Qiymetli Kagizlar Bazarinin Istirakcilari Ve Onun Idare Olunmasi - Wikipedia
Qiymətli kağızların ikinci bazarının iştirakçıları dövlət, səhmdar cəmiyyətləri, qiymətli kağızlar bazarının peşəkarları olan mütəxəsislər, müxtəlif investisiya təsisatları, kommersiya bankları, fond mərkəzləri və mağazaları, digər təsərrüfat subyektləri, həmçinin vətəndaşlardır. Qiymətli kağızların ikinci bazarının hər bir iştirakçısının öz yeri var. Lakin onların içərisində ən böyük diqqəti investisiya təsisatları cəlb edir. İnvestisiya təsisatlarının qiymətli kağızlar bazärındakı fəaliyyətinın lisenziyalaşdırılması onların bu sahədəki fövqəladə rolunun birinci meyarı kimi qəbul olunur və axırıncı maliyyə ilinin nəticələrinə görə investisiya təsisatının gəlirinin əsas hissəsi qiymətli kağızlarla bağlı olmayan fəaliyyətdən əldə olunubsa lisenziya geri çağırıla bilər yaxud, onun qüvvəsi dondurula bilər. İnvestisiya təsisatları müxtəlif təşkilati-hüquqi formada çıxış edə bilər. Lakin, bu ümumi qaydadır və hər blr ölkədə onu dəqiqləşdirən bir sıra məhdudiyyətlər ola bilər ki, onlar da konkret ölkədə qüvvədə olan normalardan və qiymətli kağızlar bazarının iştirakçılarının fəaliyyətinin səciyyəsindən irəli gələ bilər.
İnvestisiya təsisatlarına aşağıdakılar aiddir:
- Maliyyə brokerlərl;
- İnvestisiya məsləhətçiləri;
- İnvestisiya şirkətləri;
- İnvestisiya fondları.
Maliyyə brokerləri. Bunlar hüquqi şəxsdir və onları fiziki şəxs olan brokerlərlə qarışdırmaq olmaz. Onlar müştəriyə komisyon müqaviləsi əsasında yaxud, müştərinin tapşırığı ilə yaxud müştərinin vəsaiti hesabına qiymətli kağızların alqı-satqısını həyata keçirir və bu zaman vasitəçi (agent) funksiyalarını icra edir.
İnvestisiya məsləhətçisi. Bu, qiymətli kağızların buraxılışı və tədavülünə dair məsləhət xidmətləri göstərən hüquqi yaxud fiziki şəxs ola bilər. Onun fəaliyyətinin əsasında podrat müqaviləsi yaxud elmi-texniki məhsulun hazırlanması müqaviləsi durur.
İnvestisiya şirkəti. Maliyyə brokeri kimi bu, hüquqi şəxsdir, lakin, birincidən fərqli" olaraq investisiya şirkəti sırf dilerdir, yəni qiymətli kağızlar bazarında müştərinin hesabına deyil, öz hesabına fəaliyyət göstərir.
İnvestisiya fondları. Onlar da dillerdir, yəni müştərilərin hesabına deyil, öz hesabına əməliyyatlar bəçirir. İnvestisiya fondunun əsas fəaliyyəti öz səhmlərini buraxmaqdan və bu yolla səfərbər olunmuş resursları faiz və məzənnənin qalxması şəklində gəlir gətirən qiymətli kağızlara qoymaqdan ibarətdir. Azərbaycan Respublikasında investisiya fondlarının yaradılması, idarə edilməsi və fəaliyyətinin tənzimlənməsinin ümumi prinsipləri və qaydaları "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının 30 noyabr 1999-cu il tarlxli Qanunu ilə müəyyən edilir. Beləliklə, investisiya fondu çoxsaylı xırda investorlarını vəsaitlərinl cəlb etməklə onları vahid kütlə şəklində birləşdirir və iri səhm dəstlərinə investisiya edir. Göründüyü kimi, investisiya şirkətlərinin və investisiya fondlarının resurs dövriyyəsində oxşarlıq çoxdur. Hər ikisi resursları özlərinin qiymətli kağızlarını buraxıb bazarda yerləşdirməklə cəlb edir, digər emitentlərin qiymətli kağızlarına investisiya edir.
Qiyməili kağızlar bazarının idarə olunması sistemi bu bazarını infrastrukturunun funksional, texniki və təşkilati yarımsistemləri ilə yanaşı qiymətli kağızlar bazarının fəaliyyətini təmin edir. Hər bir idarəetmə sistemi kimi, qiymətli kağızlar bazarının tənzimlənməsi sistemi onun məqsədləri, strategiyası və vəzifələrinə uyğun qurulur və iki yarımsistemdən-idarəedici yarımsistem və idarəedici yarımsistemdən ibarətdir. Onlardan birincisi idarəetmənin subyekti ikincisi isə obyekti kimi çıxış edir.