Qaziqumuq Xanligi - Wikipedia
Qaziqumuq Xanligi - Wikipedia - Haqqında Məlumat
Qazıqumuq xanlığı (lak. Лакрал-Кану,[1] Гъазигъумучиял ханлугъ)[2] — XVI əsrin sonundan XVII əsrin əvvəllərində Dağıstan ərazisində mövcud olmuş feodal dövlət quruluşu.[3] Qazıqumuq şamxallığının süqutundan sonra formalaşmışdır.[4] 1789-cu ildən xanlıq rəsmi olaraq Kürə-Qazıqumuq xanlığı kimi tanınmağa başlamışdır.[5][6]
Xanlığın paytaxtı Qumuq kəndi idi. Xanlığın digər paytaxtı Xosrex olmuşdur, burada qumuq hökmdarlarının möhkəm iqamətgahı yerləşirdi. Ən böyük yaşayış məntəqələri Qumuq, Kuli və Xosrex kəndləri idi. XIX əsrdə əhalinin sayı 47–50 ilə 108 min nəfər arasında qiymətləndirilir. 1859-cu ildə ləğv edilən xanlığın ərazisi Qazıqumux dairəsi kimi Dağıstan vilayətinin tərkibinə daxil olmuşdur.[1]
İstinadlar
redaktə- ↑ 1 2 "КАЗИКУМУХСКОЕ ХАНСТВО • Большая российская энциклопедия - электронная версия". bigenc.ru. 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-25.
- ↑ С.М. Хайдаков. Лакско-русский словарь. ИЯ Академия наук СССР. Москва, 1962. — С. 272
- ↑ Агеева Р. А. Какого мы роду-племени? Народы России: имена и судьбы. Academia. 2000. 24.
- ↑ Распад шамхальства и образование кумыкских феодальных владений: причины и последствия, М.-П. Б. Абдусаламов, кин, 2015
- ↑ "А.Р. Шихсаидов. Дагестанские святыни. Книга 3". 2022-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-16.
- ↑ А.Д. Курбанов. ЛИКВИДАЦИЯ КАЗИКУМУХСКОГО ХАНСТВА И УНИФИКАЦИЯ ГОСУДАРСТВЕННО-АДМИНИСТРАТИВНОГО УПРАВЛЕНИЯ: ФОРМИРОВАНИЕ КАЗИКУМУХСКОГО ОКРУГА. — С.18
Əlavə ədəbiyyat
redaktə- К. М. Алиев. К родословной князей кази-кумухских // Генеалогия народов Кавказа. Традиции и современность. Выпуск VI. Владикавказ: ИПЦ СОИГСИ ВНЦ РАН и РСО-А. 2014.