Qamqam - Wikipedia
Qamqam - Wikipedia - Haqqında Məlumat
Qam-qam — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Qam-qam | |
---|---|
41°14′52″ şm. e. 48°36′11″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 510 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1209 (2009) nəfər |
Toponimikası
redaktəQamqam oyk., sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adı olmuşdur. Kənd keçmişdə Rustov kəndinə məxsus mal-qara saxlanılan yer əsasında yaranmışdır. Məntəqə yerin adını qəbul etmişdir. Oykonimi fars dilindəki qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarət “kiçik çay dərəsində məskən” kimi izah edirlər. Kənd iki yamacın ətəyində, Qamqam çayının sahilindədir. Əslində kəndin adı çayın adından alınmışdır.[1]
Əhalisi
redaktə- 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1209 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir.[2]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
- azerbaijanphoto.com saytındakı şəkilləri Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |