Qibli Muzeyi - Wikipedia
Ghibli Muzeyi (三鷹の森ジブリ美術館, Mitaka no Mori Ciburi Bicutsukan?, Mitaka Meşəsi Ghibli Muzeyi) – Yaponiya animasiya studiyası "Studio Ghibli"nin işlərinə həsr olunmuş muzey. Yaponiyanın Tokio şəhərinin qərbində yerləşən Mitaka şəhərindəki İnokaşira parkında yerləşir. Muzey kompleksi uşaq muzeyindən, texnologiya muzeyindən, təsviri incəsənət muzeyindən ibarətdir və animasiya incəsənəti və texnikasına həsr olunub. Muzeydə "Qonşum Totoro" (1988) animesindən Kotobusun replikası, kafe, kitab mağazası, terras bağı və "Studio Ghibli" filmləri üçün xüsusi teatr var.
Ghibli Muzeyi | |
---|---|
三鷹の森ジブリ美術館 | |
Əsası qoyulub | mart 2000 |
Açılış tarixi | 1 oktyabr 2001 |
Mövzu | anime |
Ölkə | |
Yerləşir | 1-1-83 Şimorencaku, Mitaka, Tokio 181-0013 |
Direktor | Hayao Miyazaki |
İş rejimi | bazar ertəsi |
Bilet | 1.000 ¥, 700 ¥, 400 ¥, 100 ¥ |
35°41′46″ şm. e. 139°34′13″ ş. u.HGYO | |
ghibli-museum.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin açılması ilk dəfə 1998-ci ildə planlaşdırılmışdır. Tikinti işləri 2000-ci ilin martında başlamış, muzey 1 oktyabr 2001-ci ildə açılmışdır.[1]
Muzeyin içində şəkil və video çəkmək qadağandır, muzey rəbərliyi bunun səbəbini muzeyin "nağıl dünyasına portal" olması ilə əlaqələndirir.[2] Hayao Miyazakinin məqsədi insanların muzeyi gözləri və qulaqları ilə təcrübə etmələrinə şərait yaratmaqdır. Muzeyin şüarı Hayao Miyazaki tərəfindən yaradılıb və "Gəlin birlikdə itək" şəklindədir.[2][3]
Giriş
redaktəMuzeyə biletləri ancaq girişdə almaq olar. Honkonqda, Tayvanda, Koreyada, Şimali Amerikada, Avropada və Avstraliyada biletləri LAWSON onlayn bilet mağazası ilə qabaqcadan rezerv etmək olur. Gələn ay üçün nəzərdə tutulmuş rezerv biletlər hər ayın 10-cu günündə yerli saatla 9-da satışa buraxılır. Rezervasiya olunmuş biletləri alandan sonra vaxtı və günü dəyişmək olmur. Biletlərin qiyməti müxtəlifdir: böyüklər üçün 1000 yen, 13–18 yaşlı uşaqlar üçün 700 yen, 7–12 yaşlı uşaqlar üçün 400 yen, 4–6 yaşlı uşaqlar üçün 100 yen təşkil edir. 4 yaşından kiçik uşaqlara isə pulsuzdur. Muzeyin girişində biletlər üzərində Studio Ghibli filmlərindən səhnələrin yer aldığı 35mm film stripləri ilə dəyişdirilir.[2][4][5]
Hər qonaq hər ziyarəti zamanı təkcə bir dəfə film izləyə bilər.
Quruluş
redaktəStudio Ghibli direktoru Hayao Miyazaki filmləri üçün istifadə etdiyi eskizlərə bənzər eskizlərdən istifadə edərək muzeyi özü dizayn etmişdir. Dizayn İtaliyanın Kalkata kəndinin memarlıq dizaynı kimi Avropa memarlığından ilhamlanmışdır. Muzeyində daxilində dəmir spiral nərdivanlar, interyer körpüləri, tikilinin hündürlüyü boyunca uzanan eyvanlar var. Bu nərdivanlar sərgilərə, ölü sonlara və körpülərə uzanır.[4] Bu cür xarakateristika Miyazakinin filmlərdəki ev dizaynlarını əks etdirir.[6]
Ghibli ilə balı sərgilərdən əlavə, muzeydə digər studiyaların işlərini nümayiş etdirmək üçün sahə var.
Ghibli Muzeyində studiyanın istehsal etdiyi qısa filmlər də nümayiş etdirilir. Muzeyində alt mərtəbəsində Saturn teatrı yerləşir.[2] Teatrın pəncərələri avtomatik aşağı enir və hər tamaşadan əvvəl və sonra açılır. Hayao Miyazaki bunu balaca uşaqları düşünərək dizayn edib, çünki düşünüb ki, onlar qapalı yerdən qorxa bilərlər. Muzeydə nümayiş etdirilən bəzi Ghibli filmləri:[7]
- Koro's Big Walk (コロの大さんぽ, Koro no dai-sampo?)
- Water Spider Monmon (水グモもんもん, Mizugumo Monmon?)
- Mei and the Kittenbus (めいとこねこバス, Mei to Konekobasu?)
- The Day I Harvested a Star (星をかった日, Hoshi o Katta Hi?)
- The Whale Hunt (くじらとり, Kujiratori?)
- Looking for a home (やどさがし, Yadosagashi?)
- A Sumo Wrestler's Tail (ちゅうずもう, Chūzumō?)
- Mr. Dough and the Egg Princess (パン種とタマゴ姫, Pan dane to tamago hime?)
- Treasure Hunting (たからさがし, Takara Sagashi?)
- Boro the Caterpillar (毛虫のボロ, Kemushi no Boro?)
Xüsusiyyətlər
redaktəMuzeyin alt mərtəbəsində animasiyanın tarixi və elmi haqqında sərgi, "Tullanan Totoro" adlı üç ölçülü zoetrop, "Qonşum Totoro" animesinin personajlarının modelləri yerləşir. Birinci mərtəbədə animasiya studiyasının təqlidi qurulub. "Filmin doğduğu yer" adlı beşotaqlı sərgi illüstrasiya texnikaları ilə animasiya istehsalının kreativ prosesini göstərmək üçün nəzərdə tutulub.[4] Kitab və oyuncaqlarla dolu otağın divarları rəsmlər və illüstrasiyalar ilə bəzədilmişdir.[2] Başqa bir sərgi eskizlər, rəngləmə, arxaplan rəsmi, təmizləmə ilə animasiya filminin yaradılma prosesini nümayiş etdirir.
"Tri Hawks" Ghibli Muzeyində yerləşən kitab oxuma və alma otağıdır. Bu otaqdakı kitablar Hayao Miyazakinin tövsiyə etdiyi kitablardır. Muzeyin yerləşdiyi şəhər Mi-taka yaponca "Üç şahin" deməkdir. Otağın adı bu söz oyunundan gəlir.[2][8]
"Mamma Aiuto" muzeyin ən yuxarısında yerləşən suvenir və hədiyyə dükkanıdır. Adını "Porko Rosso" animesindəki səma quldurları qrupundan almışdır. "Mamma Aiuto" həmin animedəki hadisələrin cərəyan etdiyi İtaliyada "ana, kömək et" deməkdir. Müxtəlif əşyalar arasında klassik və qeyri-Yaponiya animasiya filmləri də satılır.[2]
Straw Hat Café Ghibli Muzeyinin yeganə oturacaqlı kafesidir. Kafe dörd uşaq anası olan ev xanımının köməyi ilə yaradılıb. Miyazaki kafedəki yeməklərin "ev xörəyi" dadında olmasını istəmişdir. Kafedə isti və soyuq qidalar, şirniyyatlar, çərəzlər satılır.[2] Burada "Külək dərəsi" adlı orijinal pivə satılır. Pivə Tanna Basin-də yerləşən Dairy Kingdom Oratche adlı pivə sexi tərəfindən hazırlanır. İçkinin loqosu Hayao Miyazakinin oğlu, Studio Ghiblinin animasiya rejissoru Qoro Miyazakinin əlyazmasından ibarətdir.Sitat səhvi: <ref>
teqində yanlış parametr
Kotobus otağında 12 yaşaqədər uşaqlar böyük Kotobus oyuncağı ilə oynaya bilərlər. Kotobusu muzeyə sıxışdırmaq üçün animedə göründüyündən daha kiçik formada hazırlanmışdır.[2]
Muzeyin damındakı bağçada 5 metr hündürlüyündə Lupin III (II hissə) və Castle in the Sky animelərindən bir robot heykəli var.[4][9] Robot əsgər Kunio Şaçimaru tərəfindən hazırlanıb. Heykəl döyülmüş misdən 2 ilə hazırlanıb. "Castle in the Sky" animesindən məhək daşı da buradadır. Məhək daşı animedəki uçan qəsr Laputanın idarəetmə otağı daşının replikasıdır, üstündə qədim fars yazısı var.[10]
Tikilinin girişində muzeyin tavanı freska ilə bəzədilib. Freska studiyanın filmlərindən olan Kiki (Kikinin çatdırma xidməti) kimi personajların təsvirlərindən ibarətdir.[2]
İstinadlar
redaktə- ↑ Miyazaki, Hayao; Isao Takahata. Starting Point 1979–1996. Viz Media. 2009. 446–447. ISBN 978-1-4215-0594-7.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Museo d'Arte Ghibli. "The official site of Ghibli Museum, Mitaka in Japan - This is the Kind of Museum I Want to Make!". ghibli-museum.jp. 28 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 June 2015.
- ↑ Huang, Eric. "'The Continuing Allure of Hayao Miyazaki': Celebrating Japanese Pop Culture". The Stanford Daily. The Stanford Daily. 4 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2015.
- ↑ 1 2 3 4 Michael, Bodey. "Studio Ghibli: Celebrating Japanese Animation". theaustralian.com.au. The Australian. İstifadə tarixi: 4 June 2015.
- ↑ "Ghibli Museum". Japan Guide. japan-guide.com. 26 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 May 2015.
- ↑ Isao Takahata, Goro Miyazaki. 宮崎駿とジブリ美術館 (Hayao Miyazaki and Ghibli Museum) (DVD). Japan: BVHE Japan. 2005.
- ↑ "映像展示室 土星座" (Japanese). August 30, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 7, 2010.
- ↑ Miyazaki, Kitazawa, 2006. səh. 146, 266
- ↑ Museo d'Arte Ghibli. "The official site of Ghibli Museum, Mitaka in Japan". ghibli-museum.jp. 8 February 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 June 2015.
- ↑ Miyazaki, Kitazawa, 2006. səh. 123
Ədəbiyyat
redaktə- Miyazaki, Hayao; Kitazawa, Satoko. Ghibli Museum, Mitaka Catalog, Newly Revised and Enlarged Edition. The Tokuma Memorial Cultural Foundation for Animation. 2006. ASIN B005VKJA4G.
Xarici keçidlər
redaktə- ghibli-museum.jp/en/ — Rəsmi saytı