Qaraxaniler - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qaraxanlılar dövləti[1] — 840–1212-ci illərdə Mərkəzi Asiyada mövcud olmuş Türk dövləti.
Tarixi dövlət | |||
Qaraxanlılar dövləti | |||
---|---|---|---|
əl-Xaqaniyyə | |||
|
|||
|
|||
Paytaxt | 1141-1212 Qaşqar | ||
Dilləri | Qaraxanlı türkçəsi, fars dili | ||
Rəsmi dilləri | Türk dili | ||
Dövlət dini | İslam | ||
Ərazisi | 1025-ci ildə 3.000.000 mln km² | ||
İdarəetmə forması | Monarxiya | ||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəIX əsrdə Şərqi Türküstan, Yeddisu və Tyan Şan dağlarının şimal ətəklərində Aşina türk soyuna mənsub olan türk dilli qarluqlar yaşayırdilar. "Qarluq" türk sözü olub "qarlıq", "qar yığımı" mənasını verir.
Şərqi Qaraxanlılar dövlətinə Şaş, yaxud Çaç (sonrakı adı: Daşkənd), onun şərqində Talas, şimalında İsficab (Çimkənd), Yeddisu bölgəsi, Fərqanə vadisinin böyük bir qismi, Qaragölə tökülən Qaşğar çayı üzərindəki Ordu-Kənd, yaxud Qaşqar, onun cənubunda Yarkənd, İssık-Kulun qərbindən axan Çu çayının üzərində yerləşən Kuz-Ordu, yaxud Balasaqun, onun yaxınlığındakı Qara-Ordu, Balxaş gölünə tökülən İli çayının sahilindəki Almalıq, cənub-şərqdə Cunqariya bozqırları, Alagöl gölü, İrtış çayı,Təklə-Məkan səhrası, sərhədə yaxın Xotən şəhəri, Hindiquş və Qaraqorum dağları arasındakı Gilgit şəhəri daxil idi.
Xilafətin zəifləməsi Qaşqarda ilk türk-islam dövləti yaradan Qaraxanlıları da İran "şuubiya" hərəkatının açdığı yola cəlb etdi. Bu dövlətin təsisçisi Əbdülkərim Satuq Buğra Qaraxan Ərəb mədəniyyəti yerinə türk dili və mədəniyyətinin əsasını qoydu.
Qaraxanlı hökmdar sülaləsi əski Türğişxaqanlarının nəslindəndir. Türgişlər, əski qərbi Göytürklərinin ən güclü və əhəmmiyətli bir boyu olup son xaqanların hamısı bu boydan gəlmişdilər. Göytürklərin yıxılmasından sonra bunların töküntüləri də Doqquz Oğuz, Uyğurlara tabe bir xan olaraq yaşamışdır. Abbasi xəlifəsi Mənsur (754 – 775) zamanında, Qaşqar və Fərqanə hökmdarı olan və adı yaxşı oxunamayıb 'Kır xan' olması ehtimal olunan hökmdar Bağdada 'Bayır Çur' adında bir elçi göndərmiş və xəlifə ilə siyasi münasibətlərdə bulunmuşdu. Bu elçi Bağdadda ona israrla təklif olunan müsəlmanlığı rədd etmiş, öz dininin özünə daha dəyərli olduğunu söyləmişdi. 840-cı ildə Bilgə Bayınçur xan və 893-cü ildə oğlu Tafgaç Oğulçak xan, Abbasi imperatorluğuna tabe olan və Mavəraünnəhrdə olan Samanlılara hücum etmişlərsə də, geri oturmuşlar. Oğulçak xanın qardaşı olan Bəzir Arslan xanım oğlu Satuk Buğra xan zamanında Qaraxanlılar dövlət şəklini almışlar və islamiyəti qəbul etmişdilər. Satuk Buğra xan, böyük Türk hökmdarlarından birisidir. Xatirasi türklər arasında çox müqəddəs olaraq yaşamışdır. Samanlılardan bəzi şəhərlər almış və uzun zaman hökmdarlıq etdikdən sonra 955-ci ildə ölmüşdür. Bu surətlə Uygur dövlətindən başqa ona sınırdaş olan yəni bir müsəlman Türk dövləti daha doğurdu. Din ayrılığı bu iki türk dövlətini düşmən etməyə gecikmədi.
Toğan xan (999–1014)ın ilk xaqanlıq ilində Mavəraünnəhr tamamiylə fəth edilərək Samanlılar dövləti ortadan qaldırıldı. 1008-ci ildə Uyğurlardan Xotan alınaraq Uygur dövləti daha şərqə doğru itilib kiçildildi. Qaraxanlılar qərb və şərqdəki zəfərlərdən sonra cənuba da yayılmaq istədilər. Fəqət Bəlx civarında Qəznəlilərlə çarpışıb durdurdular. Qəznəlilər ordusunun türkləri bu savaşdan öncə Qaraxanlılar ordusuna qarşı Qaşğar türkcəsiylə nəğmələr söyləmişdilər. Toğan xan, qəznəlilər padişahı Sultan Mahmuda: 'Sən Hind kafirləriylə, mən də Türk kafirləriylə savaşaq' təklifində bulundu. Barışdılar.
Arslan Toğan xan (1014–1024) Qəznəlilərlə 1019-cu ildə yenə çarpışdı. Fəqət yenilib, məğlub oldu. Yusif Qadir xan (1024–1034) isə 1025-ci ildə Bəlx civarında Qəznəli Sultan Mahmudla görüşdü. İki böyük türk hökmdarı ittifaq etdilər. Yusif Qadir xanın qızını Qəznəli Sultan Mahmudun oğlu Sultan Məsudla evləndirdilər. İki dövlət Buxara və Səmərqənd ətrafında yaşayıb Qaraxanlı dövlətini çox da tanımayan Qaraxanlı xanzadələrinə qarşı müştərək bir siyasət işlətməyi qərarlaşdırdılar.
Qaraxanlı müsəlman olmayan türklər arasında islamiyəti yaymaq üçün çox çalışırdılar. Buğra Təkin Süleyman Arslan xan (1034–1047) zamanında iddiki Qazaxıstan bozqırlarında oturan türklərdən 10 000-ə qədər ev müsəlman oldu. (1043) Bir neçə min çadır xalqı türk də 1046-cı ildə müsəlman olmamaq şərti ilə hökmdar xidmətinə girdilər. Eyni ildə müsəlman olmayan türklərdən 70.000 nəfərlik bir qüvvə Qaraxanlılara hücum etdi. Süleyman Arslan xan 40.000 nəfərlik ordusuyla onlara qarşı parlaq bir zəfər qazanıp qazi ünvanını aldı. 1047–1049-cu illər arasında xaqanlık edən Yığan Təkin Mahmud xanın əsil əhəmmiyəti Səlcuqlular dövlətinin ilk padişahı olan Toğrul bəyi ilk öncələri Mahmud xanın məiyətində idi. Fəqət o zaman Mahmud xan Qaraxanlıların xaqanı olmamışdı. Səlcuqlular dövləti qurulub qüvvətlənməsindən sonra Qaraxanlılar dövlətinin qərbdəki ölkələri yəni Mavərünnəhr onların idarəsində qaldı. Burada qaraxanlılar ailəsindən xanlar yaşayır, fəqət bu xanlar Səlcuqluların hakimiyətini tanıyirdı. Yəni bugünkü siyasi və mülki tələqqilərə görə anlaşılmaz bir durum doğmuşdu: Qaraxanlılar dövlətinin qərb bölümləri görünüşdə yenə Qaraxanlılar tabe olduğu halda Səlcuqlu dövlətinin də himayəsində yaşayır, Səlcuqlu sultanları buradaki xanların enib çıxmalarına qarışırdı. XII əsrin ortalarına doğru da doğrudan Qaraxıtaylar çıxaraq Qaraxanlıların ölkəsindən girmişdilər. 1141-ci il tarixində Səmərqənd civarındaki Katvan ovasında, böyük Səlcuqlular dövlətinin son imperatoru Sultan Səncərlə Qaraxanlıların müttəfiq orduları Qaraxıtaylara yenilib, məğlub oldular. Beləliklə Qaraxanlılar dövləti ortadan qalxmış oldu. Bu tarixdən sonra da Qaraxanlılar nəslindən bəzi xanlar Mavəraünnəhrdə yaşamışdılarsa da, Qaraxitaylara və daha sonra Xarəzmşahlara tabeydilər. Heç bir əhəmmiyətləri yoxdu.
Qaraxanilər dövləti 927-ci ildə meydana gəlmişdi. Qaraxanlılar İslam dinini qəbul etmiş ilk türk sülalələrindən biri idi. Qaraxanlı dövlətinin əsasını Qutluq Bilgə Qədir xan qoymuşdu. O özünü "Qara xan", yəni "Böyük xan" adlandırdığı üçün sülalə də onun adı ilə Qaraxanlı adlanırdı. Qaraxanlı dövlətinin ərazisi Balxaş gölündən başlayaraq Hindiquş dağlarına qədər olan torpaqları əhatə edirdi. Dövlətin paytaxtları Qaşqar, Balasaqun və Uzgen şəhərləri olmuşdu.
Yüksəlişi və dini
redaktəTürk dünyasında ilk dəfə islamı qəbul etmiş Qaraxanilər dövlətinin 11 hökmdarı olmuşdur:
- Satıq Buğra xan (940–955)
Adına dastan yazılmış bir Türk xaqanıdır. Eyni zamanda adına Məhəmməd tərəfındən dua edildiyinə inanılır. Məhəmməd Miraca çıxdığı gecə orada bütün peyğəmbərləri görmüşdür lakin birisini tanıyammamışdır. Bu kişiyi Cəbrailə göstərər və Cəbrail belə deyər: "Bu peyğəmbər deyil. Bu sizin vəfatınızdan 300 il sonra dünyaya gələcək olan bir ruhdur. Türküstandan müsəlmanlığı yayacak olan bu ruh "Abdul Kərim Satuk Buğra xaqan" adını alacaq. Satıq Buğra xan bu dini kifayət qədər genişlətmiş və yaymış və ortaya bir Türk-İslam dövləti çıxarmışdır. İslamında Türk mədəniyyətində çox böyük bir təsiri olmuşdur. Qaraxanlılar ümumən Ərəb əlifbasını qəbul etmişdir. O "Ribat" adı verilən karvansaralar tikdirmişdir. Türk-İslam əsəri olan kümbəzlər də ilk dəfə bu dövrdə görülür.
- Bazir Arslan xan Dövrü(893 – 920)
Bilgə Qul Qədir xanın böyük oğlu olan Bazir Arslan xan, ölkənin idarə edərkən Türk adətinə uyğun "Sol Yabqu" yəni ortaq xaqan olaraq qardaşı Bağa Tarkanı təyin etdi. Bayan çur xaqan Balasaqunu mərkəz edərək ölkənin şərq tərəfini qardaşı Bağa Tarkana, Tarazı mərkəz edərək qərb tərəfini nəzarəti altına aldılar. Şərq tərəfdə qalxan Çin təhdidi ilə Qaraxanlılar üçün ölkənin şərq sərhədləri nisbətən daha etibarlıydı. Halbuki qərb sərhəddində başlayan Samani təhlükəsi davam edirdi.Bilgə Qul Qədir xan dövründə susdurulan və Mavəraənnəhrə yürüşünün qarşısını alan Samanilər, Bazir Arslan xan dövründə də Qaraxanlı coğrafyası üzərində hakimiyyət qurmaq niyyətindəydilər.
İstinadlar
redaktə- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: Гајыбов—Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 66.