Qasim Xan Vali - Wikipedia
Qasım xan Əli xan oğlu Vali (1850 – 1933) — Qacarlar dövlətinin hərbi və mülki xadimi, ordu generalı.
Qasım xan Vali | |
---|---|
Qasım xan Əli xan oğlu Vali | |
Digər adı | Sərdari-Hümayun |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz, İran |
Atası | Əli xan Vali |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQasım xan Əli xan oğlu 1850-ci ildə anadan olmuşdu. 1802-ci ildə Napoleon tərəfindən əsası qoyulan Hərbi məktəbini bitirmişdi. İran Kazak diviziyasında xidmət etmişdi. Ordu generalı rütbəsinədək yüksəlmişdi. Sərdari-Hümayun ləqəbini daşıyırdı. Qasım xan Vali ingilispərəst idi və Böyük Britaniya hökuməti tərəfindən dəstəklənirdi. Qasım xan Vali 1908-ci ildə Təbriz şəhərinin şəhridarı (meri) olmuşdu. Onun vaxtında şəhərə elektrik işığı çəkilmişdi. Litoqrafiyadan yüksək çap üsuluna keçilmişdi.
Qasım xanın Təbrizdə lampa zavodu, kiçik bir tütün fabriki, sabunbişirmə və gön-dəri müəsissələri vardı.
Ailəsi
redaktəQasım xan Vali İsmətəssəltənə xanımla ailə qurmuşdu. İbrahim xan, Əli xan adlı oğlanları vardı.