Quba Hadiseleri 2012 - Wikipedia
Quba hadisələri — 2012-ci ilin mart ayının 1-də Quba rayonunda baş verən hadisələr.
Quba hadisələri (2012) | |
---|---|
Yer | Quba, Azərbaycan |
Tarix | 1 mart 2012 |
Səbəb | İcra Başçısı Rauf Həbibovun Quba camaatına qarşı təhqiredici ifadələrdən istifadə etməsi |
Nəticə | Rauf Həbibov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir. |
Təşkilatçılar | Yerli xalq |
Əleyhdarları | Polis, Çevik Polis Alayı |
Səbəbləri
redaktəQuba rayonunun həmin dövr İcra Başçısı Rauf Həbibov keçirilən iclasların birində Quba camaatına qarşı təhqiredici ifadələrdən istifadə etmişdir. Təhqiredici ifadələrin işləndiyi video youtube portalında yayımlanandan sonra böyük bir kütlə tərəfindən mənfi qarşılanaraq mitinq tarixi kimi 1 Mart 2012-ci il seçilmişdir.
Gedişatı
redaktəMitinq iştirakçıları Rauf Həbibovun evini yandırdılar, polis əməkdaşlarını daş atəşinə tutdular. Təxminən 15000 insanın iştirak etdiyi mitinq polis əməkdaşlarının və xüsusi təyinatlı əsgərlərin köməyi ilə çətinliklə də olsa yatırıldı. Mitinqdə iştirakçılar tərəfindən işlədilən təhqiredici ifadələrlə yanaşı "Daş atmayın əsgərə dəyər!" ifadəsi də yadda qalan əsas ifadələrdən biridir. Həmin gün saxlanılan şəxslər millət vəkili Vahid Əhmədovun köməyi ilə azad edilsələr də bir neçə gün sonra yenidən saxlanmışlar.
Nəticə
redaktə2 mart 2012-ci ildə Rauf Həbibov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir[1].
İstinadlar
redaktəXarici keçidlər
redaktəHəmçinin bax
redaktə Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |