Qazi Fezlullah Bin Osman Mescidi - Wikipedia
Çin məscidi və ya Qazi Fəzlullah bin Osman məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid.
Çin məscidi | |
---|---|
Qazi Fəzlullah bin Osman məscidi | |
40°21′57″ şm. e. 49°49′57″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Sifarişçi | Fəzlullah İmam ibn Osman Şirvani |
Tikilmə tarixi | 1375 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | Bərpa olunub, Numizmatika Muzeyi kimi fəaliyyət göstərir. |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 67 |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Kateqoriya | Memarlıq abidələri |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscid qala divarlarının İçərişəhər metrostansiyası tərəfdəki girişindən təxminən 50 metr məsafədə yerləşir. Arxa hissəsi Vahid bağına tərəf baxır.
Tarixi
redaktəŞirvanşahlar Sarayı Kompleksinin yaxınlığında yerləşən məscidin giriş qapısının üstündəki epiqrafik kitabə onun Hicri-qəməri təqvimlə 777-ci ildə[q 1] Fəzlullah İmam ibn Osman Şirvaninin vəsiyyəti ilə inşa olunmasından bəhs edir. Məhz buna görə məscid onun adı ilə adlandırılır. Fasad üzərindəki digər epiqrafik yazıdan isə belə məlum olur ki, abidə Hicri-qəməri təqvimlə 1186-cı ildə[q 2] Məsud Əli tərəfindən bərpa olunmuşdur.[1][2]
Məscid digər adı "Çin məscidi"dir. Xalq etimalogiyasına görə məscidin "Çin" adını alması bu məscidə gələn insanların arzu və diləklərinin çin olması faktı ilə əlaqədardır.[1]
Memarlıq xüsusiyyətləri
redaktəOx üzrə interyerin cənub divarında dördbucaq çərçivəyə alınmış beşyaruslu stalaktik mehrab Şirvan-Abşeron memarlıq məktəbinin müəyyən kompozisiya motivini bütövlüklə təşkil edir. Cinahlarda kiçik taxçalar yerləşdirilmişdir.[1]
Əsas fasadı assimetrik olan məscidin sərt, iri həcmli kompozisiyası, klassik tipli portal-girişlə vurğulanır. Portalın dəqiq profillənmiş dördbucaq çərçivəsi, çatma oyuq və ərəb yazısının epiqrafik başlığı, fasadın bütöv daş divarının fonunda klassik formada təsvir edilmişdir. Şəhərin şərq üslublu orta əsr portalları arasında, məscidin portalı ən klassik olanıdır.[1]
Hal-hazırda
redaktəMəsciddə 2012-ci ildə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən əsaslı şəkildə təmir-bərpa işləri aparılmışdır. Təmirdən sonra abidə İçərişəhər DTMQİ-nin nəzdində numizmatika muzeyi kimi fəaliyyət göstərir. Məsciddə ərazidə tapılmış qədim pullar və sikkələr nümayiş etdirilir və qorunub saxlanılır.[3]
Həmçinin bax
redaktəQeydlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 "Çin məscidi". icherisheher.gov.az. 2015-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
- ↑ Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 50. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
- ↑ ""Çin" məscid - qədim sikkələrin nümayiş olunduğu məkan". azertag.az. 16 sentyabr 2017. 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-09.