Quba Rayon Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyi — Quba rayonunda, Nizami Gəncəvi adına parkda yerləşən muzey. Muzeydə həm Azərbaycanın, həm də Quba rayonunun
Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1924 |
Mövzu | Tarix |
Ölkə | |
Yerləşir | Nizami adına park, Quba, Azərbaycan |
Kolleksiyası | 10000+ |
Direktor | Mehriban Əliyeva |
41°21′35″ şm. e. 48°30′45″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.[1] 2024-cü ildən Quba Tarix-Diyarşünaslıq Muzeyinə II Qarabağ müharibəsində Şəhid olan Əliyev Rəvanın anası Əliyeva Mehriban xanım rəhbərlik edir
Tarixi
redaktə1924–1943
redaktəMuzeyin əsası görkəmli ziyalı və din xadimi Əhməd Əfəndi Çələbizadə tərəfindən qoyulmuşdur. O, 1924-cü ildə dərs dediyi mədrəsədə tarix muzeyi yaratmış, burada Azərbaycan tarixinə aid materialları toplamışdır. Eksponatların əksəriyyəti Əhməd Əfəndinin özünə məxsus olmuşdur. Bununla yanaşı, o, idarə və təşkilatlar, ayrı-ayrı şəxslərlə əlaqə saxlamış, bir sıra əşyaların muzeyə verilməsinə nail olmuşdur. Bu əşyalar sırasında qədim əlyazmaları və kitablar, xalça və xalça məmulatları, xalq tətbiqi sənəti nümunələri, zərgərlik məmulatları və s. vardı.[2]
1932-ci ilin avqust ayında Quba Rayon İcraiyyə Komitəsinin iclasında "Quba şəhərində muzeyin təşkili barədə" xüsusi məsələ müzakirə edilmişdir. İclasda muzeyin təşkili məqsədilə mütəxəssislər tərəfindən hazırlanmış tezislərə və plan-layihəyə baxılmışdır. Hər iki sənəddə muzeyin ekspozisiyasının təşkili ilə bağlı tövsiyələr, habelə təxmini strukturu öz əksini tapmışdır.[2]
Plan-layihədən məlum olur ki, ekspozisiyanın ilk bölməsi rayonun təbiətinə həsr olunmuşdur. Burada rayonun və keçmiş Quba qəzasına aid müxtəlif xəritələr, quraşdırılmış, bitki aləmi və faydalı qazıntılarından nümunələr nümayiş etdirilmişdir.[2]
Sonrakı bölmələr bölgənin tarixinə, mədəniyyətinə və etnoqrafiyasına həsr olunmuşdur. Bölmələrin adları: "Keçmiş Quba qəzasının qədim mədəniyyət abidələri", "Quba xanlığının yaranmasına qədər olan dövrə aid materiallar", "Quba xanlığının rus çarizmi tərəfindən zəbt edilməsi", "Komendantlıq dövrü" və s.[2]
Ekspozisiyada ayrıca "Etnoqrafiya" bölməsi də nəzərdə tutulmuşdu. Bu bölmədə azərbaycanlılarla yanaşı, rayonda yaşayan azsaylı xalqların həyatına, adət-ənənələrinə, sənətkarlığına, xüsusən bölgədə geniş yayılmış xalça sənətinə və misgərliyə aid materiallar göstərilirdi. Ekspozisiyada 1920–1930-cu illərdə Qubanın mədəniyyət, maarif və təsərrüfatını əks etdirən materiallar da yer almışdı.[2]
Xalq Maarif Komissarlığının 14 may 1935-ci il əmri ilə[3] Əhməd Çələbizadə Quba Tarix Muzeyinə müdir təyin olunub.[1] 1937-ci ildə o, repressiya qurbanı olub və muzey bağlanıb.[1] 1943-cü ildə Quba ictimaiyyəti tarix muzeyinin açılması ilə bağlı Mərkəzi Komitəyə məktubla müraciət edib. Azərbaycan SSRİ Xalq Komissarları Sovetinin 04.21.1943-cü il tarixli əmri ilə Qubada muzeyin yaradılması haqqında qərar qəbul edilib. Muzey 1944-cü ilin avqust ayında görkəmli alim və mütəfəkkir, şair Abbasqulu ağa Bakıxanovun yaşadığı indiki Ərdəbil küçəsi, 93 saylı binada fəaliyyətə başlayıb.[3]
1943–hazırda
redaktə1943–1958-ci illər Azərbaycan Elmlər Akademiyasının baza muzeyi kimi, 1958–1965-ci illər ictimai əsaslarla, 1965-ci ildən Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.[3]
XIX əsrin əvvəllərində tikilən bu bina Azərbaycan SSRİ Nazirlər Sovetinin 14 may 1981-ci il nömrə 225 saylı qərarı ilə tarixi abidə kimi qeydə alınıb.[3]
Uzun illər istifadə olunan muzeyin son 4 zalı qəzalı vəziyyətdə olduğu üçün 05.05.2010-cu il tarixdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzey ekspozisiyası tamaşaçılar üçün bağlanıb.[3]
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2012-ci ildə Quba şəhərində Nizami adına parkın ərazisində yeni, müasir standartlara uyğun muzey binasının tikintisinə başlanıb.[3] 2014-cü ildə binanın inşası tam başa çatdırılıb, ekspozisiyalarda tərtibat işləri aparılıb.[1] 2 may 2015-ci ildə mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə açılış mərasimi baş tutub.[1]
Xüsusiyyətlər
redaktəBinanın ümumi sahəsi 1620 m2 təşkil edir. 1 zirzəmi, 3 mərtəbədən ibarətdir.[3] Muzeyin əsas və köməkçi fondunda 10 mindən çox eksponat qorunub saxlanılır.[1]
- Zirzəmi: – 3 fond otağı, 1 yeməkxana, 1 təsərrüfat otağı, 1 təsərrüfat anbarı, 1 nasosxana.[4]
- I mərtəbə: – Mühafizə otağı, asılqan, kütləvi-maarif şöbəsi, 3 xidməti otaq, 1 fond otağı, 1 tədris otağı.[4]
- II mərtəbə: – Direktor otağı, qəbul otağı, istirahət otağı, 5 ekspozisiya zalı.[4]
- III mərtəbə: – 1 konfrans zalı, 1 xidməti otaq, 4 ekspozisiya zalı.[4]
II mərtəbənin ekspozisiya zallarındakı məlumatlar: – 1-ci zal: Qubanın təbiəti, muzey haqqında informasiya, Quba haqqında informasiya, müxtəlif ov səhnələri, ibtidai insanların məişətini əks etdirən əşyalar – 2-ci zal: Qədim Qubanın təsviri, Musa peyğəmbər və Həzrət baba rəvayətinin təsviri, Ağbil türbəsinin maketi – 3-cü zal: Arxeoloji qazıntılar zamanı tapılan saxsı əşyalar, qədim silah növləri – 4-cü zal: Xan divanın təsviri, Fətəli xanın portreti, qədim silah növləri, orta əsrlərə aid döyüşçü geyimi – 5-ci zal: Etnoqrafiya bölməsi – XVIII–XIX əsrlərdə yaşayış tərzi, XIX əsr qadın geyimi, Quba xalq sənətkarlığı nümünələri (dulusçuluq, misgərlik, xalçaçılıq).[4]
III mərtəbənin ekspozisiya zallarındakı məlumatlar: – 1-ci zal: 1937-ci il represiya qurbanları (Quba), ilk muzey direktoru haqqında, Qubalı ziyalılar bölməsi, müharibə veteranları bölməsi, ilk qubalı ziyalı qadınlar haqqında – 2-ci zal: A. A. Bakıxanov haqqında guşə, incəsənət bölməsi – 3-cü zal: Gildən, misdən hazırlanmış məişət əşyalarının nümayişi, planetin 100 il əmək fəaliyyəti olan xalçaçı Zibeydə Şeydayeva haqqında məlumat və s. – 4-cü zal: Quba xalçalarının nümayişi, qadın geyimi XIX əsr, nümizmatika, gümüşdən hazırlanmış bəzək əşyaları Muzeyin nəzdində iki filial muzey fəaliyyət göstərir: Amsar kəndində yerləşən A. A. Bakıxanovun memorial-ev muzeyi və Quba şəhərində yerləşən Şəhidlər muzeyi.[4]
Qalereya
redaktə-
Azərbaycan ərazisində mövcud olan qədim dövlətlərin bayraqları.
-
Füzulinin heykəli.
-
Şah İsmayıl Xətainin heykəli.
-
Qədim pul nümunələri.
-
Səməd Vurğunun heykəli.
-
Nizami Gəncəvinin kiçik heykəli.
-
Qəzetlər kolleksiyası.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "Quba Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib VİDEO". Azertag (az.). 2 may 2015. 30 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2018.
- ↑ 1 2 3 4 5 "Quba Tarix-Diyarşünaslıq Muzeyi: tarixin yaddaşında və bu gün". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi (az.). 12 iyun 2015. 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2018.
- ↑ 1 2 3 4 5 6 7 "Quba Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışı olacaq". Trend.az (az.). 1 may 2015. 11 February 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2018.
- ↑ 1 2 3 4 5 6 "Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyi". AzCulture (az.). 18 avqust 2017. 2018-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2018.
Xarici keçidlər
redaktə- Vikianbarda Quba Tarix-Diyarşünaslıq Muzeyi ilə əlaqəli mediafayllar var.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytında.