Qeyret Partiyasi - Wikipedia
Qeyrət Partiyası — Gəncədə formalaşan ilk milli siyasi qurum.
Qeyrət Partiyası Türk Sosial-Federativ İnqilabi Partiyası | |
---|---|
Sədri | Həmid bəy Yusifbəyli |
Quruluş tarixi | 1905 |
Dağılma tarixi |
1911-1912 1917 |
Sələfi | Türk Sosial-Federativ İnqilabi Komitəsi |
Xələfi | Türk Ədəmi-Mərkəziyyət Partiyası |
Baş qərargah | |
İdeologiya | federalizm |
Şüar | Qafqaz xalqları, birləşin! |
Tarixi
redaktə1905-ci ilin yayında Gəncədə Türk Sosial-Federativ İnqilabi Komitəsinin əsasında "Qeyrət" adlı qrup yaradıldı.[1] O, Şuşada da müəyyən nüfuza malik idi.[2] Aşkar olunmuş sənədlərə əsasən bu nəticəyə gəlmək olar ki, məhz bu qrup 1905-ci ilin yayında Gəncədə formalaşan ilk milli siyasi qurum olan Qeyrət Partiyasının əsasını qoymuşdu. Bu partiyada müxtəlif təbəqələr təmsil olunmuşdu, lakin onun rəhbərləri yuxarı təbəqənin nümayəndələri idi. Onların sırasında Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Ələkbər bəy Xasməmmədov[3], bəzi mənbələrə görə, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin başçısı Nəsib bəy Yusifbəyli də var idi.[4].
Qeyrət Partiyasının qırmızı möhürü və proqramı mövcud idi. Proqramda gürcü sosial-federalistlərin proqramının təsiri özünü büruzə verirdi. Əsas məqsədlərdən biri Qafqazın Rusiya ilə federativ münasibətlər qurmaq və bu federasiya çərçivəsində müsəlman əhaliyə muxtariyyət vermək idi.[5]
Qeyrətin üzvləri H. Fəttahov, M. H. İsmayılzadə, M. Xəlilov və başqalarıdır. Əhali arasında federalizm ideyalarını yaymaqla yanaşı, sosial demokrat və digər partiya nümayəndələri ilə birgə bir çox mitinqlərdə millətlərarası müharibəyə son qoymaq çağırışı ilə iştirak edirdilər. Qeyrət Partiyası 1908-ci ilə qədər fəaliyyət göstərdi, lakin bəzi sənədlərə görə, 1912-ci ildə Balkan müharibələri başladığı dövrdə federalistlər fəallaşmaqda idilər.
Siyasi səhnədə isə Qeyrət yenidən 1917-ci ilin Fevral inqilabından sonra görüldü. Yeni liderlər, yeni Türk Ədəmi-Mərkəziyyət Partiyası adı və yeni proqramı ilə fəaliyyətə başladı.
İstinadlar
redaktə- ↑ Azərb. MDTA, f. 7, siy. 1, iş 620, v. 162; f. 12, siy. 13, iş 250, v. 44–45; Самедов В. Ю. Распространение марксизма-ленинизма в Азербайджане. Ч. II Баку, 1966, стр. 58.
- ↑ Azərb. MDTA, f. 62, siy. V, iş 59
- ↑ Azərb. MDTA, f. 83, siy. 1, iş 201, v. 21; iş 253, v. 2.
- ↑ Yenə orada, f. 821, siy. 133, iş 461, v. 61–6 arxası.
- ↑ Багирова И. С. Политические партии и организации. Азербайджана в начале XX века. Баку, 1997.