Qamziqrad - Wikipedia
Qamziqrad ( serb-kiril. ⓘ) ― Dunay çayının cənubunda, Zayeçar şəhərində yerləşən arxeoloji sahə, spa kurortu və Serbiyanın Ümumdünya irsi abidəsi.[1]
Qamziqrad | |
---|---|
43°53′57″ şm. e. 22°11′10″ ş. u.HGYO | |
Ölkə | |
Tikilmə tarixi | B.e. 298 |
Hündürlüyü | 197 metr (646 ft) |
Rəsmi adı: Gamzigrad-Romuliana, Palace of Galerius | |
Tipi | Mədəni |
Kriteriya | iii, iv |
Təyin edilib | 2007 (31-ci sessiya) |
İstinad nöm. | 1253 |
Ölkə | Serbiya |
Vikianbarda əlaqəli mediafayllar |
Ərazidə Roma imperatoru Qalerinin inşa etdirdiyi Feliks Romuliana (serb. Феликс Ромулијана / Feliks Romulijana) qədim saray və məbəd kompleksi yerləşir.[2][3] Əsas sahə 40 000 m² ərazini əhatə edir.[4]
Tarix
redaktəQamziqrad yaxınlığında Avropanın ən vacib və son Roma abidələrindən biri olan Felix Romuliana adlı nəhəng bir Roma kompleksinin dağıntıları yerləşir. İlk tədqiqatçılar qədim dağıntıların böyüklüyünə və çoxsaylı qüllələrinə görə buranın Roma hərbi düşərgəsi olduğuna inanırdılar. 1953-cü ildən bəri aparılan sistematik arxeoloji qazıntılar isə ərazinin əslində imperator sarayı olduğunu ortaya qoydu. Kompleks Tetrarxiyalardan biri olan böyük İmperator Diokletianın evlənmiş oğlu və kürəkəni imperator Qaleri tərəfindən düşünülmüş və tikdirilmişdir. O, 298-ci ildə ( Sasanilər imperiyası üzərində qazandığı, ona heyranlıq və izzət gətirən zəfərindən sonra) tikintiyə başladı. Feliks Romuliana adı həm də bütpərəst kultun kashini olan anası Romulanın xatirəsinə verilmişdir. Məbəd və saray kompleksi üç əsas məqsədə xidmət edirdi - anasının ilahi şəxsiyyətinə ibadət yeri, imperator kimi gördüyü işlərin nişanəsi və Qaleri üçün lüks bir villa. Romuliana 5-ci əsrin ortalarında Hunlar tərəfindən qarət olunana qədər sağ qaldır. Ərazi daha sonralar əkinçilərin və sənətkarların yaşayış yerinə çevrildi və nəhayət, 7-ci əsrin əvvəllərində Slavların gəlməsi ilə tamamilə tərk edildi.
Tikililər ilk dəfə 1835-cü ildə Saksoniya mədən təşəbbüskarı Baron von Herder tərəfindən "1835-ci ildə Serbiyada mədən gəzintisi" (alm. Bergmänische Reise in Serbie im Jahre 1835) məqaləsində qeyd edilmişdir. Daha sonra alman mineralogisti Auqust Breytaupt da konstruksiyalar haqqında məqalə yazdı. Avstriya-Macarıstan təbiətşünası, coğrafiyaşünası, etnoqrafı və arxeoloqu Feliks Filipp Kanitz Qamzigrad ilə xüsusilə maraqlanmış və iki dəfə: 1860-cı ildə və 1864-cü ildə dağıntıları ziyarət etmişdir.[2]
Qamziqrad üçün həvəs 19-cu əsrin sonunda yox oldu və kompleksin əsl tarixi hələ də araşdırılmamışdı. Maraq 1950-ci illərdə "Serb arxeologiyasının neo-romantizmi" dövründə canlandı. Zayeçar şəhər muzeyinin direktoru Vekoslav Popoviç 1953-cü ildə sistematik arxeoloji tədqiqata başladı. Akademik professor Droslav Sreyoviç 1970-ci ildə ərazidə aparılmış araşdırmaya rəhbərlik etmiş və abidəni dünya arxeologiyası arasında yerləşdirmişdir.[2]
Kompleks 1984-cü ildə cənub-qərbdə FELIX ROMULIANA yazısı olan bir arxivolt tapıldıqdan sonra təmizlənməyə başlandı.[5]
Qoruma və turizm
redaktə23 iyun - 2 iyul 2007-ci il tarixləri arasında Yeni Zelandiyanın Kraystçerç şəhərində keçirilən UNESCO-nun Ümumdünya irsi komitəsinin 31-ci iclasında Qaleri sarayının da daxil olduğu olan Qamziqrad-Romuliana kompleksi Ümumdünya irsi siyahısına daxil edilmişdir.[6]
Felix Romuliana müasir Serbiya ərazisində anadan olan 17-dən çox Roma imperatorunun doğulduğu yerləri birləşdirən "Roma imperatorları cığırı"nın populyar turizm dayanacağıdır.
Spa kurortu
redaktəModern bir spa kurortu olan Qamziqradska Banya, "xüsusi reabilitasiya xəstəxanası"na yaxındadır.[7]
Qalereya
redaktə-
Darvaza
-
Yunan tanrısı Dionysusun mozaikası
-
Şərq qapısının dağıntıları
-
Ərazidə tapılmış "Qalerinin başı"
-
Ərazini planı
-
Mozaika döşəməli sarayın dağıntıları
-
Mozaika detalı
İstinadlar
redaktə- ↑ Centre, UNESCO World Heritage. "Gamzigrad-Romuliana, Palace of Galerius". whc.unesco.org. 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2017.
- ↑ 1 2 3 "Museum of Zaječar". 12 iyun 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2017.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2016-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-28.
- ↑ http://www.isprs.org/congresses/beijing2008/proceedings/5_pdf/70.pdf%5B%5D[ölü keçid]
- ↑ Theory and Practice in Late Antique Archaeology Google Books-da
- ↑ "Twenty-two new sites inscribed on UNESCO's World Heritage List, and one deleted during Committee meeting in Christchurch". portal.unesco.org. 29-06-2007. 21 fevral 2021 tarixində arxivləşdirilib.
- ↑ Gamzigrad Spa Arxivləşdirilib 2017-09-27 at the Wayback Machine, VisitSerbia.org