Qazi Memmed Astara Abadan Qaz Kemeri - Wikipedia
Hacıqabul-Astara-Abadan Azərbaycanın Hacıqabul rayonundan İrana doğru uzanan təbii qaz kəməri.
Hacıqabul-Astara-Abadan qaz kəməri | |
---|---|
Ümumi məlumatlar | |
İstismara verilib | 1970 |
Operatoru | |
Uzunluğu |
|
Yerləşməsi | |
Ölkə |
Tarixi
redaktəQaz kəmərinin təməlinin atılması barədə 1965-ci ildə SSRİ və İran arasında qarşılıqlı razılaşma əldə olunmuşdur. Layihənin açılışı 1970-ci ildə[1] Astarada İran şahı Məhəmməd Rza Pəhləvi və həmin vaxt SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri funksiyasını icra edən Nikolay Podqornı olmuşdur. 1971–79 illəri aralığında Cənubi Qafqaz ölkələri bu kəmər vasitəsilə Irandan gələn təbii qaz ehtiyatı ilə təmin olunmuşdur. Sonradan İranda baş verən İslam İnqilabı SSRİ ilə əməkdaşlığın sonuna, dolayısı ilə layihənin ləğvinə gətirib çıxarmışdır.
2006-cı ildə Azərbaycan və İran tərəfi arasında gerçəkləşmiş qarşılıqlı anlaşmaya əsasən Azərbaycan İranı Bakı-Astara istiqaməti üzrə qazla təmin etməyi öhdəliyinə götürmüş, İran isə öz növbəsində Naxçıvan Muxtar Respublikasını qazla təmin etməyi qəbul etmişdir.[1]
2011-ci ilin noyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İran Milli Neft-Qaz Səhmdarlığı arasında bağlanan memorandumda 2010-cu ildən etibarən Azərbaycanın qarşı tərəfə 500 milyon kub metr illik qaz hasilatı etməsi göstərilmişdir.
Texniki xüsusiyyətləri
redaktəQaz kəmərinin ümumi uzunluğu 1474.5 km-dir. Bəhsi keçən diapazonun 296.5 km-i Azərbaycanın payına düşür. Kəmərin ümumi diametri 1020 mm-dir və standard fəaliyyət rejimində hər il 10 milyon kub metr qaz hasilatı gücünə sahibdir. Kəmərin İrandakı bölümü IGAT1 adlanır.[2]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 "Hacıqabul - Astara - Astara (İran) boru kəməri". 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
- ↑ Azərbaycanın magistral qaz boru kəmərləri