına" qılınc gücünə tutulmuş bütün əyalətlərə qabaqcadan fərmanlar göndərilmiş və hakimlər, vilayət rəisləri, əyan və uləmalar Cavad keçidi yaxınlığında Qalaqayına-Muğana qurultaya çağırmışdılar. Bir də buyrulmuşdu ki,Kür və Arazın qovuşduğu yerdə, Cavad keçidi yaxınlığında ağac ve qarğıdan 12 min ev tikilsin;ayrıca karvansara,məscid və imarətlər qurulsun. Tezliklə bura 100 minə kimi adam toplandı.
Nadir şah üçün burada ipək toxuma və parçalarla tutulmuş böyük çadırlar qurulmuşdu. İçəridən onlar saysız qızıl, gümüş və başqa daş-qaş əşyalarla bəzədilmişdi. Öz çadırında şəhanə qəbul qonaqlıqları verən Nadirin qonaqları qarşısına qızıl və gümüş qablarda arası kəsilmədən gözəl yeməklər düzülürdü. Onları çalğıçılar və xanəndələr, kəndirbaz və oyunbazlar şənləndirib əyləndirirdi. Məmləkət isə aldığı yaralardan, aclıq və qıtlıqdan inləyirdi, yollar dillənçilərlə, saysız savaşlarda işgörmə yararını itirmiş şikəst yazıqlarla dolu idi.[20][21] |
Ağa Məhəmməd şah Qacar da özünü Qalaqayında şah elan etmişdir. Qafqazda rus ordusunun əsas qüvvələri Yəni Şamaxıdan (Ağsu) hərəkət etdi və noyabrın 21-də Kür və Araz çaylarının qovşağında dayandı. Gələn ilin yazına kimi qışı burada keçirtmək nəzərdə tutulurdu. Dənizdən desant çıxartmaq yolu ilə rus eskadrasının onlara kömək göstəriləcəyini güman edilirdi. Rusiyanın nəzərləri artıq Cənubi Azərbaycana və Xəzər dənizinin cənub sahillərinə yönəlmişdi.[22] Bu hərəkətlər Ağa Məhəmməd şahın hakimiyyətinə güclü zərbə endirməli idi. Haqqında danışılan planı 1797-ci ilin yazında gerçəkləşdirmək nəzərdə tutulurdu. Düşərgə Kür və Araz çaylarının qovuşduğu yerdən bir qədər aşağı, Kürün sol sahillərində yerləşirdi. Rus qoşunları burada yaxşı istirahət etdilər, çünki, Bakıdan dəniz, Kür çayında kifayət qədər balıq var idi, Gürcüstandan donuz sürüləri gətirilirdi. Qoşqu heyvanları və atlar üçün kifayət qədər ot var idi.
Azərbaycanda möhkəmlənməyi qarşısına məqsəd qoymuş rus hakimiyyət orqanları bir sıra siyasi-iqtisadi tədbirlər həyata keçirməyə çalışırdılar. Zubov rus qoşunlarının mövqeyini möhkəmləndirmək və diyarın iqtisadi mənimsənilməsini təmin etmək üçün layihə hazırlamışdı. Bu layihəyə görə Kürlə Arazın qovuşduğu yerin yaxınlığında — Cavad yanında, yəni Qalaqayında II Yekaterinanın şərəfinə Yekaterinaserd adlanan qala salınmalı idi. Bura iki min cavan rus əsgəri göndərilməli, gürcü və ermənilər onlara gəlin verməyə məcbur edilməli idilər.[23][24][25][26]
Bu qala cənuba qarşı yönəlmiş dayaq məntəqəsi olmalı idi. Bununla yanaşı, həmin qala ticarət qovşağı,Xəzər, Cənubi Qafqaz, qismən Orta Asiya və İran ticarətinin iri bazarı olmalı idi.[27] Kürün Araza töküldüyü yerdə Yekaterinaserd qalasının tikintisi üçün hətta Peterburqdan ustalar müəyyənləşdirilib göndərilmişdi.[28]
1796-cı ilin noyabrın 6-da II Yekaterinanın ölümü hadisələrin gedişini dəyişdirdi. Hakimiyyətə gələn I Pavel əks siyasət yeritməyə başladı. O, rus qoşunlarının tezliklə Cənubi Qafqazdan çıxarılması barədə sərəncam verdi. V. Zubova II Yekaterinanın vəzifəyə təyin etdiyi adam kimi nifrət bəsləyən I Pavel bütün alay komandirlərinə qoşunların Qafqaz xəttinə geri qayıtması barədə buyruqlar göndərdi. Rus qoşunlarının çıxarılması başladı, lakin bəzi hissələr 1797-ci ilin martına kimi Muğanda qaldılar.[29]
-
Həsən xan Muğanlının rəssam Rizvan Qarabağlı tərəfindən çəkilən portreti.
-
Cavad xanlığının ərazisi.
Cavad xanı Həsən xan Muğanlı Qalaqayında anadan olmuşdur. 1789-cu ildə vəfat etmişdir. Övladlarından birinin adı Məhəmmədsalah хandır. O dövrdə xanlıqlar nikah vasitəsiylə münasibəti gücləndirirdilər. Eləcə də qalaqayınlı Məhəmmədsalah xan qızları Xeyrənisəni Talış xanlığının hökmdarı Mir Həsən xana, Pəricahan xanımı isə Şirvan xanlığının sonuncu xanı Mustafa xana ərə vermişdir.[30]
1850-ci ilə aid Muğan mahalı (Lənkəran qəzası) kəndlərinin kameral təsvirində Məhəmmədsalah xandan sonra ailə rəisi kimi Rüstəm bəy (48 yaşında) adlı oğlu olduğu və Rüstəm bəyin Bəşir bəy (16 yaşında), Edil bəy (6 yaşında), Cəfərqulu bəy (2 yaşında) adlı övladları və böyük qardaşı Mustafa bəyin Musa bəy (20 yaşında) adlı oğlu olduğu qeyd edilib.
Qalaqayın bəylərinin siyahısı (1850 və 1873-1886-cı illər)
redaktəSıra | Bəy | Yaşadığı illər | Haqqında |
---|---|---|---|
Sıra | Bəy | Yaşadığı illər | Haqqında |
---|---|---|---|
Sıra | Bəy | Yaşadığı illər | Haqqında |
---|---|---|---|
Sıra | Bəy | Yaşadığı illər | Haqqında |
---|---|---|---|
Sıra | Bəy | Yaşadığı illər | Haqqında |
---|---|---|---|
Cavad xanlığı dağılandan sonra torpaqların əksəriyyəti 2 əsas yerə Rudbar və Muğan mahalına bölündü.
-
Qalaqayın (Kalagail). 1804-cü ildə tərtib olunub. "Ən yaxşı mövcud xəritələrə, səyahətlərə və astronomik yerlərə görə Qafqaz ölkələrinin cədvəli". Müəllif İohan Kristof Matias Rayneke (1769–1818).
Hələ 1820-ci ildə keçmişdə Cavad xanlığına (mərkəzi indiki Cavad kəndi) bağlı olan istehkam qala vardı. 1 istehkam-qala (Qalaqayın) və 44 obada (onların bir hissəsinin adı məlumdur: Bildik, Ulucalı-Xəlfəli, Məmişli, Kürkəndi, Cəngən, Birinci Rəncbərlər, Müridlər, İkinci Rəncbərlər, Qarağlı, Minbaşı, Molla Vaizli, Dəymədağıldı, Əli Sultanlı, Şahatlı, Quştan, Məlday, Mustafabəyli, Haşımxanlı, Potular) 500 ailə yaşayırdı.[34]
Muğan mahalını idarə edən mahalbəyi (naibi) Qalaqayında əyləşirdi. Mənbədə Qalaqayında (qalada) 100-ə qədər ailənin, ümumilikdə Muğan mahalında isə 400-ə qədər tərəkəmə ailəsinin məskunlaşdığı qeyd olunurdu. 300 ailə vergi verirdi.[13] Ellərə başçılıq edən bəylərin siyahısı cədvəldə verilir. Kollegiya qeydiyyatçısı Suşko tərəfindən tərtib olunmuş Şirvan əyaləti əhalisinin kameral təsvirinə dair sənədlərdə Muğan mahalının 19 kəndində 468 ailənin olduğu, bu ailələrdə 1216 kişi cinsli əhalinin yaşadığı göstərilir.[35][36]
Muğan mahalı bəylərinin siyahısı (1820-ci il)
redaktə1–2 | Məmməd Rza bəy | Məlik bəy |
3–4 | Məhəmməd Əli bəy | Abdulla bəy |
5–6 | Yolçu bəy | Səfi Mirzə bəy |
7–8 | Əhməd bəy | Molla Abdulla |
9–10 | Cəmşid bəy | Məhəmməd Hüseyn bəy |
11–12 | Ağa bəy | Əsədulla bəy |
13–14 | Məhəmməd Xəlif bəy | Şahmurad bəy |
15–16 | Kəlbəlai bəy | Abdulla Hüseyn bəy |
17–18 | MəlikMəmməd bəy | Əli xan |
19–20 | Əhməd Əli bəy | Əli bəy |
21–22 | Talib bəy | Şərif bəy |
23–24 | Məmməd Əli bəy | Hüseyn bəy |
25–26 | Cəfər bəy | Məşədi Həsən Əli bəy |
27–28 | Əhməd bəy | Mehmed bəy |
29–30 | Qaynaqdan oxunmur | Cosuz bəy |
31–32 | Əli Məmməd bəy | Potu bəy |
33–34 | Əli Mirzə bəy | Axund Qasım bəy |
35–36 | Ağa Rəhim bəy | Seyid Qasım bəy |
37–38 | Allahverdi bəy | İbrahim bəy |
Qeyd: Cədvəl general Mədətov tərəfindən 1820-ci ildə həyata keçirilmiş Şirvan əyalətinin təsviri əsasında tərtib olunub.[37]
-
Qalaqayın (Karagain). 1823-cü il. Müəllif Pyadyşev Vasili Petroviç (1768-1835).
Qalaqayında icarə haqqı 150 şirvan rublu olan boyaq evi var idi. İcarə haqqını əvvəllər (1820-ci ilə qədər — S. İ.) Mustafa xana verirdilər. İrandan və digər yerlərdən Muğan mahalı ərazisindən keçən karvanın hər bir yükünə mahal bəyinin xeyrinə 6 abbası gömrük haqqı alınırdı. Qalaqayından 6 ağaclıqda 6 duz gölü var idi. Yerli əhali duz göllərindən vergi ödəmədən istifadə etdikləri halda, Şirvan əyalətinin digər yerlərindən duz aparmağa gələnlər hər yükə — taya 1 abbası verməli idilər. Kür arxasında yaşayan muğanlılardan çervondan (çervon 10-luq qızıl pul) başqa, digər vergi və mükəlləfiyyətlərdən azad olunurdular. Bunun əvəzində muğanlılar İran tərəfdən, Rusiyaya qarşı Muğançöldən gələn hər hansı təhlükənin qarşısını almalı, gözətçilik etməli və hərbi xidmətə həmişə hazır olmalı idilər. Beləliklə, muğanlılar ildə xəzinəyə hər ailəyə təqribən 1 çervon vergi ödəyirdilər. 1820-ci ildə sonuncu Şirvan xanlığının sonucu xanı Mustafa xan İrana qaçarkən Şirvan əyalətindən bir çox ailələr də onunla İrana qaçmışdı. Muğan mahalı da istisna təşkil etmirdi. Mustafa xanın mühacirəti zamanı xanın özündən narazı olanlar isə digər xanlıqlara dağılmışdı. Muğandan 50 ailə Talış xanlığına, 60 ailə isə Qarabağ xanlığına qaçmışdı. 1820-ci ildə Talış xanlığına qaçan ailələr geri qayıtsalar da Qarabağ xanlığına gedənləri Mehdiqulu xan hələ də geri qaytarmamışdı.[38]
Muğan mahalı əhalisinin kəndlər üzrə yerləşməsi
redaktəSıra sayı | Kəndlər | Həyətlərin sayı | Kişi cinsli əhali (nəfərlə) | |
1 | Bəylik | 31 | 79 | |
2 | mənbədən oxunulmur | 13 | 39 | |
3 | Məmişli | 23 | 61 | |
4 | Kürkəndi | 13 | 47 | |
5 | Çəngən | 13 | 29 | |
6 | Rəncbər-1 | 16 | 46 | |
7 | mənbədən oxunulmur | 2 | 3 | |
8 | Rəncbər-2 | 13 | 29 | |
9 | Qırağlı | 24 | 46 | |
10 | Minbaşılı | 18 | 52 | |
11 | Potubəyli | 28 | 67 | |
12 | Molla-Vaizli | 24 | 90 | |
13 | mənbədən oxunulmur | 31 | 79 | |
14 | Əli-Sultanlı | 24 | 58 | |
15 | Saatlı | 28 | 67 | |
16 | Quzman | 24 | 65 | |
17 | Molday | 27 | 66 | |
18 | Mustafabəyli | 20 | 60 | |
19 | QALAQAYIN | 96 | 233 | |
Cəmi | 19 | 468 | 1216 |
Qeyd: Cədvəl Ali Gürcüstan Hökumətinin Xəzinə Ekspedisiyasının kollegiya qeydiyyatçısı Suşko tərəfindən həyata keçirilmiş 1831-ci ildə Şirvan əyaləti əhalisinin kameral təsviri əsasında tərtib olunub.[39]
-
Qalaqayın (Kalagail). Xəritə 1808-ci ildə tərtib edilib. Müəllif Xristian Qotfrid Henrix Qeysler (1770–1844).
-
Qalaqayın (Kalagail). 1818-ci ildə tərtib olunub. Xəritənin müəllifi Con Pinkerton (1758–1826).
-
19-cu əsrin sonu Bakı quberniyasına aid xəritədə Qalaqayın (Karakoynı). Mənbə Brockhaus və Efron Ensiklopedik Lüğət.
-
Qalaqayın (Kalakoni). 1861-ci ildə tərtib olunub. Xəritənin müəllifi Aleksandr Keyt Conston (1804-1871).
-
Qalaqayın (Kalakoynı). 1869-cu ilin yanvarın 1-i tərtib olunub. Xəritənin müəllifi A. Ilyin.
-
Qalaqayın (Kalakoyny). 1881-ci ildə tərtib olunub. Xəritənin müəllifi Riçard Andree.
-
Qalaqayın (Kalakoiny). 1891-ci ildə tərtib olunub. Xəritənin müəllifləri Adolf Stieler (1775-1836), Avqust Peterman (1822-1878), Karl Voqel (1828-1897), Hermann Berqhaus (1828-1890), Hermann Habenixt (1844-1917). Mənbə "Adolf Stilerin əl atlası" (Adolf Stielers Handatlas).
-
Qalaqayın (Kalakony). 1901-ci ildə tərtib edilib. Müəllif Eduard Stanford (1827–1904).
-
Qalaqayın (Kalakoiny). Xəritə 1911-ci ilin oktyabrında tərtib edilib. Müəllifi Aleksandr Keyt Conston (1804-1871).
Qalaqayın ərazisində Petropavlovka yaşayış məntəqəsinin yaranması, Sabirabad şəhərinin əsasının qoyulması
redaktəƏvvəllər buraya 1747-ci ildə yaranmış Cavad xanlığının mərkəzi olan Cavad şəhəri nəzarət edirdi. 1768-ci ildə Quba xanlığından asılı vəziyyətə düşdü. 1778-ci ildə şəhər Quba xanı Fətəli xana qarşı çıxan Gilan xanı Hidayətullah xan tərəfindən tutuldu və talan edildi. Əsir götürülən sakinlərdən bəziləri kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün Rəşt və Ənzəliyə aparıldı. Cavad məhv edildi və bir daha əvvəlki mövqeyinə və əhəmiyyətinə qayıtmadı. 1805-ci ildə Cavad xanlığının ərazisi Rusiya imperiyasına birləşdirildi. 1868-ci ildə şəhəri bərpa etməyə cəhdlər edildi. Həmin il burada qəza hökuməti fəaliyyətə başladı, idarə binalarının tikintisi üçün yer ayrıldı və işlərə başlandı. Cavadı tez bir zamanda dirçəltmək və pravoslavları cəlb etmək üçün Cavad yaxınlığında (Kür-Araz qovşağının sağ sahilində, Qalaqayın ərazisində) pravoslav kilsəsinin tikilməsi qərara alındı və Bakı hərbi qubernatoru, general-leytenant N. N. Kolyubakin 1870-ci il dekabrın 4-də Gürcüstan ekzarxı arxiyepiskop Yevsebiydən məbəd tikmək üçün icazə istədi. Ekzarxın, eləcə də Qafqazdakı qubernatoru, böyük hersoq Mixail Nikolayeviçin razılığını aldıqdan sonra tikinti başlandı. 26 fevral 1871-ci ildə müqəddəs həvarilər Pyotr və Pavelin şərəfinə məbədin təməl daşı qoyuldu. Memar Çijovun hesablamalarına görə, kilsənin tikintisi üçün xəzinədən 11587 rubl ayrıldı. Kilsə layihəsinin müəllifi əyalət mühəndisi A. İ. Bardin idi və tikinti onun nəzarəti altında aparıldı. 1875-ci ildə tikilmiş kilsə uzun müddət təqdis olunmamış qalmışdır. Qəza hökuməti bir çox inzibati səbəblərdən Salyana köçürüldü və Cavadda hələ də pravoslav xristianlar yox idi. Yalnız 1887-ci ildə ilk məskunlaşanlar Cavadda peyda oldular, bir neçə ailə məbədin təqdis olunmasını xahiş etməyə başladı. O vaxta qədər bina artıq müəyyən təmir tələb edirdi və məbəddə hələ də ikonostaz yox idi. Bakı quberniya idarəsi Cavad kilsəsinin ehtiyacları üçün 671 rubl 64 qəpik ayırdı. Bu pulla Moskva rəsmindən nişanlar olan bir qatlı taxta ikonostaz alınmış, cökə qurbangahı quraşdırılmış, üç zəng və kilsənin təqdis edilməsi üçün lazım olan əşyalar alınmışdır. 1888-ci il mayın 9-da məbədi Bakı quberniyasının dekanı, protoyehni Aleksandr Yunitski Müqəddəs Möcüzəyaradan Nikolayın şərəfinə təqdis etdi. Köçürülənlər özləri məbədə yeni ad vermək istəyirdi.[40] Kilsənin kiçik olması səbəbindən yeni təqdis olunan kilsəyə daimi keşiş təyin edilmədi.
Qafqazda mülki hissənin baş komandanı A. M. Dondukov-Korsakovun əmri ilə 1887-ci ildə Cavad qəza şəhəri ləğv edildi.[41] Onun yerində yeni köçkünlər dəstəsinin məskunlaşmasına icazə verildi. 1892-ci ildən mərkəz kimi Cavadın əvəzində Qalaqayın ərazisində yaranan rus kəndi Petropavlovka (qovşağın sağ sahili) adlandırılmağa başladı. Müqəddəs Möcüzəyaradan Nikolay kilsəsi ziyarətçilərinin sayı artdı və müstəqil kilsə təşkil edilməsi zərurəti yarandı. 1892-ci ildə keşiş İohan Meiparianov kilsənin ilk keşişi oldu. Məzmur oxuyan da təyin olundu. Xəzinədən alınan maaş ildə keşiş üçün 450 rubl, məzmur oxuyan üçün isə 150 rubl idi.
Arxeoloji və tarixi mədəni abidələri
redaktəQalaqayın kəndinin ərazisində qədim yaşayış yerləri və nekropollar e.ə. V–I əsrlər, V–II, b.e. I əsrlər və III əsirlərə aid edilir. Əlavə olaraq 1657-ci ildə Səfəvilər dövründə əsası qoyulmuş Qalaqayın məscidi də daxildir.[42]
-
Qalaqayın məscidi
Coğrafiyası
redaktəSabirabad rayonun şimali-qərb hissəsində yerləşən Qalaqayın kəndi yalnız Saatlı rayonuyla həmsərhəddir. İqlimi quru subtropik iqlimdir. Burada il ərzində yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi müşahidə olunur. Ərazidə il ərzində günəşli saatların miqdarı çoxdur. Bu da bitkiçiliyin inkişafına müsbət təsir göstərir. Torpaqları əsasən boz-çəmən, boz- qonur torpaqlardır. Dəniz səviyyəsindən 28 metr, okean səviyyəsindən 17 metr aşağıdır.
İqtisadiyyatı
redaktə- Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İnfrastrukturu
redaktəQalaqayında dəmir-beton zavodu, məktəb,[43] mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, poçt, ATS və 3 məscid[44] var.
-
Qalaqayın dəmir-beton zavodu.
-
Qalaqayın zavodu.
Landşaftları və bioloji xüsusiyyətləri
redaktəİqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqliminə aiddir. Ayrı-ayrı sahələrdə səhra bitkiliyi də mövcuddur. Səhra bitkiliyində şoran torpaqlara da rast gəlinir. Şoran yarımsəhralarında çox vaxt halofit kolcuqlara: qara-soğan , xəzər sarıbaşı rast gəlinir. Onlar yumru təpəciklər əmələ gətirir. Burada, həmçinin, Xəzər şahsevdisi , kolvari dəvəayağı , çərən , həmçinin birillik lətli şorangələr — duzlaq coğanı və s. bitkilərə rast gəlinir.
-
Xəzər səhləbi
-
Xəzər sarıbaşı
-
Qara soğan
-
Dəvəayağı
-
Çəmənlik üçyarpaq yoncası
Regionda yarımsəhra qruplaşmalarında yovşanlı , şorangəli efemerli və az sahədə kəvər yarımsəhraları geniş yayılmışdır.[45] Yovşan yarımsəhrasının geniş sahələri pambıq və taxıl bitkiləri altında istifadə olunur.[46]
Efemer qruplaşmaları üçün soğanaqlı qırtıc daha xarakterikdir. Çəmən yarımsəhrasının tərkibinə taxıl otları — yabanı arpa, bülbülotu üstünlük təşkil edir. Ağyarpaq qovaq, qaragac, söyüd, yulğun və iydə üstünlük təşkil edir.
-
Ağcaqovaq
-
Qarağac
-
Söyüd
-
Yulğun
-
İydə
İqlimi
redaktəAy | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | İl | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Orta temperatur (°C) | 3.7 | 4.5 | 7.8 | 14.4 | 19.3 | 24.2 | 27 | 26 | 22.4 | 16 | 11.3 | 5.6 | 15.2 | |
Orta yağıntı (sm) | 26.3 | 36.6 | 36.2 | 35.5 | 35.2 | 27.5 | 10.4 | 14.4 | 30.5 | 49.3 | 34 | 26.6 | 362.5 | |
Orta yağıntının miqdarı (günlər) | 6.1 | 7.4 | 7.8 | 5.6 | 6.4 | 3.8 | 1.9 | 2.4 | 4.3 | 6.7 | 6.6 | 5.1 | 65.1 | |
Orta gün uzunluğu (saatlar) | 10.2 | 11.2 | 12.4 | 12.4 | 14.9 | 15.5 | 15.2 | 14.2 | 12.9 | 11.6 | 10.5 | 9.9 | 12.7 | |
Orta nisbi rütubət (%) | 77.6 | 78.8 | 74.1 | 67.8 | 66.1 | 60.7 | 56.5 | 60.5 | 67.8 | 76.5 | 70.2 | 75.1 | 69.3 | |
Orta şeh nöqtəsi (°C) | 0.1 | 1.1 | 3.5 | 8.5 | 12.8 | 16.1 | 17.6 | 17.8 | 16.2 | 11.9 | 6.1 | 1.5 | 9.6 | |
Küləyin orta sürəti (km/h) | 7.6 | 7.6 | 7.9 | 7.6 | 7.6 | 7.6 | 7.2 | 7.2 | 7.2 | 7.2 | 7.2 | 6.5 | 7.4 | |
Mənbə: www.weatherbase.com |
Faunası
redaktəƏrazi, əsasən, su-bataqlıq quşları ilə zəngindir. Burada boz qaz , ağqalın qaz , ağqaş qaz , qırmızıdöş kazarka , harayçı ququ quşu , fısıldayan ququ quşu , anqut və s. quşlara rast gəlinir. Burada məməlilərdən canavar, adi tülkü və s. canlılar yaşayır.[47]
-
Boz qaz
-
Ağqalın qaz
-
Qırmızıdöş qaz
-
Harayçı qu quşu
-
Fısıldayan qu quşu
-
Anqut
-
Canavar
-
Adi tülkü
Kulinariya
redaktəBu gün Sabirabad bostan bitkisi olan qarpızı ilə məşhurdur. Hətta onun qabığından belə mürəbbə bişirirlər. Qarpız çox yeyilən həm də müalicəvi məhsuldur. Məclislərdə və evlərdə ən çox bişirilən ət yeməkləri piti, qovurma, dolma, çığırtma, cız-bız, kabab, bozartma, kələfur və s. lobyalı, balqabaqlı plov, qaralı aş, tutmac, kəsmə əriştə, ovduğ, dovğa, ayran, təndir çörəyi, lavaş, fətir Qalaqayının mili kulinariyasının əsasını təşkil edir.
Qış aylarında müxtəlif turşular, şorabalar da qoyulur, tut və qarpızdan doşab və bəkməz hazırlanır.
-
Piti
-
Dolma
-
Kabab
-
Plov
-
Əriştə hazırlanması
-
Dovğa
-
Ayran
-
Təndir çörəyi
-
Lavaş
-
Fətir çörəyi
-
Şoraba
Əhalisi
redaktə2024-cü ilin siyahıyaalınmasına əsasən kənddə 7571 nəfər əhali yaşayır.[48]
1820-ci il | 1831-ci il | 1895-ci il | 1925-ci il | 1970-ci il | 2018-ci il | 2019-cu il | 2020-ci il | 2021-ci il | 2024-cü il |
---|---|---|---|---|---|---|---|---|---|
▲ 100 ailə (qala daxilində) [13] |
▲ 233 (yalnız kişi cinsi) [49] |
▲ 834[50] | ▲ 1588[51] | ▲ 4142[52] | ▲ 7489 | ▲ 7551 | ▲ 7631 | ▲ 7658 | ▲ 7571 |
Görkəmli şəxslər
redaktə1.Qiyas xan Şahsevən — Şahsevən elinə mənsub olan Cavad xanlığının qurucusu, ilk xanı, sərkərdə.
2.Həsən xan Muğanlı — Şahsevən elinə mənsub olan Cavad xanlığının ikinci xanı, sərkərdə.
3.İbrahim xan Muğanlı — Şahsevən elinə mənsub olan Cavad xanlığının üçüncü xanı, sərkərdə.
4.Səfi xan Muğanlı — Şahsevən elinə mənsub olan Cavad xanlığının dördüncü xanı, sərkərdə.
5.Məhəmmədsalah хan — Şahsevən elinə mənsub olan Muğan mahalının hakimi.
6.Mustafa bəy Muğanlı — Şahsevən elinə mənsub olan Muğan mahalının hakimi.
7.Bəybala Xankişiyev — İqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin ilk azərbaycanlı professoru, Azərbaycan Respublikasının əməkdar iqtisadçısı.
8.Zəminə Aslanova — Azərbaycan SSR Ali Sovetinin (7, 8 və 9-cu çağırış) deputatı, Azərbaycan pambıq ustası (1973), SSRİ Dövlət Mükafatı laureatı (1976)
9.Asif Hüseynov — Şabran Rayon İcra Hakimiyyətinin başçısı.
10.Aslan Xankişiyev — Ədalət Keşiyində qəzetinin təsisçi və baş redaktoru, MediaMaqnatTV.info saytının rəhbəri.
11.Fəqan Zalov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
11.Süleyman Qarayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
13.Məmmədov Nuqay İsgəndər oğlu (1911-24 dekabr,1937; Qalaqayın, Sabirabad rayonu-Leninqrad vilayəti) — repressiya qurbanı.[53][54][55][56]
Şəhidlər
redaktəŞəkil | Soyadı, adı, atasının adı | Doğum tarixi | Ölüm tarixi | Vəfat yeri | Dəfn yeri |
---|---|---|---|---|---|
Məmmədov Mehman Sahibəli oğlu[57] | 26 yanvar 1971 | 20 yanvar 1990 | Bakı Azərbaycan SSR |
||
Mirzəyev Sahib Paşa oğlu[58][59] | 15 may 1974 | 4 aprel 1993 | Kəlbəcər Azərbaycan |
||
Məmmədov Elman Əlqənbər oğlu[58][59] | 1975 | 1 yanvar 1994 | Füzuli Azərbaycan |
||
Mirzəyev Elşən Barat oğlu[58][59] | 11 avqust 1975 | 17 fevral 1994 | Ağdərə Azərbaycan |
||
Fərzullayev Zakir Ulduz oğlu[58][59] | 20 fevral 1974 | 20 aprel 1994 | Tərtər Azərbaycan |
||
Fərzullayev Vaqif Ulduz oğlu[58][59] | 1967 | 20 aprel 1994 | Ağdam Azərbaycan |
||
Əliyev Bəxtiyar Məzlum oğlu[58][59] | 29 dekabr 1974 | 24 yanvar 1994 | Füzuli Azərbaycan |
||
Abuşov Fikrət Nərçə oğlu (itkin)[58][59] | 4 yanvar 1975 | 23 avqust 1993 | Ağdam Azərbaycan |
||
Qarayev Süleyman Əlbağış oğlu | 3 iyul 1995 | 7 oktyabr 2020 | Ağdam Azərbaycan |
Din
redaktəKənddə Qalaqayın kənd məscidi dini icması fəaliyyət göstərir.[60]
Qalereya
redaktə-
İkinci Qalaqayın dairəsi.
Sabirabad şəhərindən gələrkən (şəklin sol tərəfi) soldan Balakənd (Sabirabad rayonu) və Sarıcalar kəndlərinə (Saatlı rayonu), düz istiqamətdə (şəklin sağ tərəfi) Bəylik kəndinə (Saatlı rayonu) gedən yol. -
"Xan bağı" (1868) qəbristanlığı. Qalaqayın.
-
Qovaq ağacı. Bəylik kəndinə gedən yol. Qalaqayın.
-
Küknar ağacları. Bəylik kəndinə gedən yol. Qalaqayın.
-
Küknar ağacları. Bəylik kəndinə gedən yol. Qalaqayın.
Mənbə
redaktə- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II (ŞƏRQ-QƏRB). Bakı: Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. 2007.
- Abbasqulu ağa Bakıxanov. Gülüstani-İrəm (tərcümə edən: M.Əsgərli) (PDF) (Minarə). Bakı: Minarə. Buraxılışa məsul Haçı Əli Dərkah oğlu İbrahimov. 2000. Təkrar nəşr (düzəlişsiz). 224. ISBN B-47020600000 108M-00.
- Prof.S.Əliyarlı. Azərbaycan tarixi. Bakı:Azərbaycan. 1996. 870.
- ŞAHİN FƏRZƏLİYEV- tarix elmləri doktoru, professor. Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi. Bakı: "Elm". 2012. 336. ISBN 978-9952-453-43-0.
- Mustafazadə Tofiq. Quba xanlığı (PDF) ("Elm"). Bakı: A.A.Bakıxanov adına Tarix İnstitutu. 2005. 480. ISBN 5-8066-1747-5.
- Г.Б. Абдуллаев. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Баку: Изд-во Академии наук Азербайджанской ССР. 1965. 620.
- Nailə Bayramova. Şamaxı xanlığı. Bakı: Təhsil. 2009.
- Ənvər Çingizoğlu. Həsən xanın törəmələri. Bakı: "Soy" dərgisi, 2 (22). 2009.
- Описание Ширванской провинции, составленное въ 1820 году, по распоряжению главноуправляющего въ Грузии А.П.Ермолова, генералмаером князем Мадатовымъ и действи- тельным статским советником Могилевским. Тифлис: типо- графия Главного Управления наместника Кавказского. 1867. 287.
- Аzərbaycan Respublikası Dövlət Тarix Аrxivi (АRDТА). Bakı.
- "MOḠĀN". Encyclopædia Iranica. 2013-01-21 tarixində arxivləşdirilib.
- Русская Проваславная Церковь Московского Патриархата. ЦЕРКОВЬ СВЯТИТЕЛЯ НИКОЛАЯ ЧУДОТВОРЦА СЕЛЕНИЯ ПЕТРОПАВЛОВКА (САБИРАБАД). Баку: Официальный сайт Бакинской и Азербайджанской епархии. 2021.
- Rəzzaq Xansuvar, Ağaəli Varsaman. LƏNKƏRAN QƏZASININ (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Sabirabad, Saatlı, İmişli) KAMERAL TƏSVİRİ, 1849-CU İL. Bakı. 2024.
- ARDTA, Камеральное описание селений Муганского участка, Ленкоранского уезда за 1850г. ,Φ. 10 Оп. 1, Док. 29
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Sabirabad rayon icra hakimiyyəti. "Sabirabad rayon İcra Hakimiyyəti başçısının aparatında rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı" (az.). Archived from the original on 2018-12-22. İstifadə tarixi: 2018-12-12.
- ↑ "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Arxivləşdirilib 2018-08-16 at the Wayback Machinee-qanun.az (az.)
- ↑ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarına 1 nömrəli əlavə Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, İstifadə tarixi:9 yanvar 2015
- ↑ 1 2 Bibliothèque orientale, article Nagia
- ↑ ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.380
- ↑ 1 2 M.v. Bieberstein, Beschr. d. Lander zw. Terek und Kur am Kasp. M. Frankf. am M.,", 1803. səh. 58
- ↑ Sabirabad rayon icra hakimiyyəti. "Sabirabad rayonunda fəaliyyət göstərən bələdiyyələr haqqında məlumat" (az.). 2019-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.
- ↑ "Sabirabad rayon bələdiyyələri". 2024-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-14.
- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2019 (PDF) (az.). BAKI: AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ. 2020. 86. (#invalid_param_val)
- ↑ Joachim Ottens. Nova ac Verissima Maris Caspii.1723
- ↑ Mirzə Rəhim Fəna. Qarabağnamələr. Bakı,Şərq-Qərb. 2006. 247. ISBN 9952-34-070-2,978-9952-34-070-9.Orijinal mətn (az.)
HÜDUDİ ƏYALƏTİ QARABAĞ-Cənub tərəfdən mis mədənləri olan Qapan dağlarının imtidadilə bir yerdə sariyal ru be məşriq gedir Araz çayınadək. Oradan məcrayi-nəhri-Araz ilə bir yerdə şərqdən gedir ta haman suyun qərbdən şərqə dəryayi-Xəzərə tərəf cari Kür nəhrinin məcrasınadək ki, oradan hər iki nəhrin suyu bir yerə qarışıb axar dəryayə. Bu nöqtə Qalaqayın adlı qəsəbədir ki, sabiqi Mustafaxanlı pristavlığına daxildir.
- ↑ 1 2 3 А.П.Ермолова, генералмаером князем Мадатовы, 1867. səh. 252
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II, 2007. səh. 11
- ↑ Zabil PƏRVİZ. "Gül" və onun spektri... - Bir sözün açması" (az.). 18.08.20 20:01. 2023-12-30 tarixində arxivləşdirilib.
- ↑ Г. А. Гейбуллаев, О НЕКОТОРЫХ АЗЕРБАЙДЖАНСКИХ ЭТНОТОПОНИМАХ, 1985.
- ↑ Пагирев Д. Д. Указ. раб., с. 124.
- ↑ Руденко С. И. Башкиры. М,— Л.; Изд-во АН СССР, 1955; Кузеев Р. Г. Указ. раб., с. 34; Долгих Б. О. Родовой и племенной состав народов Сибири в XVII в. М.: Изд-во АН СССР, 1960, с. 110—111.
- ↑ "Рапорт полковника Мищенко генерал-адъютанту Паскевичу от 23-го октября 1826 года. Лагерь при сел. Джевате". 2024-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-06.
- ↑ Prof.S.Əliyarlı, 1996. səh. 494
- ↑ "Azərbaycan Nadir şah imperiyasının tərkibində (1736-1747)" (PDF) (az.). 2018-04-03 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ AKAK, c. Vl, his. 2, əlavələr, sən. 38
- ↑ Зубов (1873), 889–890)
- ↑ Alexander, 1989. səh. 321
- ↑ "Дубровин Н. cild 3. 1886 193"
- ↑ Ismail bey Zardabli. "Ethnic and political history of Azerbaijan.From ancient times to the present day" (ingilis). Published by Rossedale Books 3101 Hillsborough Street Suite 210 Raleigh,NC 27607-5436 United States of America. 2018. səh. 570. ISBN 978-0-244-99782-3. 2022-03-28 tarixində arxivləşdirilib.Orijinal mətn (ing.)
By the coming of winter Russian troops moved to Mughan,Zubov prepared project about the strenghthening of the positions of Russian troops and providing economic conquer of the area.According to this project there should be build new city near Javad,which would be called by the name Ekaterina ll and there was planned to settle 2 thousand Russian soldiers who were married to georgian and armenian girls here
- ↑ Левиатов В.Н, 187
- ↑ Бутков П., II c., 418–419
- ↑ Левиатов В.Н, 188
- ↑ Fariz Xəlill — Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlarının şəcərəsi" (PDF) (az.). Bakı: Elm və təhsil,. 2019. 2021-08-31 tarixində arxivləşdirilib (PDF).
- ↑ ARDTA, Камеральное описание селений Муганского участка, Ленкоранского уезда за 1850г. ,Φ. 10 Оп. 1, Док. 29
- ↑ Rəzzaq Xansuvar, Ağaəli Varsaman. LƏNKƏRAN QƏZASININ (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Sabirabad, Saatlı, İmişli) KAMERAL TƏSVİRİ, 1849-CU İL., 2024. səh. 837
- ↑ Salman İbişov – MUĞAN (CAVAD BÖLGƏSİ) : ƏHALİSİ, TARİXİ COĞRAFİYASI VƏ TOPONİMLƏRİ Bakı, Gənclik Nəsriyyatı - 2020, 528 səhifə ISBN 978 – 8020 – 1909 – 5 - 3, 2020. səh. 431-434
- ↑ Bayramova Nailə. Şamaxı xanlığı (PDF). Bakı: "Təhsil". 2009. səh.44. Archived from the original on 2016-12-28. İstifadə tarixi: 2018-12-11.
- ↑ ARDTA 2, iş.347, vər.5
- ↑ Şahin Fərzəliyev - tarix elmləri doktoru, professor. "Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi" (PDF) (az.). Elm. 2012. 2021-08-31 tarixində arxivləşdirilib (PDF).
- ↑ А.П.Ермолова, генералмаером князем Мадатовы, 1867. səh. 244-253
- ↑ Salman Ərzuman oğlu İbişov. "Quba xanlığının əhalisi" (PDF) (az.). Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu. 2007. 2019-01-23 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ ARDTA, fond 24, siy.1, iş.347, vər.5
- ↑ Там же, с. 155
- ↑ Багиров Ф. А. Переселенческая политика царизма в Азербайджане (1830–1914 гг.). Москва, изд. Маросейка, 2009. Стр. 18
- ↑ "Управление делами Президента Азербайджанской Республики. Административно-территориальное деление. С. 120" (PDF). 2012-03-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-26.
- ↑ Sabirabad Rayon Təhsil Şöbəsi. "Ümumtəhsil məktəbləri - Sabirabad Rayon Təhsil Şöbəsi" (az.). İstifadə tarixi: 2018-12-12.[ölü keçid]
- ↑ "Məscid və minarələr" (az.). 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.
- ↑ Musayev M. Ə., Hacıyev D. V., Qasımov Ə. Q. və b. Azərbaycanm heyvanlar alomi, 3 cilddə. Bakı: Elm, 2000–2004.
- ↑ Biomüxtəiiflik və bitkilərin introduksiyası. AMEA Nəbatat Bağmın 75 iiliyinə həsr olunmuş beynəlxalq elmi konfransm materialları. 2 cilddə. Bakı: CBS, 2009.
- ↑ Tuayev D. Azərbaycan quşlarının kataloqu. Bakı: Şur, 1996
- ↑ "Sabirabad rayon bələdiyyələri". 2024-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-14.
- ↑ Ali Gürcüstan Hökumətinin Xəzinə Ekspedisiyasının kollegiya qeydiyyatçısı Suşko tərəfindən həyata keçirilmiş Şirvan əyaləti əhalisinin kameral təsviri, 1831
- ↑ МИНИСТЕРСТВО ДЕМЛЕДЕЛИЯ И ГОСУДАРСТВЕННЫХЪ ИМУЩЕСТВЪ Изданіе Отдѣла Земельныхъ Улучшений. С. А. Мелик-Саркиван. МУГАНСКАЯ СТЕПЬ. Естественно-историческій и сельско- хозяйственный очеркъ С-ПЕТЕРБУРГЕ. Типографія С.-Петербургскаго Градоначальства, Милліонная ул.у д. № 17. 1897. https://elib.rgo.ru/safe-view/123456789/229610/1/MTgyMDAyNTlfTWVsaWstU2Fya2lzeWFuLCBTZXJnZWkgQXZldGlzb3ZpY2ggKDE4NjYtKS4gTXVnYS5wZGY= Arxivləşdirilib 2024-05-14 at the Wayback Machine https://elib.rgo.ru Arxivləşdirilib 2024-05-14 at the Wayback Machine. səh.75
- ↑ COBET ТРУДА И ОБОРОНЫ KOMИCCИЯ по СБСЛЕДОВАНИЮ МУГАНИ. ОБЩЕСТВО ОБСЛЕДОВАНИЯ И ИЗУЧЕНИЯ АЗЕРБАЙДЖАНА. МУГАНЬ И САЛЬЯНСКАЯ СТЕПЬ НАСЕЛЕННО-ЗЕМЛЕПОЛЬЗОВАНИЕ ВОДНОЕ ХОЗЯЙСТВО. (Обследование 1925 г.) БАКУ 1927 год. https://elib.rgo.ru/safe-view/123456789/216490/1/MDAwMDIwNjBfQXZkZWV2LCBNaWto0LBpbCBOaWtvbNCwZXZpY2ggKDE4ODEtKS4gTXVn0LBuYCBpIFPQsGxgLnBkZg==
- ↑ "Сабирабадский район 1970". www.ethno-kavkaz.narod.ru. 2018-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.
- ↑ "Мамедов Нугай Искандер Оглы, 1911 г. р., уроженец с. Калагаин Сабир-Абадского р-на Азербайджанской ССР. Особой тройкой УНКВД ЛО 19 декабря 1937 г. приговорен к высшей мере наказания. Расстрелян в г. Ленинград 24 декабря 1937 г. https://ru.openlist". 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-03.
- ↑ "Нугай Искандер Оглы, 1911 г. р., уроженец с. Калагаин Сабир-Абадского р-на Азербайджанской ССР. Особой тройкой УНКВД ЛО 19 декабря 1937 г. приговорен к высшей мере наказания. Расстрелян в г. Ленинград 24 декабря 1937 г. (Нет сведений о реабилитации.) https://visz.nlr.ru". 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-03.
- ↑ "Arxivlənmiş surət". 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-03.
- ↑ "Arxivlənmiş surət". 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-03.
- ↑ ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-25.
- ↑ 1 2 3 4 5 6 7 "Sabirabad LAYF Jurnalı ŞƏHİDLƏR ÖLMƏZ Xüsusi buraxılış". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-25.
- ↑ 1 2 3 4 5 6 7 "Azərbaycanın bütövlüyü uğrunda həlak olan, itkin düşən və Azərbaycanın Milli Qəhramanı adına layiq görülən Sabirabadlı döyüşçülər haqqında məlumat". 2020-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-26.
- ↑ ""Qalaqayın" məscidi" (PDF) (az.). 2019-02-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010.
Xarici keçidlər
redaktə- "Qalaqayın/facebook səhifəsi" (az.). İstifadə tarixi: 2020.
- "Sabirabad rayonu Əli Qurbanov adına Qalaqayın kənd tam orta məktəbin YouTube səhifəsi" (az.). İstifadə tarixi: 2019.
- "Sabirabad MKS-in Qalaqayın kənd kitabxana filialında "Narkomaniyaya yox deyək" mövzusunda tədbir" (az.). Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi. 2019-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-18.
- "Sabirabaddakı dəmir-beton zavodu fəaliyyətə başlayıb" (az.). AZƏRBAYCAN DÖVLƏT İNFORMASİYA AGENTLİYİ. İstifadə tarixi: 2016-11-08.
- "İyirmi illik fasilədən sonra Sabirabad rayonunun Qalaqayın kəndinə təbii qazın verilməsi bərpa edilmişdir" (az.). AZƏRTAC. İstifadə tarixi: 2012-01-17.
- "Sabirabad rayonu icra hakimiyyətinin rəsmi rəsmi_saytıı" (az.). Sabirabad Rayon İH. İstifadə tarixi: 2018-12-14.
- Mülki Cəmiyyətə Doğru Mərkəzi [ölü keçid]