Qasimbeyli Sabirabad - Wikipedia
Qasımbəyli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Qasımbəyli | |
---|---|
40°02′35″ şm. e. 48°18′37″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Sabirabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəSabirabad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kür çayının sağ sahilində, Mil düzündədir. Kəndin keçmiş adı Mirqasımbəyli olmuşdur. Sonralar mir (“seyid” mənasında) sözü unudulmuşdur. Kənd salındığı ərazinin adı ilə keçmişdə Əyribucaq da adlanmışdır. Qeyd edək ki, Ağsu rayonunun Ərəbmehdibəy inzibati ərazi vahidində, Goranboy rayonunun Tap Qaraqoyunlu inzibati ərazi vahidində, Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində və Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidində də bu adda toponimlər mövcuddur. Ancaq bu toponimlərin yaranma tarixləri və toponimkası müxtəlifdir.[1]
Sabirabad rayonunun Qasımbəyli kəndinin yaranmasi barədə kitablarda və dəqiq mənbələrdə heç bir məlumat yoxdur, amma kənd ağsaqqallarının dilindən belə rəvayət edilir ki, 1800-1810-cu illərdə burada 7 ev (sülalə) yaşayıb. Sonradan digər bölgələrdən - əsasən Kürdəmir rayonundan gələnlərin hesabına böyüyərək yaşayış yeri kimi formalaşmışdır.
2010-cu ilin mayında Kür çayının daşması ilə yaranan təbii fəlakət nəticəsində Qasımbəyli kəndinə külli miqdarda ziyan dəymiş, demək olar ki, bütün infrastruktur dağılmışdı.[2]
Coğrafiyası və iqlimi
redaktəQasımbəyli kəndi Kür-Araz ovalığında, Kür çayı ilə Araz çayının qovuşduğu yerdə, Kürün cənub sahilində yerləşir. Ərazi baxımından bura Mil düzü adlanır və Şimaldan Kür çayı cənubdan Araz çayı qərbdən isə Sarısu gölü ilə sərhəddir.
Təhsil
redaktəKənddə Hilal Ənnağıyev adına orta məktəb fəaliyyət göstərir. 2010-cu ildəki təbii fəlakət nəticəsində kənd məktəbi tamamilə yararsız vəziyyətə düşmüşdü. Lakin dövlət başçısının tapşırığına əsasən məktəbin binası qısa müddətdə müasir tələblər səviyyəsində yenidən qurulmuş və 246 şagird yeri olan bina istifadəyə verilmişdir.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti, II cilddə. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. II cild səh.42
- ↑ 1 2 İlham Əliyev Sabirabadın Qasımbəyli kəndində əsaslı təmir edilmiş orta məktəbin binası ilə tanış olmuşdur Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine president.az (az.)
Sabirabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |