Qan Zehmet Goz Yaslari Ve Ter - Wikipedia
Qan, zəhmət, göz yaşları və tər ifadəsi, 1940-cı ilin 13 mayında Böyük Britaniya parlamentinin İcmalar palatasında Vinston Çörçill tərəfindən verilmiş nitqdə məşhur olmuşdur.
İfadənin tarixi
redaktəBu, İkinci dünya müharibəsinin ilk ilində Kralın tapşırığı ilə Böyük Britaniyanın baş naziri olduqdan sonra 1940-cı ilin 13 mayında İcmalar palatasında Çörçillin ilk nitqi idi.[1] Çörçill 10 mayda Nevill Çemberleni əvəzləmişdi və bu nitqdə o, öz hökumətinə etimad göstərilməsini xahiş etmişdi. Təklif, birmənalı olaraq qəbul edilmişdi. Bu, Fransa uğrunda döyüş zamanı onun 3 nitqindən birincisi idi.
Çörçill oxşar ifadələri daha tez istifadə etmişdi: 1931-ci ildə “Onların təri, onların göz yaşları, onların qanı” və “milli həyatın yeni strukturlarını qan, tər və göz yaşları üzərində qurmaq” kimi.[2][3]
Çörçillin cümləsi – “Mən heç nə təklif etməmişəm, lakin qan, zəhmət, göz yaşları və tər” 1849-cu ilin 2 iyulunda Cüzeppe Qaribaldinin bir fikrinin parafrazası kimi adlandırılmışdı. O, Roma şəhərində öz inqilabi qüvvələrinin qarşısında demişdi: “Mən aclığı, susuzluğu, məcburi yürüşləri, döyüşü və ölümü təklif edirəm.” Çörçill gənc olarkən Qaribaldinin bioqrafiyasını yazmağı fikirləşmişdi.[4]
Çıxarış
redaktəBiz tarixdə baş vermiş ən böyük döyüşlərdən birinin hazırlıq mərhələsindəyik.... Biz Norveç və Hollandiyada çox yerlərdə fəaliyyətdəyik –, biz Aralıq dənizində hazırlıqlıyıq. Hava döyüşü davam edir və çox hazırlıqlar burada – vətəndə aparılmışdır.
Mən bu hökumətə qoşulanlara dediyim kimi İcmalar palatasına deyərdim: Mənim təklif etməyə heç nəyim yoxdur, lakin qan, zəhmət, göz yaşları və tər. Bizim əvvəl ən müsibətli qəbildən olan imtahanımız var. Bizim əvvəl çox, çox uzun aylar mübarizə və məşəqqətimiz var.
Siz soruşursunuz, bizim məqsədimiz nədir? Mən bir sözlə cavab verə bilərəm: Qələbə. Bütün dəyərlərdə qələbə–bütün dəhşətlərə baxmayaraq qələbə, ola bilsin ki, uzun və çətin yoldur, lakin qələbəsiz xilas yoxdur.
İstinadlar
redaktə- ↑ "Hansard debate, 13 May 1940 "HIS MAJESTY'S GOVERNMENT"". 4 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 August 2015.
- ↑ Bohle, Bruce. Quoted in Morris, William; Morris, Mary. Morris Dictionary of Word and Phrase Origins (Second). HarperCollins. 1988. səh. 69. ISBN 0-06-015862-X. 20 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2012.
- ↑ Langworth, Richard, ed. Churchill by Himself: The Definitive Collection of Quotations. PublicAffairs. 2011. səh. 591. ISBN 1-58648-957-7. İstifadə tarixi: 30 September 2012. ([[:Category:|link]])[[Category:]][ölü keçid]
- ↑ John Lukacs. 2008. Blood, Toil, Tears and Sweat: The Dire Warning: Churchill's First Speech as Prime Minister Arxivləşdirilib 2016-12-24 at the Wayback Machine. New York: Basic Books, p. 47. "Offro fame, sete, marce forzate, battaglie e morte." Garibaldi's line has appeared in other versions.