Qarabag Silsilesi - Wikipedia
Qarabağ silsiləsi — Azərbaycanın cənub qərbində dağ silsiləsi.
Qarabağ silsiləsi | |
---|---|
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2.832 m |
Yerləşməsi | |
39°35′01″ şm. e. 46°44′37″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəKiçik Qafqazın cənub-şərq qurtaracağı olan Qarabağ silsiləsi Araz çayına tərəf alçalaraq dağətəyi maili düzənliklərə keçir. Şimal qərbdən cənub şərqə doğru təqribən 100 km məsafədə uzanır. Ən yüksək zirvələri Qızqala (2843 m), Qırxqız (2830 m), Böyük Kirs (2725 m) və s. silsilələrinin geniş və hamar suayrıcı fonunda tənha qayalıq yüksəkliklər təşkil edir. Silsilənin şimal yamacında köndələn qollar və çökəkliklər var. Qarabağ silsiləsi şimal-qərbdə enlik istiqamətində uzanan Mıxtökən silsiləsi (Dəlidağ, 3613 m) ilə birləşir. Zəngəzur və Dərələyəz silsilələrinin müvafıq olaraq c.-q. və c. yamacları Azərbaycan Respublikası (Naxçıvan M. R) ərazisindədir. Zəngəzur silsiləsi cənub şərqində Araz çayı dərəsinədək uzanır. Bu silsilə Kiçik Qafqazın silsilələri arasında ən yüksəyidir. Ən hündür zirvələri (Qapıcıq d. — 3904 m, Qazangöldağ — 3829 m və s.) silsilənin c. hissəsindədir. Zəngəzur silsiləsindən c.-q. istiqamətində çoxlu köndələn qollar ayrılır. Burada ön dağlıq üçün ekstruziv və lakkolitlərin əmələ gətirdiyi təcrid olunmuş qayalıq yüksəkliklər (İlandağ — 2415 m, Xanağa 1910 m, Əlincə — 1810 m və s.) səciyyəvidir Zəngəzur silsiləsindən q.-də enlik istiqamətində uzanan Dərələyəz silsiləsi (Kükü d. — 3210 m, Keçəldağ — 3118 m) yerləşir. Silsilədən c.-da, ön dağlıqda tirə və platolar (Qıvraq, Duzdağ və s.) əsas yer tutur. Hər iki silsilənin c. və c.-q. ətəkləri bir-birindən tirə və yüksəkliklərlə ayrılan və Araz çayının sol sahili boyunca uzanan maili düzənliklərlə (Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Culfa, Yaycı və s.) əhatələnir. Əsasən, Zəngəzur və Qarabağ silsilələri arasında yerləşən və iri sönmüş vulkan konusları (Qızılboğaz — 3581 m, Böyük İşıqlı — 3550 m, Alagöllər — 3178 m və s.) ilə səciyyələnən dalğavarı səthə malik Qarabağ vulkanik yaylası geniş yer tutur. Burada orta hünd. 2000–2500 m-dir. Yayla şm.-dan c.-a. doğru daralaraq alçalır, Bərgüşad və Həkəri çaylarınm qovuşduğu yerdə qurtarır. Talış dağ sisteminin şm.-ş. hissəsi Azərbaycan Respublikası ərazisindədir.[1]
Mənbə
redaktə- ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.18.