Qurama Tikme - Wikipedia
Qurama Tikme - Wikipedia - Haqqında Məlumat
Qurama tikmə (türk. kırkyama, özb. kurok, kurama, ing. patchwork, rus. лоскутное шитьё) - qədim tikmə növüdür, müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə başa gələn bu tikmə üsulu.
Texnika
redaktəMəişətdə istifadə olunur və dekorativ əhəmiyyət daşıyır. Örtüklər, yorğanlar, yastıqçalar, salfetlərin və s. üzünü bu tikmə ilə bəzəmək olar. Bu növ tikmədə həndəsi elementlərdən daha çox istifadə edilib. Onlara ən çox Abşeronda, Gəncədə, Qazaxda və Gədəbəydə rast gəlmək olar.[1][2]
Növləri
redaktə- birləşmiş dördbucaqlı parçalardan ibarət olan
- birləşmiş üçbucaqlı parçalardan ibarət olan
- birləşmiş zolaqlardan ibarət olan [3]
İstinadlar
redaktə- ↑ "Azərbaycan xalçaları - Həm səmərəli, həm sərfəli (Qurama tikməçisi Xalidə Nəsirova haqqda". 2016-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-24.
- ↑ "Günay Qafarova, sənətşünaslıq namizədi. Azərbaycanın el sənətinin maraqlı nümunələri". 2013-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-24.
- ↑ Afat Rustambayova. Gurama as a variety of decorative art of Azerbaijan. Journal "İrs Heritage".