Qazaxbeyli Tepeleri - Wikipedia
Qazaxbəyli təpələri — Qazax rayonunun Qazaxbəyli kəndi yaxınlığında bir-birindən 250–300 m aralıda yerləşən təbii təpələr. Qazaxbəyli təpələrində 1952-ci ildə erkən Dəmir dövrünə (e.ə. 8–6 əsrlər) aid olan yaşayış yeri və qəbiristanlıq aşkar edilmişdir.
Təpələrin birində yerləşən böyük qəbiristanlıqda qəbirlər dördkünc şəkildə qazılmışdır. Ölülər, başları müxtəlif istiqamətlərə olmaqla, sağ və ya sol böyrü üstə dəfn edilmişdir. Skeletlərin bəzilərinin altından iri diametrli gil xeyrələr (qablar) tapılmışdır. Qəbirlərdən qara və boz rəngli gil qablar, kəsmə xətlərlə bəzədilmiş və cilalanmış gil bardaqlar, çölməklər, qablar, camlar, parçlar, tunc balta, tunc kəmər, nizə ucluğu, dəmir dəstəli tunc qılınc, dəmir xəncərlər və s. aşkar edilmişdir. İkinci təpədə əldə edilən yerüstü arxeoloji materiallar qəbiristandakı tapıntılarla bənzərlik təşkil edir.[1]
İstinadlar
redaktə- ↑ "Qazaxbəyli təpələri". 2012-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-04.
Arxeologiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |