Qayiq - Wikipedia
Qayıq — qədim su nəqliyyatı vasitəsi, su nəqliyyatının ən mükəmməl növü.
Tarixi
redaktəQayıq Neolit dövründən məlumdur. İlk qayıqları qalın və uzun ağac gövdəsinin içini daş alətlərlə oyub düzəldirdilər. Qədim zamanlarda heyvan dərisindən, papirusdan və s.-dən də qayıq hazırlanırdı. Qayığın hərəkətini asanlaşdırmaq və sürətini artırmaq məqsədilə ağacın alt hissəsini yonub yastı hala salır, qabaq tərəfini isə nazildib itiləşdirirdilər. Belə qayıqlar ilk dəfə avstraliyalılar tərəfindən yaradılmışdı. E.ə. II minilliyin sonu — I minilliyin əvvəllərində dəniz və çaylarda yük daşımaq üçün avarlı və yelkənli qayıqlar hazırlanırdı.
Qayıq Azərbaycanda da qədimdən məlumdur. Qobustan qayalarında içərisində adam, bəzən də burun hissəsində günəş həkk edilmiş qayıq təsvirləri Azərbaycanın qədim sakinlərinin, Azərbaycanda yaşamış tayfaların hələ e.ə. XIII–X miniiliklərdə, yeni Mezolit dövründə qayıqdan istifadə etdiklərini göstərir.
Ümumi məlumat
redaktəQayıq düzəltmək üçün yoğun və nisbətən uzun ağac gövədsinin içərsini balta, kərki, əydi, iskənə, küşdərə və başqa yonu alətlərlə çıxarıb dərinləşdirir, sonra ağacın alt hissəsini yonub yastı hala salır və suda üştümək üçün hamarlayırdılar. Qayığın hərəkəti asanlaşdırmaq və sürətini artırmaq üçün onun qabaq tərəfini nazildir və itiləşdirirdilər. Yonma üsulu ilə hazılanmış qayığın arxa tərəfi enli olur və orada qayığı idarə edən üçün oturacaq düzəldilirdi.
Hazırda qayıqdan, əsasən, balıqçılıqda, idman və s. sahələrdə istifadə olunur. Sön dövrlərdə motorlu qayıqlardan daha geniş istifadə olunur. Bəzi gəmi növləri də qayıq adlanır (kanoner qayığı, sualtı qayıq və s).