Qocalar Film 2008 - Wikipedia
Qocalar — Azərbaycan filmi.[1]
Qocalar | |
---|---|
Janr |
melodram komediya |
Rejissorlar |
İsmayıl Məmmədov Fariz Əhmədov |
Ssenari müəllifi | Nərgiz Bağırzadə |
Baş rollarda |
Elmira Şabanova Tariyel Qasımov |
Operator | Üzeyir Abbas |
Bəstəkar | Azər Dadaşov |
Rəssam | Fikrət Ələkbərov |
İstehsalçı | "İmper Qrup" prodüser mərkəzi |
İlk baxış tarixi | 2008 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 33 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2008 |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Məzmun
redaktəFilm qocalığın doğurduğu psixoloji amillərin insan həyatına təsirindən bəhs edir. Uzun müddət bir yerdə yaşayan ər-arvadın həyatı əks olunur. Təxminən 60-70 yaşında olan bu cütlüyün övladları yoxdur. Kişi meylini ev bitkilərinə salıb, evdə çoxlu bitki saxlayır. Qadın isə evdar qadındır, özünü ev işlərinə həsr edib. Qadın ərindən diqqət gözləyir, çalışır ki, ərini bitkilərdən yayındırıb, özünə cəlb etsin. Amma buna nail ola bilmir.
Bir dəfə qadın təsadüfən ərinin dibçəklərindən birini salıb sındırır. Kişi hay-küy salır, isterika yaradır və güllərini öz otağına yığıb, evi bölür. Qadın başa düşür ki, bu cür yaşamaq mümkün deyil və televizorda reklamını gördüyü qocalar evinə gedir. Bu qocalar evi vərdiş etdiyimiz dağınıq, uçuq, hamının yadından çıxmış qocalar evi deyil. Çox təmtəraqlı, romantik auralı bir qocalar evidir. Qadın burada qoca bir polkovniklə tanış olur. Amma qadın qocalar evində də sıxılmağa başlayır. Kişi də evdə darıxır, etdiyi hərəkətdən peşman olur. Film qadının evə qayıtması ilə bitir.
Film haqqında
redaktəAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2008-ci il yanvarın 10-dan aprelin 10-a qədər "Bu meydan, bu ekran 2008" kinolayihələr müsabiqəsi keçirilib. Müsabiqə gənc nəslə vətənpərvərlik ruhu aşılayan yüksək səviyyəli bədii filmlər yaratmaq, Qarabağ müharibəsi mövzusunu kino vasitəsilə əks etdirmək, eləcə də kinematoqrafiya sahəsində çalışan gənclərə özlərini sınamaq üçün imkan yaratmaq məqsədilə təşkil olunmuşdu. Müsabiqədə iştirak etmək üçün 45 layihə təqdim olunub, onlardan 7-si seçilib. "Qocalar" da bu 7 qalibdən biridir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Nərgiz Bağırzadə
- Quruluşçu rejissorlar: İsmayıl Məmmədov, Fariz Əhmədov
- Quruluşçu operator: Üzeyir Abbas
- Quruluşçu rəssam: Fikrət Ələkbərov
- Bəstəkar: Azər Dadaşov
- Montaj: Mübariz Nağıyev
- Qrafika: Firudin İsmayılov
- Səs rejissoru: Ramzes
- Səs operatoru: İlqar Kazımi
- Qrim: Rəna Əliyeva
- Geyim: Yeganə Azadova
- Rekvizit: Həsən Əliyev
- Rejissorlar: Anar Əliyev, Yalçın Verdiyev
- Rejissor assistenti: Anar Musayev
- Operator assistenti: İsmayıl Qasımov
- İşıq: Elnur Nuriyev
- Texniki heyət: Nikolay Mulenkov, Ədalət Əliyev
- Sürücülər: Emil Orucov, Elşad Vahidov, Famil Çovdarov
- Mühasib: Gülçin Mirzəliyeva
- Redaktor: Esmira Məmmədova
- Prodakşn menecerləri: Elşad Allahverdiyev, İlqar Mahmudov
- Kreativ prodüser: Nizami Abbas
- Məsləhətçilər: Cəmil Quliyev, Ramiz Fətəliyev
- Prodüserlər : Rəşad Qasımov, Fariz Əhmədov
Rollarda
redaktə- Elmira Şabanova
- Tariyel Qasımov
- Məsumə Babayeva
- Zinaida Sibilyova
- Tünzalə Əliyeva
- Arif Qasımov
- Fuad Abbaszadə
- Ləman Cavadzadə
- Aliyə Bayramova
- Elşən Hüseynov
- Dilən Salahov
- Raziyə Şirinova
- Qurban Hüseynov
- Elmira Əliyeva
- İbrahim Şahvələdi
- Nina Zolotarova
- Vəli Qunusarov
- Sura Qunusarova
- Nazim Cəbrayılov
- Rafiq Məmmədov
- Aydın Ağasıyev
- Təhminə Ağasıyeva
Çəkilişə köməklik edən qurumlar
redaktə- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi
- Bakı Şəhər İcra Hakimiyyəti
- Azərbaycan Televiziyası
- Azərbaycan Dövlət Film Fondu
- "Yaddaş" Sənədli Filmlər Studiyası
- "Bizim Kino" Prodüser Mərkəzi
- "Ratio Tv" şirkəti
- "Nərimanfilm" kinostudiyası
- www.kinozal.az saytı
- İFA-SC təşkilatı
- "Kontinental" mağazalar şəbəkəsi
- "Orxideya" gül dükanı
Çəkilişə kömək edənlər
redaktə- Eldar Bağırzadə
- Heydər Dadaşov
- Cavid İmamverdiyev
- Tofiq Musayev
- Rasim Salmanov
- Əli İsa Cabbarov
- Yusif Quliyev
- Xəyyam Abdullayev
- Niyazi Hüseynov
İstinadlar
redaktə- ↑ “Qocalar” filmində baş verənlər...: Fariz Əhmədov: “İnamı itirsəydik, film uğursuz olardı” //Üç nöqtə.- 2014.- 5 dekabr.- S.13.