Qalisiya Doyusu - Wikipedia
Qalisiya döyüşü və ya Lvov döyüşü— Birinci Dünya Müharibəsinin əvvəlində Rusiya və Avstriya-Macarıstan İmperiyası arasında baş verən döyüşdür. Avstriya-Macarıstan ordusunun məğlubiyyətindən sonra ruslar Lvov şəhərini ələ keçirdilər və şərqi Qalisiya bölgəsində nəzarəti təmin etdilər.
Qalisiya döyüşü və ya Lvov döyüşü | |||
---|---|---|---|
Birinci Dünya müharibəsi Şərq cəbhəsi | |||
Tarix | 26 avqust - 11 sentyabr 1914-cü il | ||
Yeri | Lvov və Qalisiya | ||
Nəticəsi | Rusiyanın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Döyüşdən əvvəlki vəziyyət
redaktəAvqustun əvvəlində Rusiya ilə müharibə demək olar ki, müəyyən olduqda, Avstriya-Macarıstan baş qərargah rəisi Conrad von Hötzendorf şimal ordularına (1-ci və 4-cü ordular) Polşa krallığına hücum etmək qərarına gəldi. Rus ordusunun tezliklə Şərq Cəbhəsi üçün böyük güc toplaya biləcəyindən qorxan Von Hötzendorf, yeganə həll yolunu dərhal əməliyyata başlamaqda gördü.[2] Komandir Almaniyanın Polşa hücumunu da dəstəkləyəcəklərinə ümid etdi, ancaq bölgədəki məhdud sayda alman əsgərinin müdafiənin güclü olması bu ümidi pozdu. Beləliklə, Polşaya tək girməli olan 1-ci və 4-cü Avstriya-Macarıstan orduları, 4-cü və 5-ci rus orduları tərəfindən qarşılandı. Digər tərəfdən, Avstriya-Macarıstanın Lvov üzərində hərəkət edəcəyini düşünən Rusiya ordusunun cənub-qərb cəbhəsinin komandiri Nikolay İvanov 3-cü və 8-ci ordularla şərqi Qalisiya bölgəsinə hücum etməyi planlaşdırırdı.
Döyüş
redaktəViktor Danklın rəhbərliyindəki 3-cü Avstriya-Macarıstan ordusu Lublində 4-cü Rusiya ordusu ilə görüşdü və Baron Salzanın nəzarəti altında bu qüvvəni geri çəkilməyə məcbur etdi. Krasnik döyüşü adlanan bu qarşıdurmada 6000 rus əsgəri əsir alındı. 4-cü Avstriya-Macarıstan ordusu, Çankmdan Denkl'e doğru irəliləyərək, Komarov döyüşü zamanı Pavel Plehve komandanlığı altında 5-ci Rusiya ordusunu geridə qoydu, 20,000 rus əsgərini əsir aldı. Bunun əksinə olaraq, Avstriyalıların Rusiya ordusunu mühasirədə saxlama cəhdi nəticəsiz qaldı.
Rusların şimal bölgədə geri çəkildiyini müşahidə edən Avstriya ordusu İvanovun komandanlığı altındakı sol qoşunlarına hücum etdi. Nikolay Ruzskiy və Alexey Brusilov'un komandanlığı ilə 3-cü və 8-ci Rusiya orduları İvanov Avstriya-Macarıstan qüvvələri üzərində qələbə qazandı. Pis yollar səbəbiylə 2 günlük irəliləmələrini dayandırmalı olan ruslar, düşmən qüvvələrinə Gnila Lipa Döyüşü adlanan bu hücumda bərpa etmək üçün fürsət vermədilər.
Əvvəlki qarşılaşmada ruslara təslim olmalı olan Avstriya Ordusu qoşunları şimaldan çıxartmağı planlaşdırarkən, İvanov Plehve komandanlığı altında 5-ci Rusiya Ordusuna əmr verdi və Rava Ruska döyüşü adlanan qarşıdurmadan sonra avstriyalılara hücum etdi. İkinci Avstriya ordusu Serbiya tərəfindən gücləndirildi, lakin bu tədbir Avstriyanın Qalisiya cəbhəsinin süqut etməsinə və Rusiyanın Lvovu ələ keçirməsinə mane olmadı.
Nəticə
redaktəSlavyanların avstriyalılar tərəfindən geri alınması əks nəticə verdi və bəziləri ruslar tərəfə keçdi. 11 sentyabr döyüşünün sonunda ruslar 120.000 əsiri götürdü, ancaq 40.000 məhbus da daxil olmaqla 324.000 əsgərini itirdi.[3][4][5][6] Karpat dağlarına 100 mil məsafəni qət edən ruslar Przemy qalasını mühasirəyə aldılar və 100 gündən çox davam edən Przemy mühasirəsini başlatdılar. Döyüşün sonunda Avstriya-Macarıstan ordusu böyük zərər gördü və Avstriya ərazisi həssas oldu. Tannenberq döyüşündə ağır məğlubiyyətə uğrayan ruslar Lvovdakı bu qələbədən sonra tarixdəki pis xatirələrini dəfn etmək fürsəti əldə etdilər.
Qarşılıqlı qüvvələr
redaktəRus ordusu
redaktəCənub-qərb Rus cəbhəsi. Baş komandir — Nikolay İvanov, Naş qərargah rəisi — Mikayıl Alekseyev
- 4-cü ordu. komandiri — Anton von Saltza (Krasnik döyüşündən sonra yerini Aleksey Evertə verdi)
- XIV. korpus
- XVI. korpus
- 5-ci ordu. komandiri — Pavel Plehve
- V.korpus
- XVII.korpus
- XIX.korpus
- XXV.korpus
- 3-cü ordu. komandiri — Nikolay Ruzsky — qərargah rəisləri — Vladimir Mikhailovich Dragomirov, Nikolay Dukhonin, Mikhail Bonch-Bruevich
- IX.korpus
- X.korpus
- XI.korpus
- XXI.korpus
- 8-ci ordu. komandiri — Aleksey Brusilov — qərargah rəisi Anton Ivanovich Denikin
- VII.korpus
- VIII.korpus
- XII.korpus
- XXIV.korpus
Avstriya-Macarıstan ordusu
redaktə- Ordu qrupu Kummer
- 7-ci süvari alayı
- səfərbərlik birlikləri
- 1-ci ordu. komandiri — Viktor Dankl
- I.korpus (Krakov) — 5-ci və 46-cı piyada alayları
- V.korpus (Bratislava) — 14-cü, 33-cü ve 37-ci piyada alayları
- XII. piyada alayı
- III. süvari alayı
- IX. süvari alayı
- 4-cü ordu. komandiri — Moritz von Auffenberq
- II.korpus — 4-cü, 13-cü və 25-ci piyada alayları
- VI.korpus — 15-ci, 27-ci ve 39-cu piyada alayları
- IX.korpus — 10-cu və 26-cı piyada alayları
- XVII.korpus (müharibə başlayanda quruldu) — 19-cu piyada alayı
- VI. süvari alayı
- X. süvari alayı
- 3-cü ordu komandiri — Rudolf Brudermann
- XI. korpus (Lvov) — 30-cu piyada alayı
- XIV. korpus (Innsbruck) — 3-cü, 8-ci və 44-cü piyada alayları
- 23. piyada alayı
- 41. piyada alayı
- 2. süvari alayı
- 4. süvari alayı
- Ordu qrubu Kövess (2-ci ordunun nəzdində)
- II. korpus (Graz) — 6-cı, 28-ci və 22-ci piyada alayları
- XII. korpus (Hermannstadt) — 16-cı, 35-ci. və 38-ci piyada alayları
- 11. piyada alayı
- 43. piyada alayı
- 20. piyada alayı
- 1. süvari alayı
- 5. süvari alayı
Ədəbiyyat
redaktə- Buttar, P. Collision of Empires: The War on the Eastern Front in 1914. Osprey Publishing. 2014. ISBN 978-1472813183.
- Tuchman, Barbara, The Guns of August (1962)
- Tucker, Spencer, The Great War: 1914–18 (1998)
- Nikolai Golovin. Great battle for Galicia Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine
- Herwig, H. The First World War: Germany and Austria-Hungary 1914-1918 (2nd). London: Bloomsbury Academic. 2014. ISBN 978-1-4725-1250-5.
İstinadlar
redaktə- ↑ Conrad von Hötzendorff. Aus meiner Dienstzeit. Band IV. 28. Juni 1914 bis September 1914. Die politischen und militärischen Vorgänge vom Fürstenmord in Sarajevo bis zum Abschluß der ersten und bis zum Beginn der zweiten Offensive gegen Serbien und Rußland, Berlin 1924; s. 804
- ↑ Strachan, Hew. The first World War. Volume I: to war. Oxford. 2001. 281–357. ISBN 0-19-820877-4.
- ↑ Jaques>Tony Jaques. Dictionary of Battles and Sieges. Greenwood Publishing Group. 2007. P. 380
- ↑ John Ashley Soames Grenville. A History of the World from the 20th to the 21st Century. Psychology Press, 2005. P. 89
- ↑ Schindler>John Richard Schindler. A hopeless struggle: the Austro-Hungarian army and total war, 1914–1918. McMaster University, 1995. P. 91
- ↑ Stone162>David R. Stone. A Military History of Russia: From Ivan the Terrible to the War in Chechnya. Greenwood Publishing Group, 2006. P. 162