Qulaq Fali - Wikipedia
Qulaq falı və ya Açar falı, Azərbaycanlıların bayram ənənələrindəndir.
Qaydası
redaktəXalq arasında belə dəb var ki, ilaxır çərşənbədə qulaq falı və ya açar falına çıxarlar. Qulaq falında hər kəs ürəyində bir arzu tutur və sonra hər hansı bir evin qapısını pusur. Əgər yaxşı sözlər eşitsə, deyilir arzusu yerinə yetəcək, amma əgər ürəkaçmayan sözlər eşitsə, arzusu bu il yerinə yetməyəcək. Açar falında isə hər kəs niyyət edib bir açar ya sancaqı ayaqının altına qoyur, bəzilər isə yaxalarına iynə taxır dörd yolun ayrımında və ya qapı dalında pusquda durur danışılan sözlərə qulaq yatırdır və eşitdiyi sözləri ürəyində olan arzu və niyyətlərinə görə yozur. Ümum xalqın bu dəbdən xəbərləri olduğu üçün, hər kəs çalışır danışdıqları sözlər xoş və sevindirici olsun.
Mənbə
redaktə- Xoyda nəşr olan Əvrin həftəlik dərgisi.