Qanuni Sultan Suleyman Korpusu - Wikipedia
Qanuni Sultan Süleyman Körpüsü — İstanbulun Böyükçəkməcə ərazisində olan, Büyükçəkməcə ilə Memarsinan arasında yer alan tarixi körpü.
Qanuni Sultan Süleyman Körpüsü | |
---|---|
41°01′18″ şm. e. 28°34′14″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | İstanbul ili |
Aidiyyatı | Osmanlı imperiyası |
Sifarişçi | Qanuni Sultan Süleyman |
Tikilmə tarixi | 1566-1567 |
Üslubu | Osmanlı memarlığı |
Uzunluğu |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İstanbulu Avropaya bağlayan tarixi ticarət yolu üzərində, Büyükçəkməcə gölünün Mərmərə dənizi ilə birləşdiyi nöqtədə inşa edilmişdir. Memar Sinan tərəfindən inşa edilən körpü, İstanbula 36 km uzaqlıqda yerləşir. Qanuni Sultan Süleyman (1520-1566) Zigetvar Səfərinə çıxarkən, ordunun, Büyükçəkməcə Gölü ilə dənizin birləşdiyi bu nöqtədən sallarla qarşıya keçməkdə çox çətinlik çəkdiyinə görə buraya körpü tikilməsini əmr etmişdir. Ancaq Qanuni Sultan Süleyman, Zigetvar şəhərinin mühasirəsində vəfat etdiyi üçün körpü, oğlu II Sultan Səlim zamanında, 1567-ci ildə tamamlanmışdır.
Körpünün girişindəki turistlik sahə içərisində Sokullu Mehmet Paşa Məscidi, Kurşunlu Han və Qanuni Sultan Süleyman çeşməsi də yer almaqdadır.
Memar Sinanın "Körpü, əsərlərimin içərisində şahəsərimdir." dediyi bu körpü, 636 metr uzunluğunda, 7,17 metr genişliyindədir. 4 ayrı hissədən və 28 kəmərdən ibarət olan körpünün tikintisi əsnasında, gölün suları böyük tulumbalarla boşaldılaraq, 40.000 m³ daş istifadə edilmişdir. Körpü 1986-1989-cu illər arasında bərpa edilən körpü bölgənin simvoludur.
Xətt ilə tarix yazılması
redaktəKörpünün ortasında ağ mərmər üzərində "Karahisarlşlm jıhııjıultan Səlim Xan" adına olduğu bildirilən bir tarix döşəmə yazısı var: "Dedi Târihin huda ol zaman Yapdı âb üzrə bu Cisr Səlim Xan il 957 Eyledi kamil Süleyman körpüsü Sultan Səlim "
Körpünün 1567-ci ildən etibarən xərci 114.073.850 axçadır.