Qalata Mudafie Divarlari - Wikipedia
Qalata müdafiə divarları və ya Genuya müdafiə divarları, müasir İstanbul sərhədləri içərisində olan Qalatayı əhatə edən və bəzi qalıqları bu gün də mövcud olan müdafiə divarlardır.
Qalata Bizans dövründə Sykainin xarici məhəlləsi olduğu vaxtlar gücləndirilməmişdir. Qızıl buynuzun ağzında uzanan zəncirin mühafizəçisi kimi fəaliyyət göstərirdi. Ancaq 1204-cü ildə şəhərin zəifləməsindən sonra Qalata Venesiya ərazisinə çevrildi və daha sonra Genuya Respublikasının müstəmləkəsi oldu. Bizanslıların etirazlarına baxmayaraq, Genuyalılar Bizans nəzarətinin xaricində qalmış öz məhəllələrini xəndəklə əhatə etməyə müvəffəq oldular. Koloniyanın ətrafındakı qala tipli evləri özlərinin yaratdıqları ilk divarla birləşdirdilər. Qalata qülləsi daha sonra "Turris Sancte Crucis" ("Müqəddəs Xaç Qülləsi") olaraq adlandırıldı və digər şəhər divarlarının uzantıları 1349-cu ildə şimal hissədə həyata kecirildi. Sonrakı istehkam və müdafiə divarı uzantıları 1387, 1397 və 1404-cü illərdə davam etmişdir. Kobud şəkildə deyilsə, təxminən trapesiya formasında həyata keçirilmiş genişlənmə onlara böyük bir qapalı ərazi verdi. Genişlənmə Azapkapıdan şimala Şişxana istiqamətində, oradan Topxanaya və daha sonra Karaköy istiqamətində olmuşdur. Şəhər Osmanlı imperiyası tərəfindən ələ keçirildikdən sonra divarlar 1870-ci ilə qədər mövcudluğunu saxlamışdır. Onların bir çoxu şəhərin genişlənməsinə imkan vermək üçün məhv edilmişdir. Bu gün yalnız Qalata qülləsi bütöv vəziyyətdə tarixi Konstantinopoldan qalan görünən bir əsərdir.