Qata Kamski - Wikipedia
Qata Kamski (tatar. Ğata Kamski, Гата Камский; rus. Гата Камский, 2 iyun 1974[2][3][…], Novokuznetsk[d], Kemerovo vilayəti) — ABŞ şahmat qrosmeysteri və 5 qat ABŞ çempionu.
Qata Kamski | |
---|---|
tatar. Ğata Kamski | |
Ölkə | |
Doğum tarixi | 2 iyun 1974[2][3][…] (50 yaş) |
Doğum yeri |
|
Təhsili | |
Titulu | qrosmeyster |
Son reytinqi | 2661 (yanvar 2017) |
Maksimal reytinqi | 2763 (iyul 2013) |
FİDE nömrəsi | 2000024 |
Vikianbarda əlaqəli mediafayllar |
Kamski 1996-cı ildə 22 yaşındaykən FİDE Dünya Çempionatında finala çıxmış və 1995-ci il əmsal siyahısına əsasən dünyada dördüncü olan bir şahmat dahisidir.
Karyera
redaktəKamski Rusiyanın Novokuznetsk şəhərində, tatar ailəsində anadan olmuşdur. 1989-cu ildə o, atası Rüstəmlə ABŞ-yə köçüb.
1989-cu ildə Nyu-Yorkda keçirilən turnirin qalibi oldu və Harri Kasparovla iki oyun oynamaq imkanını əldə etdi. Bu oyunlar 0–2 məğlubiyyəti ilə nəticələndi.
1990-cı ildə FIDE Kamskini qrosmeyster titulu ilə təltif etdi. 1991-ci ildə o, Amerika Çempionatının qalibi oldu. Kamski digər mötəbər turnirlərdə, o cümlədən 1994-cü ildə Las Palmas turnirində qalib olmuşdu.
Dünya Çempionluğunu Namizəd (1993–96)
redaktə1993-cü ildə iki rəqib təşkilat FİDE və PCA hər biri Zonalararası turnirlər keçirdi. Kamski onların hər ikisində iştirak edərək Namizədlər turnirinə vəsiqə qazandı. Namizədlər turnirinin dominantları Kamski və Vişvanatan Anand idilər.
1994–95-ci illər FİDE Namizədlər turnirinin ilk raundunda Kamski Paul van der Sterreni məğlub elədi (+3=3−1), 1994-cü ildə Hindistanın Sanghi Nagar şəhərində keçirilən Kamski və Anandın qarşılaşdığı dörddə-bir final çox daha həyəcanlı oldu. İlk iki oyundakı heç-heçədən sonra, Anand digər iki oyunda 3–1 hesabla qalib gəldi. 5-ci oyun heç-heçə oldu. Kamski digər üç oyunda 2½–½ hesabla qalib gəldi və 4–4 (+2=4−2) hesabla taybreykə çıxdı, sonra isə iki sürətli şahmatda (rapid) qalibiyyət qazandı. 1995-ci ilin fevralında Sanghi Nagarda keçirilən yarımfinalda Kamski Valery Salovu 5½–1½ (+4=3−0) hesabla məğlub etdi.
1994–95-ci ilin iyununda New Yorkda keçirilən PCA Namizədlər matçında Kamski dörddə-bir finalda Vladimir Kramniki məğlub etdi. 1994-cü ilin sentyabrında İspaniyanın Linares şəhərində Kamski yarımfinalda Nigel Shortu məğlub etdi. 1995-ci ilin martında Las Palmasda Anandla final qarşılaşmasında Kamski (+1=7−3) hesabla uduzdu.
1996-cı ildə FİDE Dünya Çempionatı üçün Kalmıkiyanın Elista şəhərində keçirilən matçda Kamski Anatoli Karpova qarşı 20 oyun keçirdi və 7½–10½ (+3=9−6) hesabla məğlub oldu.
Fəaliyyətsizlik (1996–2004)
redaktəKarpova məğlub olandan sonra Kamsi şahmatı atdı. 1999-cu ildə Bruklin Kollecini bitirdi. Daha sonra Nyu-Yorkda yerləşən Touro Hüquq Mərkəzinə daxil oldu və bitirdi.
Uzun aradan sonra Las-Veqasda keçirilən FİDE Nakaut Dünya Çempionatının birinci raundunda ööander Khalifmanla iki oyun oynayır. Birinci oyun qələbə, ikinci oyun isə məğlubiyyətlə nəticələnir. Daha sonra sürətli şahmatda məğlub olur.
Geri dönüş (2004)
redaktəO, zamandan etibarən beynəlxalq şahmata qayıdan Kamski M-Tel Masters turnirində Veselin Topalovdan sonra ikinci oldu. Az sonra Kamski Turində keçirilən 2006-cı il Şahmat Olimpiadasında ABŞ komandasının bürünc medal qazanmasını təmin etdi. 2007-ci ildə qazandığı ardıcıl uğurları onu təqaüdə çıxmazdan öncəki səviyyəsinə qaytardı və onun yenidən dünyanın ən yüksək səviyyəli oyunçuları sırasına qatılmasına zəmin yaratdı.
2007-ci ilin noyabr-dekabr aylarında Kamski Dünya Kubokunda iştirak etdi. 11-ci nömrəli olmaqla o, ilk üç raundda qalib gəldi və sonra Pyotr Svidler, keçmiş FİDE Çempionu Ruslan Ponomariov və gələcək dünya birincisi Maqnus Karlseni məğlub edərək finala çıxdı. Finalda o, şahmat dünyasını heyrətə gətirərək (+1−0=3) hesabla Aleksey Şirovu məğlub etdi və Çempion titulunu qazandı.
Kamskinin bu qələbəsi ona, 2010-cu il Dünya Çempionatında Vişvanatan Anandla qarşılaşmaq üçün 2009-cu il Dünya birincisi Veselin Topalovla qarşılaşmaq imkanı verdi. Yarış 2009-cu ilin fevralında Bolqarıstanın Sofiya şəhərində keçirildi. Topalov son 3 oyunda +2 nəticə əldə etdi və 4½–2½ hesabla qalib gəldi.
Kamski 2008-ci ilin noyabrında Almaniyanın Drezden şəhərində keçirilən Şahmat Olimpiadasında birinci lövhədə ABŞ komandasını təmsil edirdi. ABŞ komandası bürünc medalları qazandı.
O, sürətli oyunda ikinci yerə çıxan Yury Shulmana qalib gələrək 25 may 2010-cu ildə ABŞ Çempionu oldu. Bu Çempionat 19 ildən sonra Kamskinin ABŞ çempionu olduğu ikinci çempionat idi.
2010-cu ilin avqustunda sürətli şahmat üzrə Dünya Çempionatının 10/11 xalla birincisi oldu.
Avqustun 23-dən 31-dək Azərbaycanda keçirilən Baku Open turnirində bir nömrəli oyunçu kimi iştirak etdi. O, 9 oyundan 7.5 xal ilə birinci oldu.
2011-ci il aprelin 13-dən 18-dək Kamski bir nömrəli oyunçu kimi ABŞ Çempionatında iştirak etdi. O, iki il ardıcıl olaraq turnir qalibi oldu və 1985-ci il Lev Alburtdan sonra iki dəfə ardıcıl olaraq ABŞ Çempionu olan ilk oyunçu oldu.
2010-cu il Dünya Çempionatlar mərhələsinin finalisti olaraq Kamski 2012-ci il Dünya Çempionatı üçün təsnifat xarakteri daşıyan Namizədlər turnirinin səkkiz oyunçusundan biri oldu. Namizədlər turniri 2011-ci ilin mayında Kazan şəhərində, dörddə-bir finalda Kamski Veselin Topalov qarşılaşması ilə başlandı. İkinci oyunda Qrünfeld müdafiəsi ilə qalib gələn Kamski yarımfinalda 2½–1½ hesabı ilə Topalovu məğlub etdi. Yarımfinalda o, 2009-cu il Dünya Çempionu Boris Gelfandla qarşılaşdı. Əsas oyunlar heç-heçə nəticələndikdən sonra taybreyklərdə Kamski 2–1 hesabla irəlidə idi. Finala çıxmaq üçün yalnız ağ fiqurlarla heç-heçə etməsi kifayət idi, lakin rəqibi qalib gəldi və sonda finala çıxdı.
2012-ci ilin mayında Kamsky 2012-ci il ABŞ Çempionatında iştirak etdi, o, Çempion Hikaru Nakamuradan sonra ikinci ən yüksək əmsallı oyunçu idi. O, 7 oyundan 5 xal toplayaraq Nakamura, 2006-cı il çempionu Alexander Onischuk və 2008-ci il çempionu Yuri Shulmanla mini-turnirin iştirakçısı oldu. Dairəvi sistemdə o, qara fiqurlarla Nakamura ilə heç-heçə etdi və Onischuku məğlub etdi. 2013-cü və 2014-cü illərdə o, yenidən çempion adlarını qazandı və sonuncu titul onun ABŞ karyerasında beşinci çempion uğuru oldu.
2016-cı ildə Sankt Peterbuqrda keçirilən Mixail Çiqorinin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri üçüncü yeri tutdu.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Gata Kamsky. Chess-DB.com Arxivləşdirilib 2016-03-29 at the Wayback Machine (ing.)
- Gata Kamsky. 365chess.com (ing.)
- Gata Kamsky. fide.com (ing.)
- Gata Kamsky. chessgames.com (ing.)
- Gata Kamsky. chessclub.com (ing.)
- Gata Kamsky. chessdom.com Arxivləşdirilib 2008-09-13 at the Wayback Machine (ing.)