Quscu Ayrim - Wikipedia
Quşçu Ayrım — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Kənd | |
Quşçu Ayrım | |
---|---|
41°05′38″ şm. e. 45°06′07″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Sahəsi | 6.80[1] |
Mərkəzin hündürlüyü | 806 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 1,136[1] nəfər |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tarixi
redaktə1999-cu ildə Ermənistan Silahlı Qüvvələri kəndin ətrafında yerləşən dağları işğal edib. Ermənilər bütün örüş yerlərini tutub, ona görə də sakinlər mal-qaranı otarmağa apara bilmirlər. Onlar bulaqdan ancaq gecə su götürə bilirlər.[2]
Toponimikası
redaktəQuşçu Ayrım oyk., miir. Qazax r-nunun Əskipara i.ə.v.-də kənd. Qazançı dağının ətəyindədir. Keçmişdə Qazax qəzasında Ayrım adlı iki kənd vardı. Bir-birindən fərqləndirmək üçün biri Quşçu kəndi yaxınlığında yerləşdiyinə görə Quşçu Ayrım, digəri Bağanıs çayı kənarında olduğuna görə Bağanıs Ayrım adlanırdı. Oykonim "Quşçu kəndi yaxınlığında Ayrım kəndi" mənasındadır. Yaşayış məntəqəsi ayrım tayfasının saldığı kəndlərdəndir.[3]
Əhalisi
redaktəKəndin əsasını Gədəbəylilər qoyublar[4].
14 may — 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Gəncə quberniyası, Yelizavetpol qəzası, Əskipara şöbəsinin Quşçu Ayrım kəndində 59 evdə şiə inanclı müsəlman azərbaycanlılardan ibarət 326 nəfər əhali yaşayırdı.[5]
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1069 nəfər əhali yaşayır. Əhalinin 522 nəfəri kişilər, 547 nəfəri qadınlardan ibarətdir.[6] Kənd əhalisinin soyu Türk kökənli Ayrımlardan gəlməkdədir.[7]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Qazax rayonunda hərbi təcavüzün nəticələri barədə MƏLUMAT". Qazax Rayon İcra Hakimiyyəti. 2019-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- ↑ Sevinc Vaqifqızı. "Ermənistanın mühasirəsində qalan kənd-Quşçu Ayrım (VİDEO)" (az.). meydan.tv. 2014-08-02. 2014-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-12.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Жилищно-бытовые условия в долгожительских селениях западных районов Азербайджана // Долгожительство в Азербайджане. М: Наука. 1989. 89.
- ↑ Свод статистических данных о населении Закавказского края, извлечённых из посемейных списков 1886 г.. — Тифлис, 1893.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ Экономический быт государственных крестьян Казахского уезда, Елисаветпольской губернии // Материалы для изучения экономического быта государственных крестьян Закавказского края. — Тифлис: Типография А. А. Михельсона, 1886. — Т. 2. — С. 43.
Qazax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |