Qarabogazgol Bogazi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qaraboğazgöl boğazı[1] - Qaraboğazgöl körfəzi Xəzər dənizinin səviyyəsi ilə sıx bağlıdır. Buna səbəb isə boğazdır. Boğaz vastəsi ilə körfəzə hər il 8-10 milyon km³ su daxil olur. Xəzərin səviyəsinin qalxdığı illərdə bu rəqəm 25 milyon km² çatır. 1950—70-ci illər ərzində Xəzərdə suyun azalması müşahidə edilmişdir. Buna səbəb isə ona daxil olan çayların (Volqa və Kür) üzərində su anbarlarının inşası olmuşdur. Nəticədə su körfəzdən dənizə qayıtmağa başlamışdır. Bu zaman boğazı bağlamaq qərarına gəlirlər.
Qaraboğazgöl boğazı | |
---|---|
Ümumi məlumatlar | |
Eni | 0.2 minimum |
Yerləşməsi | |
41°04′15″ şm. e. 52°54′42″ ş. u.HGYO | |
Ölkə | Türkmənistan |
Akvatoriyası | |
|
1980-ci ildə boğaz üzərində damba inşa edilir. Körfəz tədricən qurumağa başlayır. Ərazisi duz səhrasına çevrilir. Bir müddət sonra Xəzər dənizi öz səviyyəsini bərpa edir. 1984-cü ildə körfəzin qurumasının qarşısını almaq məqsədilə dambada su ötürücü qurğular quraşdırılır. Burada quraşdırılan 11 boru effekt vermir. Körfəz tədriclə dolurdu. 1992-ci ildə damba partladılır. 1990-cı illərdə körfəz faktiki olaraq əvvəlki səviyyəsini bərpa etmişdir.
İstinadlar
redaktə- ↑ "Qaraboğazgöl boğazı". 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-24.