Qonsalvis Da Silva Bentu - Wikipedia
Bentu Qonsalvis da Silva (port. Bento Gonçalves da Silva; 23 sentyabr 1788, Triunfu , Riu-Qrandi-du-Sul — 18 iyul 1847, Quaiba, Riu-Qrandi-du-Sul — Braziliyalı general, Farrapus müharibəsinin əsas fiqurlarından biri. Riu-Qrandi Respublikasının birinci prezidenti (1836–1843).
Bentu Qonsalvis da Silva | |
---|---|
port. Bento Gonçalves da Silva | |
1-ci prezident Riu-Qrandi Respublikası | |
10.1836 – 08.1843 | |
Əvvəlki | Vəzifə təsis edilməməşdi |
Sonrakı | Qomis Jardin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Triunfu , Riu-Qrandi-du-Sul |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Quaiba, Riu-Qrandi-du-Sul |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Uşağı | 8 |
Hərbi xidmət | |
Rəhbərlik edib | |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəBentu Qonsalvis iri maldar olaraq, liberal fikirli siyasətçi idi. İmperiyanın siyasətində narazılığı ilə seçilirdi və bu səbəbdən Riu-Qrandi-du-Sul vilayətinə muxtariyyət tələb edirdi. Qonsalvis usyanı hazırlayanlardan biri olmuş və üsyançıların ordusuna rəhbərlik etmişdir.
4 oktyabr 1836-cı ildə üsyançıların fanfa döyüşündəki məğlubiyyət zamanı Qonsalvis hökumət qüvvələrinə əsir düşür. Noyabrda Riu-Qrandi Respublikasının müstəqilliyi elan edildikdən sonra üsyançılar Qonsalvisi prezident elan edirlər.
O, 1837-ci ilin sentyabrında əsirlikdən qacmağa müvvəfəq olur və üsyançılara qoşularaq mübarizəni davam etdirir. 1843-cı ilin avqust ayında üsyançılar arasında yaranan fikir ayrılığından öz vəzifəsindən istehfa verir.
Qonsalvis Qonço-Berde anlaşması imzalandıqdan iki il sonra 1847-ci ildə Plevritdən vəfat edir.
Mənbə
redaktə- Qonsalvis Bentu Sovet tarix ensiklopediyası.
- Qonsalvis da Silva
- Bento Gonçalves da Silva[ölü keçid] (por.)