Qaragat Revendi - Wikipedia
Qarağat rəvəndi (lat. Rheum ribes) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin rəvənd cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.
Qarağat rəvəndi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qarağat rəvəndi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Botaniki xarakteristikası
redaktə50-100 sm hündürlüyündə çoxillik ot bitkisidir. Yarpaqları ürəkvari-dairəvi və ya dairəvi, kənarları xırda dişli, 5 qalın damarlıdır. Aşağı tərəfdə damarlar xırda tikanlıdır, alt və üst hissədə ziyillidir. Çiçək qrupu yarımşarvaridir, çiçəkləri 5-12 ədəddir. Meyvələri 17 mm uzunluqda, 14 mm enində, yumurtavari, yuxarya doğru daralan, əsasında dərin-ürəkvari, qırmızımtıl qanadlı və uzunsov-qəhvəyi fındıqcadır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəkləmə və meyvə əmələ gətirmə dövrü iyun ayına təsadüf edir. Orta dağ qurşağında quru daşlı yerlərdə və kolluqlarda rast gəlinir.
Yayılması
redaktəNaxçıvan düzənliyi (Duzdağ), Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu — Biçənək və Kükü kəndləri, Vəlidağ, Darıdağ, Təkəlikdağ).
Sayı və tendensiyası
redaktəPopulyasiyanın ehtiyatı azdır. Mənfi amillərə həssaslıq göstərir.
Məhdudlaşdırıcı amillər
redaktəAntropogen amillər (infrastrukturun inkişafı, sahilboyu ərazilərin tikintisi), areallarının çiçərlik və Cavan zoğları erkən yazda kütləvi toplanılır və antropogen təsirə məruz qalır.
Mühafizə tədbirləri
redaktəQorunma tədbirləri Naxçıvan MR-nin Qırmızı kitabında tövsiyə olunur.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Rhabarbarum ribes (L.) Moench
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 372.