Qaragac Kucesinde Qarabasma 2 Freddinin Qisasi Film 1985 - Wikipedia
Qarağac küçəsində qarabasma 2: Freddinin qisası (ing. A Nightmare on Elm Street 2: Freddy’s revance) – 1985-ci ildə Cek Şolder tərəfindən qorxu filmi janrında çəkilən ABŞ filmi.
Qarağac küçəsində qarabasma 2: Freddinin qisası | |
---|---|
ing. A Nightmare on Elm Street 2: Freddy’s revance | |
Janr | Qorxu filmi |
Rejissor | Cek Şolder |
Baş rollarda | |
Bəstəkar | Kristofer Yanq |
İstehsalçı | New Line Cinema |
Distribütor | New Line Cinema, Netflix |
İlk baxış tarixi | 1985, 19 mart 1987[3] |
Müddət | 85 dəqiqə |
Büdcə | $3 milyon |
Gəlir | $30 milyon (ABŞ və Kanada) |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 1985 |
Əvvəlki film | Qarağac küçəsində qarabasma |
Sonrakı film | Qarağac küçəsində qarabasma 3: Yuxu döyüşçüləri |
Rəng | Rəngli |
Çəkiliş yeri | Los-Anceles |
IMDb | ID0089686 |
Şüarlar
redaktə- «You Are All My Children Now!» (azərb. "İndi Siz Hamınız Mənim Uşaqlarımsınız!")
- «Don’t Say We Didn’t Warn You!» (azərb. "Deməyin ki, biz sizi xəbərdar etmədik!")
- «The Man Of Your Dreams Is Back!» (azərb. "Sizin yuxularınızın adamı qayıdır!")
- «An Old Friend Is Coming To Town…» (azərb. "Köhnə dost şəhərə gəlir…")
- «The First Name In Terror Returns…» (azərb. "Qarabasmada əsas ad qayıdır…")
- «Someone Is Coming Back To Elm Street!» (azərb. "Kimsə qarağac küçəsinə geri qayıdır!)
Məzmun
redaktəFilmin baş qəhrəmanı olan Cessi Uolş filmin əvvəlində qarabasma yuxusu görür. Küçədən yavaş sürətlə məktəb avtobusu gedir. Hər bir şagird həmin avtobusa minir. Lakin birdən avtobus sürətini dəyişir. Avtobusu sürənin yerində isə qorxunc sağ əlində kəsici əlləri olan bir insan peyda olur. Cessi Uolş qorxu içində yuxudan oyanır.
Son hadisələrin üstündən beş il keçmişdir. № 1428 evə artıq yeni ailə köçmüşdür. Cavan Cessi Uolş məktəbdən sonra hər gün gözəl cavan qız Liza Uebberi evə gətirir. Cessi bir gün məktəbdə olan zaman Ron Qreydi ilə mübahisələri düşür. Onlar vaxtlarını gah yaxşı keçirirlər, gah da mübahisə edirlər. Lakin son mübahisə zamanı trener Şnayder onlara cəza verir. Onlar ağır halda idman edirlər. Qredi Cessiyə Qarağac evi haqqında danışmağa başlayır. Ron deyir ki, söz-söhbətə görə, həmin yaşayan qız ərini hansısa bir qorxunc monyak öldürən zaman havalanmışdır. Həmin müddətdə Freddi Cessini izləməyə başlayır. Monyak yuxudan real həyata dönmək istəyir. Bu səbəbdən Freddi cavan oğlanın bədəninə girərək onun şüurunu almaq istəyir. Şüurunu alan zaman bütün bədənini alacaq və real həyata geri dönəcəkdir.
Evdə yer-yığış zamanı Cessi və Liza Nensinin gündəliyini tapırlar. Nensi gündəliyində bir monyakın onun yuxusunda gəzdiyini və onu öldürmək istəyindən yazır. Cessiyə elə gəlir ki, artıq ağlını itirəcəkdir. Lakin Cessi ona başa salmaq istəyir ki, bu sadəcə bir yuxudur. Cessi başa düşür ki, onun gördüyü yuxular ətrafında olan insanlara qorxu törədəcəkdir.
Cessi ilə atası arasında münasibət çox pistir. Birdən evdə bütün ailənin qarşısında ev popuqaylarının hamısı partlayır. Atası isə bu hadisədə Cessini günahlandırır. Cessi bir gecə homoseksualların barında olur. Burada idman müəllimini Şnayderi görür. Şnayder onu məktəbə aparır. Lakin Cessinin gözü qarşısında naməlum qüvvə tərəfindən Şnayder öldürülür. Polislər gələn zaman Cessini lüt vəziyyətdə görürlər. Sonra polislər Cessini evə gətirirlər. Cənab Uolş qətiyyən əmindir ki, Cessi narkotik qəbul edir. Lakin səhər tezdən Cessi məktəbə gələn zaman öyrənir ki, treneri olan Şnayderi məktbədə naməlum bir adam öldürüb. Bu hadisədən sonra Liza Cessini Freddinin işlədiyi yerə aparır. Liza əmindir ki, Cessi hansısa bir vergiyə və ya gözəgörünməz qüvvəyə sahibdir. Sabahısı gecə, monyakın təsiri altında doğma bacısı olan Ancelanı öldürmək istəyri. Lakin Freddiyə Cessi mane olur.
Cessi Lizanın bayram şənliyinə gəlir. Artıq Liza Cessini sevməyə başlamışdır. Bu barədə Liza sinif yoldaşı Kerriyə danışır. Cessi ilə Liza arasında sevgi münasibətləri yaşanır. Lakin buna Freddi mane olur. Cessi onunla mübarizə aparmağa başlayır. Bu zaman Freddi şənlikdəki olan insanları öldürməyə başlayır. Həmin insanlar Spriqvud məktbəinin böyük sinfinin şagirdləridirlər. Qan davası salandan sonra Freddi yoxa çıxır. Liza başa düşür ki, Freddi Cessinin bədənini idarə edir. Bu səbəbdən Cessiyə kömək etməlidir. Yalnız qorxunu dəf etmək Freddinin gücünü azaldır. Artıq heç bir kömək olmayan zaman yalnız onlara məhəbbət kömək edir. Sonda Liza Freddi ilə mübarizə aparmağa başlayır və ona qlib gəlir. Bu zaman Cessi Freddidən azad olur.
Səhərisi gün Cessi öz məktəbdəki yoldaşları ilə məktəb avtobusunda məktəbə yola düşür. Ona elə gəlir ki, avtobus həddindən artıq bər sürür. Bu da ona qarabasma yuxusunu xatırladır. Ancaq Liza və Kerri onu sakitləşməyə çalışırlar ki, artıq həmin qarabasma geridə qalmışdır. Lakin məhz bu zaman Freddinin kəsici əlləri Kerrinin sinəsini kəsir və avtobus sürətini itirir. Bu zaman avtobus səhrada gözdən itir.
Rollarda
redaktəAd | Rol |
---|---|
Robert Enqlund | Freddi Krüger |
Mark Patton | Cessi Uolş |
Kim Mayers | Liza Uebber |
Robert Rasler | Ron Qreydi |
Houp Lenq | Şeril Uolş |
Maraqlı faktlar
redaktə- Filmin davam etmə müddəti 87 dəqiqədir. Freddi isə filmin yalnız 13 dəqiqəsində görünür.
- Filmdə qeyd edilən "Nensinin gündəliyi" filmin birinci hissəsində səslənmir.
Xarici keçidlər
redaktə