Qars Azerbaycanlilari - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qars azərbaycanlıları — Türkiyənin Qars ilində yaşayan azərbaycanlıların icması. Azərbaycanlıların böyük sayı Qarsın mərkəzində və mərkəzə bağlı kəndlərdə yaşayır.
Qars şəhərində azərbaycanlılar əsasən "Yeni" və "İstasyon" məhəllələrində yaşayırlar. Burada azərbaycanlıları aşağıdakı qruplara ayrılar: Molla Musalılar, Karakilseliler, Kulubeqliler və Çobankerelilerdilər. Bu adlar onların əslinin gəldiyi vilayətlərin və kəndlərin adlarına görə verilib.[1]
Qars ilçəsində azərbaycanlıların yaşadığı kəndlər: Başqedikler, Bayraktar, Bekler, Büyük Aküzüm, Karakaş, Küçük Pirveli, Külveren, Soylu, Tazekent, Yağıkesen, Layçınlar, Yılanlı. Arpaçay ilçəsində — Bacıoğlu, İbişköy, Kayadöven, Mescidli, Meydancık, Taşdere; Ağyaxa ilçəsində — Akbulak, Aslanxane, Büyükkımlı, Büyükpirveli, Esenyayla, Küçük Aküzüm, Küçük Kımlı, Şahnalar. Azərbaycanlılar Akyaka mərkəzində yaşayan əhalinin böyük hissəsini təşkil edir.[1]
Arpaçay ilçəsində azərbaycanlıların digər etnik qruplarla yanaşı yaşadığı kəndlər: Büyükçatma, Gediksatılmış, Küçükçatma, Çetindurak, Demirkent, Çetinköy, Hacıpiri, Kalkanale, Hamzagerek, Kürekdere, Oğuzlu. Azərbaycanlılar həmçinin Qarsın Hacıveli, Yolaçan və s. kəndlərində də yaşayırlar.
Qeyd etmək lazımdır ki, Qarsda Azərbaycanlıların xüsusi etnik qrupu olan Qarapapaqlar da yaşayırlar. Onlar həm mərkəzi kəndlərdə, həm də Səlim, Sarıqamış və Arpaçay ilçələrinin kəndlərində məskunlaşıblar.[2]
İstinadlar
redaktə- ↑ 1 2 Dr. Ahmet B. Ercilasun Kars ili ağızları. — 29. — Ankara: Gazi Universitesi, 1983. — səh. 46–49 ("Kars Azerileri" bölməsi). — 386 səh.
- ↑ ↑ Dr. Ahmet B. Ercilasun Kars ili ağızları. — 29. — Ankara: Gazi Universitesi, 1983. — səh. 41 ("Kars Terekemeleri (Karapapaklar)" bölməsi). — 386 səh.
Ədəbiyyat
redaktə- Dr. Ahmet B. Ercilasun Kars ili ağızları. — Ankara: Gazi Universitesi Yayın No, 29, 1983. — səh. 46–49. — 386 səh.