Qulu Esgerov - Wikipedia
Qulu Rüstəm oğlu Əsgərov (18 dekabr 1928, Salyan, Salyan qəzası – 11 iyun 1987, Bakı) — Azərbaycan muğam və opera ifaçısı (lirik-dramatik tenor), bəstəkarı, xanəndə və pedaqoqu.
Qulu Əsgərov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 18 dekabr 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 11 iyun 1987 (58 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Janrlar | muğam, xalq mahnısı, opera |
Həyatı
redaktəƏsgərov Qulu Rüstəm oğlu 18 dekabr 1928-ci ildə Salyan şəhərində anadan olmuşdur.[1] Gənc yaşlarında rayon teatrında çıxış etmiş, Xalq Çalğı Alətləri ansamblına rəhbərlik etmişdir. 1953-cü ildə Gənc istetadların respublika olimpiyadasının qalibi olmuşdur. Qulu Əsgərov 1953–1958-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi texnikumudə təhsil almışdır.
Burada Azərbaycanın görkəmli xanəndələrinin (Seyid Şuşinski, Nəriman Əliyev) ifaçılıq ənənələrini mənimsəmiş və muğamın sirlərinə dərindən yiyələnmişdir. Qulu Əsgərov bütün muğam dəstgahlarını yüksək peşəkarlıqla və ən incə cizgiləri ilə dinləyiciyə çatdıra bilirdi. Qulu Əsgərov yaradıcı xanəndə idi. O, xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir.
Onun lent yazıları AzTV Fondunda qorunur, yeni gələn nəsil tərəfindən ilhamlaifa olunur. Xanəndə uzun illər boyu Azərbaycan Dövlət Opera və Balet Teatrı nda solist kimi çalışmışdır. O, bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar yaratmışdır : Məcnun, İbn-Salam, Kərəm (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov- "Aşıq Qərib"), Şah İsmayıl (M. Maqomayev-Şah İsmayıl) obrazlarını böyük aktyorluq məharəti ilə hərtərəfli açmağa nail olmuşdur.
Qulu Əsgərov xanəndəlik sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən gözəl müəllim olmuşdur. Onun davamçıları olan xanəndələr (Mələkxanım Əyyubova və b.) muğam sənətində nailiyyətlər əldə edərək, ustadın ənənələrini yaşadırlar.
Mənbə
redaktə- Mugam Radio: İfaçılar: Xanəndələr: Qulu Əsgərov Arxivləşdirilib 2012-02-05 at the Wayback Machine
- Silsilə yazılar və Nostalji mahnılar kolleksiyası — AzeriArt. Net: Bizim musiqi: Qulu Əsgərov Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Salyan rayon Nizami Gəncəvi adına Mərkəzi Kitabxana: Salyan–Tanınmışlar—Qulu Əsgərov Arxivləşdirilib 2013-07-05 at the Wayback Machine
Mənbə
redaktə- "Dolanaram başına"nın heyrət aləmi… Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. — səh. 211.
Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |