Qleb Panfilov - Wikipedia
Qleb Anatolyeviç Panfilov (rus. Глеб Анатольевич Панфилов; 21 may 1934, Maqnitoqorsk, Çelyabinsk vilayəti – 26 avqust 2023[1], Moskva) — Rusiya və Sovet rejissoru və ssenaristi.
Qleb Panfilov | |
---|---|
rus. Глеб Анатольевич Панфилов | |
Doğum tarixi | 21 may 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 26 avqust 2023[1] (89 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | rus |
Həyat yoldaşı | İnna Çurikova |
Fəaliyyəti | kinorejissor, ssenarist, film ssenaristi[d] |
Fəaliyyət illəri | 1958–2023 |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
IMDb | ID0659368 |
glebpanfilov.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQleb Panfilov 21 may 1934-cü ildə Maqnitoqorskda doğulub. 1957-ci ildə Ural Politexnik İnstitutunun kimya fakültəsini bitirir. 1961-ci ildə Sverdlovsk televiziyasında çalışmağa başlayır. 1960–1963-cü illərdə Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda operatorluq fakültəsində qiyabi təhsil alır, sonra isə rejissorluq şöbəsində əyani təhsilə keçir. 1966-cı ildə Lenfilmdə çalışmağa başlayaraq, orada 1967-ci ildə "В огне брода нет" (Yanğında keçid yoxdur) adlı ilk bədii filmini çəkir. 1970-ci ildə "Начало" (Başlanğıc) filmini çəkir. Filmin çəkilişləri zamanı Panfilov aktrisa İnna Çurikova ilə ailə həyatı qurur. O vaxtdan bəri o, onun ilham pərisinə çevrilir. Rejissorun başqa məşhur işləri arasında "Прошу слова" (Söz istəyirəm), "Тема" (Mövzu), "Валентина" (Valentina), "Васса" (Vassa), "Мать" (Ana) kimi filmlər var. Panfilov həyat yoldaşı İnna Çurikovanın ölümündən yeddi ay sonra 2023-cü il avqustun 26-da 89 yaşında Moskvada vəfat etdi.