Qaradasli - Wikipedia
Qaradaşlı (gürc. იწრია; İtsria) — Gürcüstanın Bolnisi rayonunda yerləşən kənd. Gürcüstanın cənub-şərq hissəsində, tarixi Borçalı mahalı ərazisində yerləşir.
Qaradaşlı | |
---|---|
იწრია | |
41°27′05″ şm. e. 44°23′03″ ş. u.HGYO | |
Ölkə | |
Region | Kvemo-Kartli |
Rayon | Bolnisi |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 450 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | EEF |
Tarixi
redaktə1990-1991-ci illərdə Gürcüstan rəhbərliyinin rayondakı etnik azlıqların yaşayış məntəqələrinin tarixi toponimlərini dəyişdirməsi nəticəsində Qaradaşlı kəndinin adı dəyişdirilərək İtsria adlandırılmışdır.[1]
Yerli əhali arasında kəndin ikinci adı olan Qaraçöp də geniş yayılmışdır.[2]
Coğrafiyası
redaktəKənd Bolnisi rayon mərkəzindən 15 km aralıda, dəniz səviyyəsindən 750 metr yüksəklikdə yerləşir.
Əhalisi
redaktəGürcüstan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2002-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kəndin əhalisi 249 nəfərdir və 100% azərbaycanlıdır.[3]
İqtisadiyyatı
redaktəƏhali əsasən qoyunçuluq, maldarlıq və tərəvəzçiliklə məşğuldur.
İstinadlar
redaktə- ↑ "Отчет Консультативного Комитета Рамочной Конвенции защиты прав национальных меньшинств Совета Европы: «Исчерпывающие данные по азербайджанским селам в Грузии которые подверглись топонимным изменениям»" (PDF). 2017-11-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-26.
- ↑ GÜRCÜSTAN AZƏRBAYCANLILARI Arxiv surəti 15 oktyabr 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine (az.)
- ↑ saqarTvelos mosaxleobis 2002 wlis pirveli erovnuli sayovelTao aRweris ZiriTadi Sedegebi Arxivləşdirilib 2013-08-27 at the Wayback Machine (gürc.)