Qeris Xalcasi - Wikipedia
Heris xalçası və ya Heriz xalçası — Təbriz xalçaçılıq məktəbinə aid xalça növü.Heriz xalçaları olduqca davamlı və dayanıqlı və nəsillər boyu davam edə bilər.
Xalça | |
Heriz xalçası | |
---|---|
Xalça haqqında məlumatlar | |
Məktəbi | Təbriz xalçaçılıq məktəbi |
Ölkə | Cənubi Azərbaycan |
Şəhər | Heriz |
Bölgə | Şərqi Azərbaycan ostanı |
Vikianbarda əlaqəli mediafayllar |
Bu xalçaların adları Təbrizin şimal-şərqində yerləşən "Geris" və ya "Gəpəz" qəsəbəsinin adları ilə bağlıdır. "Heris" xalçalarının bədii tərtibatı çox orijinaldır. Kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan "Ləçəkturunc" kompozisiyasının əsasında yaradılmışdır. Ancaq vaxt keçdikçə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb. Adətən xalçanın eskizsiz öz başına toxuyurdular. Burada təəcüblü bir şey yoxdur, çünki xalçatoxuyanlar başqa tip xalça toxuya bilmirdilər. Təxminən XVI-cı əsrdən indiyə kimi adət-ənənəyə uyğun olaraq Herisdə yalnız bu xalçanı toxuyurdular, ona görə də xalçatoxuyyanlar bu rəsmi çox gözəl bilirdilər. Qeyd etmək lazımdır ki, əhalisi həmçinin xovsuz xalça-palaz və kilimlərin istehsalı ilə tanınır.