Qulaqli Kirpi - Wikipedia
Qulaqlı kirpi (lat. Hemiechinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinə aid heyvan cinsi.
Qulaqlı kirpi | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Qulaqlı kirpilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Xarici görünüşü
redaktəTikanlı zirehi gövdənin bel hissəsini tutaraq böyürlərə girir.Təpəsində “keçəli” yoxdur. İynələrində uzununa yastıqlardan başqa köndələn yastıqlarda vardır. Bədənin alt tərəfi və böyürlərin böyük hissəsi nisbətən gödək və yumuşaq tüklərlə örtülmüşdür. Uzun qulaqları səciyyəvidir. iynələrin rəngi nisbətən açıq olub müxtəlif, ancaq çox vaxt kürənvari qum rəngində olur. Böyürləri və bədənin alt tərəfi qonurumtul-boz və ya ağdır.
Arealı
redaktəCinsin arealı cənub–şərqi Avropanı, Ön, Mərkəzi və Cənubi Asiyanı, Şimali Afrikanı əhatə edir. 5 növündən Qafqazda biri yaşayır.
Təsnifatı
redaktəCinsə 6 növ daxildir:
- Efiopiya kirpisi (Hemiechinus aethiopicus)
- Adi qulaqlı kirpi (Hemiechinus auritus)
- Boyunbağılı kirpi (Hemiechinus collaris)
- Uzuniynəli kirpi (Hemiechinus hypomelas)
- Hindistan kirpisi (Hemiechinus micropus)
- Çılpaqboyun kirpi (Hemiechinus nudiventris)
Azərbaycan ərazisində yalnız bir növünə rastlamaq mümkündür — Adi qulaqlı kirpi.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2006.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0