Qalmaz Palciq Vulkani - Wikipedia
Qalmaz palçıq vulkanı — (199 m) Azərbaycan ərazisində olan iri palçıq vulkanlarından biridir.
Qalmaz | |
---|---|
Ümumi məlumatlar | |
Növü | Palçıq vulkanı |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Ümumi məlumat
redaktəOnun konusvari gövdəsi geniş düzənlik üzərindən ucalır. Qalmaz palçıq vulkanı oval şəklində olub, şimal-qərbdən cənub-şərq istiqamətində 3,5 km-dən artıq məsafədə uzanır. Onun ən enli hissəsi 2 km-dən artıqdır. Bu vulkan Ələt Stansiyasından 13 km-ə qədər qərbdə, Pirsaatçayın sağ sahilində yerləşir.
Qalmaz palçıq vulkanı eyni adlı braxiantiklinalın çatma hissəsində, uzununa və eninə istiqamətli tektonik sınmaların kəsişdiyi sahədə yerləşir. Onun püskürdüyü brekçiyalardan ən qədimi üst Yura yaşlı çöküntüləridir. Bundan əlavə həmin brekçiyada üst Təbaşir, Paleogen, orta Miosen, Pont yarusu, Məhsuldarqat, Ağcagil, Abşeron və aşağı Dördüncü dövr süxurları da iştirak edir (Ə. Ə. Yaqubov, Ə. Ə. Əlizadə, M. M. Zeynalov, 1971).
Qalmaz palçıq vulkanının krater hissəsi cənub-şərqdə yerləşib, elips şəklinə yaxındır. Onun qərb hissəsində dörd, cənub və şimal hissələrində isə iki iri krater valı vardır. Püskürmə zamanı kraterin qabarmış hissəsi sonralaradan yatdıqca onun ətrafında krater valları yaranır. Onların axını əsasən şərqə doğru istiqamətlənmişdir. Əsas püskürmə ocaqları qərbdə olduğundan, vulkan kraterində şimal-qərbdən cənub-şərqə doğru meyillik yaranmışdır. vulkanın fəaliyyəti zəiflədikcə, əsas püskürmə ocağında çökmə baş verdiyindən onun qərbində daha çox kənar valları yaranır. Belə hal bir neçə başqa palçıq vulkanları krateri üçün də səciyyəvidir.
Brekçiya axınları şərq ətəkdə geniş sahə tutur. Onlar şimaldan cənuba 2 km-dən artıq, qərbdən şərqə doğru isə 1,5 km-dən artıq bir məsafədə uzanır. Onların səthi (xüsusilə cənub hissədə) yarğanlarla parçalanmışdır. Vulkanın ətək hissəsi prolüvial, brekçiya axınları konusu, delüvial çöküntüləri yaratdığı zəif dalğalı maili düzənlikdə haşiyələnir.[1]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Якубов А.А., Ализаде А.А., идр. Грязевые вулканы Азербайджанской ССР. Баку, 1971