Qatiq Muzeyi - Wikipedia
Qatıq muzeyi (bolq. Музей на киселото мляко) – Bolqarıstanın Tran bələdiyyəsinə daxil olan Studen İzvor kəndində yerləşən muzey.[1] Dünyada qatığa həsr olunmuş ilk və yeganə muzeydir.[2]
Qatıq muzeyi | |
---|---|
Музей на киселото мляко | |
Əsası qoyulub | oktyabr 2006 |
Açılış tarixi | 29 iyul 2007 |
Mövzu | Qatıq |
Ölkə | |
Yerləşir | Studen İzvor, Tran bələdiyyəsi |
42°47′30″ şm. e. 22°35′48″ ş. u.HGYO |
Haqqında
redaktəMuzey 29 iyun 2007-ci ildə açılıb.[1] Muzeyin ikinci mərtəbəsində bolqar mikrobioloq Stamen Qriqova həsr olunmuş sərgi bölməsi var.[1] Qriqov süddən qatıq almaq üçün istifadə olunan Lactobacillus bulgaricus bakteriyasını 1905-ci ildə kəşf etməsi ilə tanınır və Studen İzvor kəndi onun anadan olduğu yerdir.[1]
Muzey ziyarətçiləri südün fermentasiya prosesi və spesifik dadının alınması haqqında məlumatlar edə bilərlər.[1] Muzeyin birinci mərtəbəsi qatıq və digər süd məhsullarının hazırlanması və saxlanılması üçün istifadə olunan əşyalara həsr olunmuşdur.[1] Bu əşyalar arasında daşımada istifadə olunan rukatka adlı gil qab, yağ almaqda istifadə olunan buçka da var.[1] Birinci mərtəbədə Tran regionunda yaşayan qadınların ənənəvi geyimləri üçün sərgi təşkil olunmuşdur.[1]
Muzeyin ikinci mərtəbəsi qatığın sənaye miqyasında istehsalına həsr olunmuş və burada süd istehsalı barədə məqalələr, modellər yerləşdirilmişdir.[1] İkinci mərtəbədə bir çox informasiya lövhəsi quraşdırılıb.[1] Bəzən muzeydə ziyarətçilərə yerli qatığın dadına baxmaq təklif olunur.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 "Museum of Yogurt". The Tourist Portal of Bulgaria (ingiliscə). 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2021.
- ↑ "Qatığı dünyaya tanıdan ölkə". BBC News Azərbaycanca (az.). 19 noyabr 2018. Archived from the original on 2021-09-03. İstifadə tarixi: 3 sentyabr 2021.
Grigorov-un doğulduğu Trun kəndi isə dünyanın tək qatıq muzeyinə sahibdir.