Qasimbeyli Agsu - Wikipedia
Qasimbeyli Agsu - Wikipedia - Haqqında Məlumat
Qasımbəyli — Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbmehdibəy kənd inzibati ərazi dairəsində kənd.[1]
Qasımbəyli | |
---|---|
40°32′ şm. e. 48°12′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağsu rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəŞirvan düzündədir. XIX əsrin əvvəllərində Şirvan xanlığında mülkədar Qasını bəyə məxsus 15 kənddən birinin adıdır. Kəndin ilk sakinləri ona məxsus rəiyyət olduğuna görə məntəqə də onun Qasımbəyin adı ilə adlanmışdır. Toponim “Qasım bəyə məxsus kənd” mənasındadır. Qeyd edək ki, Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidində, Goranboy r-nunun Tap Qaraqoyunlu inzibati ərazi vahidində, Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində və Sabirabad rayonunun eyniadlı inzibati ərazi vahidində də bu adda toponimlər mövcuddur. Ancaq bu toponimlərin yaranma tarixləri və toponimkası müxtəlifdir[2].
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti, II cilddə. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. II cild səh.42
Ağsu rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |