Qardabani Rayonu - Wikipedia
Qardabani bələdiyyəsi[4][5][6], Qarayazı bələdiyyəsi[7][8] — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Qardabani şəhəridir.
Rayon | |
Qardabani bələdiyyəsi gürc. გარდაბნის მუნიციპალიტეტი (qardabnis munitsipaliteti) | |
---|---|
41°27′39″ şm. e. 45°05′22″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Qardabani |
İcra başçısı | Zviad Epitaşvili[1] |
Tarixi və coğrafiyası | |
Sahəsi | 1 304.1[2] km² |
Əhalisi | |
Əhalisi | 99 700[3] nəfər |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1 yanvar 1926-cı il tarixinə olan inzibati-ərazi bölgüsünə görə Tiflis qəzasının Qarayazı dairəsi (gürcücə: ყარაიაზის თემი—>qaraiazis temi) 356 km² ərazini, bu ərazidə yerləşən 4 kənd sovetliyində daxil olan 17 kəndi və bu kəndlərdə yaşayan 2.176 ailədə 8.895 nəfər əhalini əhatə edirdi. 17 dekabr 1926-cı il Ümumsovet siyahıyaalınmasına əsasən Qarayazı dairəsində qeydə alınmış 8.358 nəfər əhalinin 6.570 nəfərini və ya 78,61 %-ni etnik türklər təşkil etmişdir.[9] 22 dekabr 1932-ci ildə Qaratəpə kəndinin adı dəyişdirilərək Qarayazı kəndi adlandırıldı.[10] 18 mart 1947-ci ildə Qarayazı rayonunun adı Qardabani rayonu, Qarayazı rayonunun inzibati mərkəzi olan Qarayazı kəndi isə Qardabani kəndi adlandırıldı. Qardabani rayonu 1929-cu ildə Gürcüstan SSR-nin Borçalı qəzası ləğv edildikdən sonra 1930-cu ildə onun ərazisninin bir qismində təşkil edilmişdir, 1947-ci ilədək Qarayazı rayonu adlanmışdır. 1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə görə Qarayazı rayonu 528 km² ərazini, bu ərazidə yerləşən 3 kənd sovetliyində daxil olan 24 kəndi və bu kəndlərdə yaşayan 12.146 nəfər əhalini əhatə edirdi. 18 mart 1947-ci ildə Qarayazı rayonunun adı Qardabani rayonu, Qarayazı rayonunun inzibati mərkəzi olan Qarayazı kəndi isə Qardabani kəndi adlandırıldı.
Fiziki-coğrafi mövqeyi
redaktəQardabani cənub-şərqdən Azərbaycan Respublikası, şimal-şərqdən Saqareco rayonu, şimaldan Msxeta rayonu, qərbdən isə Marneuli və Tetriskaro rayonları ilə həmsərhəddir. Rayon mərkəzi olan Qardabani şəhəri Rustavidən 25 km., paytaxt Tiflisdən 42 km. məsafədə yerləşir.
Rayon ərazisinin əksər hissəsi dəniz səviyyəsindən hündürlüyü təqribən 300 metr təşkil edən Qarayazı düzündə yerləşir. Ən hündür nöqtəsi 1499 metr olan Sanişno dağıdır.
İnzibati bölgüsü
redaktəSahəsi 1304,1 km2[11] olan Qardabani rayonunun ərazisi 1 səhər (Qardabani şəhəri — 11786 nəfər), 2 qəsəbə (Lilo-2132 nəfər, Kocor-1358 nəfər) və 47 kənddən ibarətdir. Kəndlərin 33-də gürcülər, 14-də isə azərbaycanlılar üstünlük təşkil edir. Kəndlərin 6-nın əhalisinin sayı 5000 nəfərdən çoxdur: Martkofi (7666 nəfər), Sərtiçala (7041 nəfər), Nəzərli (5808 nəfər), Soğanlıq (5698 nəfər), Kosalı (5612 nəfər) və Qamarcveba (5282 nəfər).
Əhalisi
redaktəMilli tərkibi
redaktəYaşayış məntəqələri üzrə
redaktəŞəhər/kənd | Əhali 2002-ci ildə, sayı. |
gürcü % |
azər- baycanlı % |
yunan % |
---|---|---|---|---|
Qardabani (gürc. გარდაბანი) | 11858 | 90 | ||
Didi Lilo (gürc. დიდი ლილო) | 2420 | |||
Kocori (gürc. აღთაქლა) | 1867 | |||
Ağtəklə (gürc. აღთაქლა) | 4229 | 93 | ||
Anbartəpə (gürc. ამბართაფა) (keç. Traubenfeld) | 131 | 13 | 81 | |
Axali-Samqori (gürc. ახალი სამგორი) | 2223 | 98 | ||
Axalsopeli (gürc. ახალსოფელი, 41°45′43″ şm. e. 45°04′30″ ş. u.HGYO) |
1827 | 98 | ||
Axaltskaro (gürc. ახალწყარო) | 487 | 97 | ||
Axalşeni (gürc. ახალშენი) | 1184 | 87 | ||
Birlik (gürc. ბირლიკი) | 1655 | 98 | ||
Vaziani (gürc. ვაზიანი) | 2694 | 79 | 11 | |
Varketili (gürc. ვარკეთილი) | 2932 | 93 | ||
Vaxtanqisi (gürc. ვახტანგისი) (keç. Ulyanovka) | 2592 | 90 | ||
Qamarcveba (gürc. გამარჯვება) | 5282 | 97 | ||
Candar (gürc. ჯანდარი) | 3118 | 97 | ||
Dideba (gürc. დიდება) | 175 | 97 | ||
Zemo-Teleti (gürc. ზემო თელეთი) | 847 | 99 | ||
Kalinino (gürc. კალინინო) (keç. Tatyanovka) | 1156 | 94 | ||
Qaracalar (gürc. კარაჯალარი) | 4141 | 98 | ||
Qarataqla (gürc. ყარათაგლა) | 2936 | 98 | ||
Aşağı Kəpənəkçi (gürc. ქვემო კაპანახჩი) | ||||
Kvemo-Teleti (gürc. ქვემო თელეთი) | 798 | 98 | ||
Kveseti (gürc. კვესეთი) | 12 | 100 | ||
Kvişiani (gürc. ქვიშიანი) | 285 | 92 | ||
Kosalı (gürc. ქესალო) | 5612 | 98 | ||
Kiketi (gürc. კიკეთი) | 173 | 92 | ||
Krtsanisi (gürc. კრწანისი) | 2560 | 87 | ||
Kumisi (gürc. კუმისი) | 2182 | 97 | ||
Lemşveniera (gürc. ლემშვენიერა) | 1931 | 98 | ||
Leninisi (gürc. ლენინისი) | ||||
Martkopi (gürc. მარტყოფი) | 7666 | 99 | ||
Mzianeti (gürc. მზიანეთი) | 413 | 96 | ||
Muğanlı (gürc. მუღანლო) | 3558 | 99 | ||
Muxran-Teleti (gürc. მუხრან-თელეთი) | 93 | 100 | ||
Muxrovani (gürc. მუხროვანი) | 618 | 94 | ||
Naqebi (gürc. ნაგები) | 481 | 91 | ||
Nəzərli (gürc. ნაზარლო) | 5808 | 97 | ||
Nasaquri (gürc. ნასაგური) | 1409 | 82 | ||
Norio (gürc. ნორიო) | 3968 | 99 | ||
Patara-Lilo (gürc. პატარა ლილო) | 663 | 100 | ||
Poniçala (gürc. ფონიჭალა) | 5698 | 89 | ||
Ruisbolo (gürc. რუისბლო) | ||||
Saakadze (gürc. სააკაძე) | 286 | 74 | 12 | |
Sartiçala (gürc. სართიჭალა) (keç. Fridenfeld) | 7041 | 90 | ||
Səmədli (gürc. სამადლო) | 17 | 100 | ||
Satsxenisi (gürc. საცხენისი, 41°47′57″ şm. e. 45°03′55″ ş. u.HGYO) |
565 | 99 | ||
Tabaxmela (gürc. ტაბახმელა) | 2036 | 97 | ||
Təzəkənd (gürc. თაზაქენდი) | 1856 | 98 | ||
Tsavkisi (gürc. წავკისი) | 1199 | 99 | ||
Tsalaskuri (gürc. წალასყური) | 561 | 98 | ||
Tsinubani (gürc. წინუბანი) | 1189 | 98 | ||
Tsitelubani (gürc. წითელუბანი) | 373 | 91 | ||
Şindisi (gürc. შინდისი) | 1543 | 99 |
Təsərrüfatı
redaktəQardabani rayonu Gürcüstanın aqrar-sənaye rayonudur. Energetika sənayesi, xüsusilə istilik energetikası kifayət qədər yüksək inkişaf etmişdir. 2006-cı ildə Gürcüstanda toplanmış yulafın 24,4%-i, tərəvəzçilik məhsullarının 14%-i, günəbaxanın 5,6%-i, qarğıdalının 5,3%-i, yumurta istehsalının 17,4%-i, yun istehsalının 8,6%-i, ət istehsalının 4,6%-i, süd istehsalının 4,4%-i, diri ev quşlarının 10,6%-i, davarın 7,9%-i, mal-qaranın isə 3,8%-i Qardabani rayonunun payına düşmüşdür.
Faydalı istinadlar
redaktəİstinadlar
redaktə- ↑ Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: самоуправление: Муниципальные советы [ölü keçid]
- ↑ National Statistics Office of Georgia: ტომი I - საქართველოს მოსახლეობის 2002 წლის პირველი ეროვნული საყოველთაო აღწერის შედეგები Arxivləşdirilib 2015-10-23 at the Wayback Machine
- ↑ National Statistics Office of Georgia: Population by Municipalities for the Beginning of the Year (Thousands) Arxivləşdirilib 2014-07-22 at the Wayback Machine. (official estimates)
- ↑ Гардабани // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: Гајыбов—Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 71.Orijinal mətn (az.)
ГАРДАБАНИ (1947 иләдәк Гарајазы) – Ҝүрҹ. ССР-дә шәһәр (1969 илдән), Гардабани р-нун мәркәзи. Д.ј. ст. Тикинти материаллары з-ду, трикотаж ф-ки, консерв комбинаты, картон-рубероид з-ду, ДРЕС, тибб мәркәзи вә с. вар.
- ↑ Azərbaycan Respublikası: Atlas Arxivləşdirilib 2022-03-15 at the Wayback Machine, səh. 14, 16, 26, 28, 34, 40, 44, 46, 48, 52 və 54.
- ↑ Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakıda nəşr olunmuş Azərbaycan Respublikasının Fiziki Arxivləşdirilib 2016-08-12 at the Wayback Machine və Siyasi xəritəsi Arxivləşdirilib 2017-05-10 at the Wayback Machine
- ↑ Borçalı toponimləri. Müəlliflər: Mədəd Çobanov və Müşfiq Çobanlı; Elmi redaktorlar: f. e. d. Tofiq Əhmədov, f. e. d. Buludxan Xəlilov, f. e. d. Şurəddin Məmmədli. Əlavələr olunmuş və yenidən işlənmiş dördüncü nəşr. Bakı: "Borçalı" nəşriyyatı, 2012, səh. 232.
- ↑ Zirvə İnformasiya Mərkəzi. "Qarayazı (indi Qardabani) rayonu" (az.). zim.az. 2016-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-25.
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Тифлисский уезд (1926 г.) Arxivləşdirilib 2021-11-05 at the Wayback Machine
- ↑ Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin müəllifi olduğu və 1997-ci ildə yayınlanmış "Alın yazımız" kitabı əsasında hazırlanmış "Borçalı tarixi" elektron kitabı. səh. 43 Arxivləşdirilib 2012-09-02 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2018-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-07.