Qurban Bayramov Tenqidci - Wikipedia
Qurban Bayramov (tam adı: Bayramov Qurban Fərman oğlu; 30 may 1946, Əlimədədli, Ağdam rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi.[1]
Qurban Bayramov | |
---|---|
Qurban Fərman oğlu Bayramov | |
| |
Doğum tarixi | 30 may 1946 (78 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | ədəbiyyatşünaslıq |
Elmi dərəcələri |
filologiya elmləri üzrə fəlsəfə doktoru (1979) Doktor-professor, dosent |
Həyatı
redaktəQurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur[2]. Orta təhsilini burada almış, indki N. Tusi adına ADPU-nin filologiya fakültəsini (1963–1967) bitirmişdir. Orta məktəbdə müəllim, tədris işləri üzrə direkor müavini vəzifələrində çalışmışdır (1967–1971). Hərbi xidmətdə olmuş (1967–1968), aspirantura təhsili almışdır (1970–1974). 1972-ci ildən Ədəbiyyat İnstitutunda baş laborant, elmi işçi, baş elmi işçi olmuşdur. Hazırda həmin institutda aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərir[3].
1979-cu ildə "Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi" mövzusunda dissertasiya müdafiə etmişdir. Dövri və elmi mətbuatda 300-dən çox məğalə dərc etdirmiş, "Vurğun poeziyası", "Lirik qəhrəman və zaman", "Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq" elmi-nəzəri, "Yaralı Vətənin yaralı övladları" bədii-publisist kitabları var. Onun "Müasir Azərbaycan poeziyasında üslubi meyillər", "Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik", "M. Ə. Sabir ənənələri və Azərbaycan ədəbiyyatı", "Səməd Vurğun dünən, bu gün və sabah", "M. H. Şəhriyar poetik üslubu", "Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər" kimi tədqiqat işləri vardır.
Azərbaycan ədəbiyyatının əksər nümayəndələri barəsində məqalə yazmış, fikir söyləmiş, elmi və bədii kitabların redaktoru olmuş, onların bir çoxuna ön söz yazmış, xüsusən, "Azərbaycan poeziyası"na dair ədəbi icmallar yazmışdır.
Uzun illər "Gənclik" nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında "Ədəbiyyatşünaslıq və zaman", "Ədəbiyyat" (1982–1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı, Ədəbiyyat İnstitutu Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidentinin bir illik fərdi təqaüdçüsü olmuşdur[4] (2011).
Azərbaycan MEA-nın Rəyasət Heyətinin (2016), Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin (2011), Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının Fəxri fərmanlarına(2016, 2019), "Tanınmış Vurğunşünas alim"(2011), "Fədakar alim"(2011), "Elm fədaisi"(2012) fəxri diplomlarına, "Səməd Vurğun mükafatı"na(2011), "Avropa Nəşr Mətbu Evi"nin "Qızıl medal"ına (2011), AMEA-nın Azad Həmkarlar İttifaqının "Fəxri fərmanı"na (2016), Beynəlxalq statuslu "Vintsas" Mükafatı diplomuna (2020) və "Ziyadar" Mükafatı diplomuna (2021) layiq görülmüşdür[5].
Əsərləri
redaktə- Vurğun poeziyası, B., Elm, 1976, 78 səh., 1.000 nüsxə[6].
- Lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi.), B., Elm, 1986, 140 səh., 1.200 nüs[7].
- Tarixilik və müasirlik – "Sosialist realizmi müasir mərhələdə" kitabı (kollektiv), B., Elm, 1988, 388 səh., 1.800 nüs.
- Yaşar Qarayev: Milli yaddaş təlimi – azərbaycançılıq, (Jalə Qurbanqızı ilə birgə) B., BDU-nun nəşriyyatı, 2001, 138 səh., 500 nüs.
- Poeziyanın sirri: Çaylar geri axmır, dənizə can atır və yaxud, qəlbini nar təkin kağıza sıxan şair Şahməmmədin poeportreti (mini-modern monoqrafiya), B., "MBM", 2009, 104 səh., 500 nüs[8].
- Əli İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi və yaxud, müasir Azərbaycan ədəbiyyatında avtobioqrafik roman janrının təkamülü (monumental monoqrafiya), B., "Nurlan", 2009, 560 səh., 500 nüs[9][10].
- Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə (Jalə Qurbanqızı ilə birlikdə), Bakı, "Yazıçı", 2014, — 272 səh[11].
- Xalq şairi Nəriman Həsənzadə (akademik İsa Həbibbəyli ilə birlikdə). — "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" 2 cilddə, I c., (kollektiv), Bakı, "Elm və təhsil", 2016, s.529–560. — 800 s.
- Şeirlərindən görünən şair — Musa Yaqub. — "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" 2 cilddə, I c., (kollektiv), Bakı, "Elm və təhsil", 2016, s.623–638. — 800 s.
- Hidayətin poeportretindən cizgilər. — "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" 2 cilddə, II c., (kollektiv), Bakı, "Elm və təhsil", 2016, s.29–48. — 1088 s.
- Çağdaş poeziya — ədəbi istiqamətlər, mövzu aktuallığı, sənətkarlıq məsələləri. — "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" 2 cilddə, II c., (kollektiv), Bakı, "Elm və təhsil", 2016, s.548–563. — 1088 s.
- Sonsuzluğun ahəngini yazan şair — Əhməd Qəşəmoğlu. — "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" 2 cilddə, II c., (kollektiv), Bakı, "Elm və təhsil", 2016, s.714–724. — 1088 s.
- Yaşar Qarayev: Azərbaycan istiqlalı — yaxın və uzaq tarixlər… (Jalə Qurbanqızı ilə birlikdə), — kollektiv, Bakı, "Sabah" nəş., 2016, s.162–186. — 404 s.
Haqqında
redaktə- Şahməmməd. Qurban Bayramov — şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti (essevari publisist tədqiqat) B., MBM, 2011, 480 səh., 1500 nüs[12].
- Qurban Bayramov −70. Azərbaycan Yazıçıları Birliyinin təbrik məktubu. "Ədəbiyyat qəzeti", 28.05.2016, şənbə, № 20(5039), s.4.
- Mahir Qabiloğlu. Professor Qurban Bayramova təbrik-70. 27.05.2016, "Modern.az".
- Asif Rüstəmli. Tənqidçi səmimiyyəti. "Ədəbiyyat qəzeti", 28.05.2016, şənbə, № 20(5039), s.4–5.
- Qələndər Xaçınçaylı. Sözün qüdrətinə ilahi gözlə baxan alim. "Həftə içi" qəzeti, 27.05.2016.
- Asif Rüstəmli. Ədəbi tənqidimizin fədaisi. "525-ci qəzet", 04.06.2016,№ 100(4596), s.19; "Kredo", № 22(883) 30.05.2016, s.13.
- Ədəbi tənqiddə bənzərsiz ifadə tərzi. "Azertag.az" Xəbərlər, 06.06.2016. (Təqdim edən: Elçin Kamal.)
- Rəhim Əliyev. Tənqidçi ürəyinin miqyası. "525-ci qəzet", say.119(4615), 05.07.2016, s.7[13];"Bütöv Azərbaycan" qəzeti, say:22(306),14–20.07.2006.
- Mənzər Niyarlı. "Ah, bu nəvələr, bu nəvələr", Qurban Bayramovun 70-illik yubileyinə sənədli hekayə. 05.07.2016.; "Ədəbiyyat qəzeti", 02.08.2016, say.25(5044), s.26–27.
- Asif Rüstəmli. Təbrik məktubu, Qurban Bayramlı-70.
- Müşfiq Borçalı, Yazıçılar Birliyində Yubiley tədbiri, Qurban Bayramov-70.
- Aslan Salmansoy. Ruhların da, sevindiyi o gün… "Bütöv Azərbaycan" qəzeti, say 19(303), 9–15.06.2016., s.2.; "Kredo", № 21(882) 13.05.2016, s.4.
- Akif Bayram. Tanınmış tənqidçi, vətən sevdalı alim. "Respublika" qəzeti, say.131(5582), 19.06.2016, s.5.
- Əli Rza Xələfli. Tənqidçi meyarı — sözün əyarı. Söz içində sözü görmək, yaxud tənqidçinin adı, istedadı."Kredo", № 21(882) 13.05.2016, s.1.
- Qəzənfər Kazımov. Ustadları kimi. "Kredo", № 21(882) 13.05.2016, s.3.
- Qurban Bayramov — 70. Azərbaycan Yazıçılar Birliyinin təbrik məktubu. "Kredo", № 21(882) 13.05.2016, s.3.
- İsmayıl Kazımov. Kimin kim olduğu bilinməlidir. "Kredo", № 21(882) 13.05.2016, s.8.
- Şakir Qabbısanlı (Həmzəyev). Qurban Bayramov-70. Pərəstiş ediləsi alim, Nə yaxşı ki, sən varsan Qurban Bayramov. "Respublika gəncləri" qəzeti, № 78(699), 15.06.2016, s.8.
- Şahməmməd. "Sözün də çəkisi var" (Tənqidçi haqqında poema), Bakı, "Ekoprint" nəş., 2017. – 143 səh.
- Şahməmməd. Qurban Bayramovun yaradıcılığı və şəxiyyəti (müəllifdən), (Sözün də çəkisi var (poema), Bakı, "Ekoprint" nəşriyyatı, 2017 kitabında, s.3–14.
- İsa Həbibbəyli. Mən heç inanmırdım ki… ("Ön söz əvəzi), (Sözün də çəkisi var (poema), Bakı, "Ekoprint" nəşriyyatı, 2017 kitabında, s.15–17.
- Tahir Taisoğlu. Redaktordan son söz əvəzi. ("Sözün də çəkisi var" (poema), Bakı, "Ekoprint" nəşriyyatı, 2017 kitabında, s.138–142.
- Aqil Hüseynov . Şairin yeni poeması və onun qəhrəmanı (Yeni kitab təqdim edirik), "Təzadlar" qəzeti, 16.05.2017, say: 18(2114), s.15; "Zim. AZ." saytı, 10.05.2017; "Media. İnfo. Az.", 08.05.2017.
- Qarabağ Azərbaycandır, Azərbaycan isə dünyamız! — Yubiley təbriki DƏYƏRLİ ALİM QURBAN BAYRAMOVUN 75 İLLİYİNƏ — Zaur Ustac.[14]
- Asif Rüstəmli. Qurban Bayramlı tənqidinin, ədəbi düşüncəsinin keyfiyyət göstəriciləri. "Aziya. İnfo" elm və araşdırma portalı, 30–05.2017.
- Qələndər Xaçınçaylı . Tənqidçi- ədəbiyyatçünas Qurban Bayramova doğum günü təbriki , "Yazarlar" jurnalı, may 2021, say: 05(05), s.4–8.
İstinadlar
redaktə- ↑ "Layiqli ədəbiyyatşünas və tənqidçi ömrü..." Anl.az (az.). 525-ci qəzet. 5 iyun 2021. 2021-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2021.
- ↑ "Qurban Bayramov haqqında". Yazarlar.az (az.). Yazarlar.az. 27 frvral 2021. 2021-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2021.
- ↑ "Qurban Bayramov-70". Zim.az (az.). Zim.az. 26 may 2016. 20 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2021.
- ↑ "Ömrün elmi hesabatı - İsa HƏBİBBƏYLİ". Edebiyyatqazeti.az (az.). Ədəbiyyat qəzeti. 30 may 2021. 20 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2021.
- ↑ "Qurban Bayramov "Ziyadar" Mükafatına layiq görülüb". Yazarlar.az (az.). Yazarlar.az. 23 may 2021. 21 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2021.
- ↑ "Qurban Bayramov Vurğun Poeziyası". Anl.az (az.). Milli Kitabxana. 2021-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2021.
- ↑ "Qurban Bayramov Lirik qəhrəman və zaman". Anl.az (az.). Milli Kitabxana. 2021-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2021.
- ↑ "Poeziyanın sirri: Çaylar geri axmır, dənizə can atır və yaxud, qəlbini nar təkin kağıza sıxan şair Şahməmmədin poeportreti (mini-modern monoqrafiya)" (PDF). Anl.az (az.). Milli Kitabxana. 2021-07-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 iyul 2021.
- ↑ ""Əli İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi" QURBAN BAYRAMOVUN ARAŞDIRMASINDA". Anl.az (az.). 525 ci qəzet. 13 noyabr 2009. 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2021.
- ↑ "Orijinal düşüncənin, dərin filoloji təfəkkürün məhsulu, Tərlan NOVRUZOV". Anl.az (az.). Xalq qəzeti. 14 mart 2010. 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2021.
- ↑ "Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə (Jalə Qurbanqızı ilə birlikdə)" (PDF). Anl.az (az.). Milli Kitabxana. 2021-07-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 iyul 2021.
- ↑ Şahməmməd. [oxumeni.az/news/culture/8703.html "Qurban Bayraov - şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti"] (#bad_url). www.oxumeni.az (az.). 05.03.2012. İstifadə tarixi: 09.10.2021.
- ↑ 525-ci qəzet. [525.az/?name=xeber&duzelis=0&news_id=59844 "Tənqidçi ürəyinin miqyası"] (#bad_url). www.525.az (az.). 05.07.2016. İstifadə tarixi: 09.10.2021.
- ↑ 525-ci qəzet. "Qarabağ Azərbaycandır, Azərbaycan isə dünyamız! - Yubiley təbriki". www.525.az (az.). 27.05.2021. 2021-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.10.2021.