Qladio Emeliyyati - Wikipedia
Qladio əməliyyatı (it. Operazione Gladio) — İkinci Dünya Müharibəsindən sonra kommunistləri nüfuzdan salmaq və güc strukturlarından sıxışdırmaq üçün NATO-nun gizli əməliyyatının adıdır. Bunun üçün yollardan biri Varşava müqaviləsi ölkələrinin İtaliya və digər Qərbi Avropa ölkələrinə soxulacağı təqdirdə müqavimət göstərmək, təxribat və partizan müharibəsi aparmaq üçün nəzərdə tutulmuş “arxada qalanlar” (ing. stay-behind) adlı hərbiləşdirilmiş təşkilatlar şəbəkəsinin yaradılması idi.
Qladio termini İtaliyada yaradılmış təşkilatlara aid edilsə də, bu ad çox vaxt qeyri-rəsmi olaraq Qərbi Avropada onun çərçivəsində yaradılmış bütün təşkilatlar üçün istifadə olunurdu. Qısa Roma qılıncı (lat. gladius) İtaliya təşkilatının simvolu, xarabaçıl isə beynəlxalq simvol idi.
MKİ-nin keçmiş direktoru Vilyam Kolbi əməliyyatı “böyük proqram” adlandırıb.[1] Qladio əməliyyatının mövcudluğu bu əməliyyatda iştirak edən ölkələrin hökumətləri tərəfindən rəsmən tanınıb. Eyni zamanda, Amerika hökuməti terrorizmin təşkili ittihamlarını rədd edir.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Terrorism in Western Europe: An Approach to NATO’s Secret Stay-Behind Armies Arxivləşdirilib 2011-09-12 at the Wayback Machine Исследовательский проект по Даниэля Генсера
- ↑ "The Intelligence Officer's Bookshelf — Central Intelligence Agency" (ingilis). www.cia.gov. 2017-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-07.