Qarayazi Duzu - Wikipedia
Qarayazı düzü və ya Qarayazı çölü — Azərbaycanın Qazax rayonu Qazangöl düzü ilə ərazisində Kür çayı arasında yerləşən düz[1].
Qarayazı düzü | |
---|---|
Coğrafiyası | |
Çay | Kür |
Yerləşməsi | |
41°21′10″ şm. e. 45°13′38″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qazax rayonu |
|
Ümumi məlumat
redaktəToponimikası
redaktəQarayazı düzünün adı "çöl, geniş düzənlik" mənasını verən qədim türk sözü "yazı" və Azərbaycan dilindən olan "qara" sözünün birləşməsindən əmələ gəlib. Azərbaycan ərazisində "yazı" hissəcikli toponimlərə daha çox rast gəlinir. Məsələn: Ağyazı, Ağcayazı və digərləri
Coğrafiyası
redaktəSahəsi 421 km² olub, qərbdə Gürcüstan Respublikası ərazisinədək davam edir. Qarayazı düzü qərbdə enli (12–16 km) olub, şərq istiqamətində tədricən daralaraq (1–2 km) paz şəklində Kür çayı ilə Ortaqaş-Quyruqençi tirəsi arasına daxil olur. Şimal-şərq maili hissədə yarğan və qobulara rast gəlmək olur[1].
Buradakı yeraltı sular çox dərində deyildir. Onlar qarasu bulaqları şəklində üzə çıxır. Bu sular yüksək debitli olub, təsərrüfatın müəyyən sahələrində (əkinçilikdə, maldarlıqda) istifadə oluna bilər.
Əsasən şabalıdı torpaqlar üzərində inkişaf etmiş quru çöl bitkiləri (taxıl, müxtəlif ot və yovşan quruplaşması) hakimdir. Kür çayının sahilində 2–6 km enində rütubətli allüvial-tuqay və allüvial-çəmən torpaqları üzərində tuqay meşələri yayılmışdır. Qarayazı düzündə suni suvarma nəticəsində taxılçılıq, pambıqçılıq, bağçılıq və bostançılıq geniş inkişaf etmişdir[1].
Qarayazı düzünün daxilində bir-birindən fərqlənən iki yarımrayon: Qarayazı və Kürsahili tuqay meşələri yarımrayonları ayrılır.[2][3]
İqlimi
redaktəQarayazı düzünün iqlimi quru subtropik olub, isti yayı və mülayim qışı ilə fərqlənir. Orta illik temperaturu 9–120-dir. Orta illik yağıntıların miqdarı 350–400 mm olub, əsasən yaz və payız aylarında düşür[1].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Гарајазы дүзү // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: Гајыбов—Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 58.
- ↑ M. A. Müseyibov, M. Ə. Süleymanov Ceyrançöl alçaq dağlığının təbii landşaftı Bakı 1975
- ↑ Coğrafiya və təbii resurslar jurnalı № 2, Bakı 2015