Qaratepe Yasayis Yeri Kurdemir - Wikipedia
Qaratepe Yasayis Yeri Kurdemir - Wikipedia - Haqqında Məlumat
Qaratəpə arxeoloji abidəsi — Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən arxeoloji abidə.
Qaratəpə arxeoloji abidəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Rayon | Kürdəmir |
Yerləşir | Sığırlı |
Aidiyyatı | ilkin orta əsrlər |
Üslubu | arxeoloji abidə |
Kateqoriya | Arxeoloji abidə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Ümumi məlumat
redaktəKürdəmirin Sığırlı kəndindən 3 km şimalda yerləşən Qaratəpə yaşayış yeri və qəbiristanlıq tarixi abidəsi 2001-ci ildə AMEA-nın göstərişi ilə ölkə əhəmiyyətli abidə kimi aşkar edilərək qeydiyyata götürülüb. [1] Abidənin ümumi ərazisi 5 hektardır. Ərazidə yalnız bir təpə var ki, onun da yerdən hündürlüyü 5-6 metrə qədərdir. Ərazinin ilkin tədqiqinə əsasən bura qədim yaşayış yeri olub. Hazırda qəbiristanlıqda 100-ə yaxın qədim qəbir vardır. Qəbirlərin üzəri müxtəlif məişət əşyaları və heyvan fiqurları ilə bəzədilib. Bəzilərində naxışlara rast gəlinmişdir. İlk orta əsr dövrünə aid edilən qəbiristanlıqda daş qəbirlərlə yanaşı torpaq qəbirlər də vardır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Kürdəmirin Tarixi Abidələri". heydaraliyev-centers.az. 16.04.2020. 2021-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-22.