Qorki Parki - Wikipedia
Qorki parkı (rus. Парк Горького) — Moskvanın ən böyük və ən məşhur ictimai parklarından biri.
Qorki parkı | |
---|---|
rus. Парк Горького | |
| |
Məlumatlar | |
Parkın tipi | Tarixi abidə |
Ölkə | |
Yerləşməsi | Moskva, Rusiya |
Koordinatları | 55°43′42″ şm. e. 37°36′00″ ş. u.HGYO |
Sahəsi | 219,7 ha |
Yaradılıb | 12 avqust 1928 |
Ziyartəçi sayı | 100 000 nəfər |
Statusu | Açıq |
Saytı | Qorki parkı rəsmi səhifə |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Parkın ilk hissəsi 1923-cü ildə bu bölgədə Ümum-Rusiya Kənd Təsərrüfatı Sərgisi (ÜKTS) təşkil edildikdən sonra ortaya çıxdı, onun planlaşdırılması memar Konstantin Melnikov tərəfindən həyata keçirilmişdir. Park, 1928-ci il avqustun 12-də açılmış, 1932-ci ildə Maksim Qorkinin şərəfinə hal-hazırkı adını almışdır. Müxtəlif dövrlərdə El Littiszki və Aleksandr Vlasov, parkın dizaynı ilə məşğul olmuşdur. Əsas giriş 1955-ci ildə inşa edilmişdir.[1]
2011-ci ildə bu günə qədər davam edən ictimai məkanın hərtərəfli bərpasına başlanıldı. Parkın ümumi sahəsi 219,7 hektardır.
Tarixçəsi
redaktəMədəniyyət parkı metrostansiyasında yerləşən bu park 1928-ci ildə ictimai istifadəyə açıldı. Park, məşhur Sovet konstruktivist memar Konstantin Melnikovun planına əsasən tikilmişdir. Çay boyunca 120 hektarlıq ərazini əhatə edən keçmiş Dövlət Xəstəxanasının yerində tikilmişir. XIX əsrin sonlarına kimi qeyri-məhsuldar bir torpaq olmuş və zibillik kimi xidmət etmişdir.[2]
15 mart 1928-ci ildə Moskva Prezident Şura heyətinin qərarı ilə Kənd Təsərrüfatı və Sənət Sərgisi genişləndirilərək Mədəniyyət və İstirahət Mərkəzi Parkına çevrildi. 1932-ci ildə park M. A. Qorkinin adını aldı.[3][4]
İstinadlar
redaktə- ↑ Welle, Deutsche. "Moscow's Gorky Park celebrates 90th anniversary | DW | 24. avqust 2018". DW.COM. 2022-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.
- ↑ "moscow-taxi.com". www.moscow-taxi.com. 2009-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.
- ↑ "Вход в Парк Горького сделали бесплатным". The Village. 28 aprel 2011. 2016-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2020.
- ↑ "Школа фигурного катания Алексея Ягудина - Парк Горького". Park Gorgoko. 8 mart 2018. Archived from the original on 2018-03-08. İstifadə tarixi: 2 aprel 2020.