Qazi Ibn Eli El Hasimi - Wikipedia
Qazi ibn Feysəl ibn Hüseyn (ərəb. غازي ابن فيصل Ġāzī bin Fayṣal; d. 21.3.1912, Məkkə, Hicaz, Osmanlı İmperiyası - 4.4.1939, Bağdad, İraq) — Haşimilər sülaləsindən İraqın ikinci kralı. İraq ordusunun feldmarşalı, donanma admiralı və İraq Hərbi Hava Qüvvələrinin marşalı.
Qazi ibn Feysəl əl-Haşimi | |
---|---|
ərəb. غازي ابن فيصل Ġāzī bin Fayṣal | |
8 sentyabr 1933 – 4 aprel 1939 | |
Əvvəlki | Feysəl ibn Hüseyn |
Sonrakı | Feysəl ibn Qazi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Məkkə, Osmanlı İmperiyası |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Bağdad, İraq |
Vəfat səbəbi | Kəllə travması[d][1] |
Təhsili | |
Fəaliyyəti | monarx, hərbi qulluqçu |
Atası | Feysəl ibn Hüseyn əl-Haşimi |
Anası | Hüzeymə bint Nasir |
Həyat yoldaşı | Aliyə bint Əli |
Uşağı | Feysəl ibn Qazi |
Ailəsi | Haşimilər |
Dini | İslam (Sünni) |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQazi, İraqın birinci kralı I Feysəl ibn Hüseynin oğlu idi[2]. O, atası türklərə qarşı döyüşlərdə olarkən, babası Hüseyn ibn Əli ilə birlikdə qalırdı. Buna görə də, o, utancaq və təcrübəsiz bir gənc kimi böyüdü.
1924-ci ildə Əli ibn Hüseyn əl-Haşiminin rəhbərliyi altında Haşimilər sülaləsi ilə birlikdə Hicazdan Bağdada köçdü və o vəliəhd elan edildi. Sandhurstdakı İngiltərə Krallığı Hərbi məktəbində və Bağdad Hərb Akademiyasında təhsil aldı. 1933-cü ildə atası Feysəl ibn Hüseynin ölümündən sonra hakimiyyətə gəldi. O atası kimi müstəqil siyasət yeritməyə çalışırdı.
1936-cı ilin oktyabrında "Əl-Axani" təşkilatının lideri Hikmət Süleymaninin dəstəyi və general Bəkir Sidqinin rəhbərliyi ilə həyata keçirilən dövlət çevrilişini dəstəklədi. Eyni zamanda İngiltərənin mühafizəsi altındakı Küveyt üzərində İraqın haqqı olduğunu müdafiə etdi.
Hicazın sonuncu Haşimi kralı, əmisi Əli ibn Hüseyn əl-Haşiminin qızı Aliyə Sultan ilə evləndi və bu evlilikdən bir oğlu dünyaya gəldi. 1939-cu ildə avtomobil qəzasında dünyasını dəyişdi. Yerinə oğlu Feysəl ibn Qazi keçdi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Al-Hashimi dynasty genealogy (ing.).
- ↑ "IRAQ – Resurgence in the Shiite World – Part 8 – Jordan & The Hashemite Factors" Arxivləşdirilib 2012-07-09 at Archive.today APS Diplomat Redrawing the Islamic Map. 2005.