Qriqorovic Tb 5 - Wikipedia
Qriqorovic Tb 5 - Wikipedia - Haqqında Məlumat
Qriqoroviç TB-5 (Григорович ТБ-5) 1930-cu illərin əvvəllərində test edilmiş bir ağır bombardmançı təyyarəsidir. Tupolev ANT-6 (başqa adı TB-3) təyyarəsinə rəqib kimi dizayn edilmişdir. TB-5 təyyarələrinin, iki ədəd 746 kW (1,000 at gücü) gücündə FAD 24-silindrli X motor ilə təchiz edilməsi nəzərdə tutulmuşdu. Ancaq bunların yerinə daha zəif olan güclü mühərriklə təchiz edilmişdir.
Qriqoroviç TB-5 | |
---|---|
İlk uçuş | may 1931 |
Buraxılış sayı | 1 |
Vikianbarda əlaqəli mediafayllar |
İlk uçuşunu 1 may 1931-ci ildə həyata keçirmişdir. İlk uçuşu zəif olan mühərriklərinə görə proqnozları doğrulda bilməmişdir. Bir il sonra isə daha üstün olan TB-3 meydana çıxır, beləliklə də, TB-5 layihəsi başa çatdı.
Texniki xüsusiyyətləri(TB-5)
redaktəÜmumi xüsusiyyətləri
- Uzunluq: 22.1 m (72 ft 6 in)
- Qanad eni: 31 m (101 ft 8 in)
- Qanad sahəsi: 150 m² (1614.6 ft²)
- Boş ağırlığı: 7,483 kg (16,497 lb)
- Yüklü ağırlıqı: 12,535 kg (27,635 lb)
- Güc mənbəyi: 4 ədəd Bristol Jupiter V radial motor, 336 kW (450 hp) (Hər biri)
Performans
Maksimum sürət: 180 km/saat (97 knots, 112 mph)
- Xidmət tavanı: 2,600 m (8,530 ft)
- Qanad yüklənməsi: 84 kq/m² (17 lb/ft²)
- Güc/Ağırlıq nisbəti: 107 W/kg (0.07 hp/lb)
Silahlar
- Silahlar: 2 ədəd pilot kabinəsinin önündə, cütləşdirilmiş 2 ədəd 7.62 mm-lik (0.3 in) PV-1 pulemyotu
- Bombalar: 2,500 kq (5,512 lb) ağırlığında bomba daşımaq qabiliyyəti